“Avropalılara etimad və etibar etmirik, onlar təzminat verməlidirlər. Ona görə ölkənin Atom Enerjisi Təşkilatının işçiləri yenidən başlamaq üçün hazır olsunlar”
FarsNews xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ötən gün ölkə rəsmiləri qarşısında çıxışı zamanı deyib.
Ayətullah Xamenei son 40 ildə İran və iranlıların ABŞ-la münasibətlər məsələsində çox mühüm təcrübələr əldə etdiklərini bildirərək, ABŞ-la dialoqun zərərli olduğunu vurğulayıb.
O bildirib ki, Avropa da həssas zamanlarda Amerika ilə birgə olub.
İslam inqilabının Ali lideri ABŞ-ın nüvə sazişindən çıxmasından sonra bu anlaşmanın Avropa tərəfi ilə davam etdirilməsi üçün şərtlər irəli sürüb.
Ali lider Avropa qarşısında irəli sürülən şərtləri belə açıqlayıb:
1. Avropa ölkələri Amerikanın BMT-nin 2231 saylı qətnaməsini pozduğuna görə məsələni BMT-ə çıxardıb bunu pisləməlidirlər.
2. Avropa ölkələri rəsmi təminat verməlidirlər ki, İranın raket proqramını heç vaxt müzakirə predmeti etməyəcək.
3. Avropa ölkələri Amerikanın İrana tətbiq edəcəkləri sanksiyalara qoşulmayacaqlar.
4. İranın neft satışına qoyulacaq sanksiyalara qoşulmayacaqlar və İranın ehtiyacı olduğu qədər neft satışını təmin edəcəklər.
5. İranın dünya bankları ilə müamiləsini təmin etməlidirlər.
Ayətullah Xamenei vurğulayıb ki, əgər bu şərtlər təmin edilməsə, İranın sazişə riayət etməsində heç bir məna qalmayacaq və İran yenidən uranın zənginləşdirilməsinə başlayacaq.
Şərh yazın