July 17, 2018 06:22 AM
ilahi ayələrdə təfəkkür etməmək

Qəflət insanın qəlb gözünə düşən bir pərdədir ki, insanı həqiqətləri anlamaqdan məhrum edir. Qurani Kərim bu barədə belə buyurur:
"...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö´cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qəflətdə olanlar da məhz onlardır!"(Əraf/179)
Burada qeyd olunan qəflət Allahdan qafil olmaq, onun nişanələrindən qafil olmaq, axirətdən qəflətdə olmaq və eləcə də insanı kamala aparacaq bütün şeylərdən uzaq düşməkdir.
Qəflətin yaranmasına səbəb ən mühüm amillər bunlardır:
Dünyaya bağlılıq
Qurani Kərim dünyaya bağlılığı və ona ifrat dərəcədə məhəbbət bəsləməyi qəflətin ən əsas amillərindən hesab edir. Bu barədə Qurani Kərim belə buyurur:
"Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına) ümid etməyənlər, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanlar və ayələrimizdən qafil olanlar..."(Yunus/7)
İmam Baqir(ə) Cabirə belə buyurdu: "Ey Cabir, mömün şəxsə bu dünyanın bər bəzəyinə bel bağlamaq yaraşmaz! Bil ki, bu dünyanın övladları məhz qəflət əhlidir!"
Şeytanın müsəllət olması
Qəflətin digər amillərindən biri də şeytanın insanın əql və idrakına hakim olmasıdır. Qurani Kərim belə buyurur:
"Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur..."(Mucadilə/19)
Allah dərgahından qovulan İblisin öz ordusu ilə bərabər əsas hədəfi insanı nəyin bahasına olursa olsun Allahdan qafil etmək və onun zikrindən ayrı salmaqdır.
Nəfsə uymaq
Allah Təala qəflətlə nəfsə uymanın əlaqəsi barədə belə buyurur:
"...Qəlbini bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!"(Kəh/28)
Uzun arzular
Qəflətin digər səbəblərindən biri də uzun arzulardır. Çünki, uzun arzular insanın təfəkkür qüvvəsini özünə məşğul edərək onu başqa bir şey düşünməyə qoymur. İmam Əli(ə) bu barədə belə buyurub:
"Arzular qəlbi unutqanlığa doğru aparır, vədələri yalan olaraq göstərir və qəfləti çoxaldır."
Səthi yanaşma
Dinimizin maarifinə əsasən dünya həyatına səthi yanaşma və onun batininə varmamaq qəflət yaradan amillərdəndir. Qurani Kərimdə Allah Təala buyurur:
"Onlar yalnız dünya həyatının zahirindən xəbərdardırlar, axirətdən isə xəbərsizdirlər."(Rum/7)
Dünya həyatı əslində həm insanın qəflət və tənəzzülünə səbəb ola bilər, həm də mənəvi tərəqqi və təkamülünə. Bu bizim yanaşma növümüzdən və dünyaya olan baxışlarımızdan asılıdır. Əgər insan dünyada qarşılaşdığı bütün gözəllikləri ilahi bir nemət olaraq görərsə nəinki dünya həyatı onu qəflətə salmayacaq, hətta Allahı daim ona xatırladacaqdır. Beləliklə əgər dünya nemətlərinin müqabilində ilahi şükrü yerinə yetirərək, Allahın itaətindən çıxmazsa bu dünya onun üçün qəflət mənbəyi olmayacaqdır. Lakin insan bu həyatda yalnız dünyanın zahiri ilə başını qataraq maddi ləzzətlərdən məst olarsa təbii olaraq bu dünya onu yaradılış hədəfindən və səadətə doğru təkamüldən uzaq salacaqdır.

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana