March 11, 2019 12:09 PM
allaha şükür etmək

Nə üçün Allahın nemətlərinin qarşısında şükr etmək lazımdır?

Sual : Bunu nəzərə almadan ki, nemətlərə şükr etmək nemətləri çoxaldır, nə üçün Allahın nemətlərinə şükr etmək vacib bir işdir?

Nə üçün Allahın nemətlərinin qarşısında şükr etmək lazımdır?

Qısa cavab :

Şükr lüğətdə zehndə neməti təsəvvür etmək və danışıqda və rəftarda onu göstərməkdir. Allahın nemətləri qarşısında şükr etməyin vacib olması haqqında bir neçə nöqtəyə diqqət etmək lazımdır.

1. Nemət verənə şükr etmək fitri bir işdir ki, hər insan öz əqlinə və fitrətinə müraciət etməklə başa düşür ki, hər kəsin etdiyi xidmətin ya bağışlandığı nemətin qarşısında təşəkkür etmək lazımdır. Əks halda öz əqli tərəfindən danlanacaq. Bu ruhiyyəni nəzərə alaraq insan görür ki, misilsiz qüdrət tərəfindən saysız maddi və mənəvi nemətləri ona bağışlanır özünə lazım bilir ki, bu sonsuz qüdrəti tanısın və ondan təşəkkür etsin. Buna əsasən nemət verənə şükr etmək şəriət tərəfindən vacib olmamışdan əvvəl əql tərəfindən vacib olur.

2. Baxmayaraq ki, Allahın bəndələrin şükrünə ehtiyacı yoxdur amma bəndələrin məsləhət və mənffətlərinə xatir dünya və axirət maddi və mənəvi nəticələrinə xatir insanları şükr etməyə çağırıbdır. Qurani kərimdə təşəkkür edənlərin nemətlərinin çoxalmasından xəbər verəndən sonra nemətə nankor olmağı Allahın əzabına səbəb bilibdir.

3. Şükr etmək bütün xoşbəxtçiliyin kökü və insan üçün Allah bərəkətinin başlanğıcıdır ki, gün- bə gün insanı Allaha yaxın və bəndələrlə Allah arasında olan eşq və məhəbbəti möhkəmləndirir.

Bu cəhətdən şükrün vacib olması Allahın ehtiyacı üzündən yox bəlkə bəndələrin məsləhəti və hikmət üzündəndir.

4. Şübhəsiz heç kəs Allahın nemətlərinin şükrünü yerinə yetirə bilməz. İnsanın ən layiqli şükrü Allah dərgahında nemətlərin qarşısında şükr etməkdən acizliyini bildirməkdir.

Nə üçün Allahın nemətlərinin qarşısında şükr etmək lazımdır?

Ətreaflı cavab :

Ətraflı cavab:

Şükrün lüğətdə mənası neməti zehində təsəvvür etmək və danışıqda və rəftarda onu göstərmək mənasındadır.[Müfrədat, Rağib, cild 265, Şükr kəlməsi]

Bu sualın cavabında ki, nə üçün nemətlərin şükrü vacibdir neçə nöqtəyə diqqət etmək lazımdır:

Nemət verənə şükr etməyin lazım olması fitri və daxili bir işdir. İnsan əqlinə və fitrətinə müraciət etməklə bu həqiqətə əltapır ki, hər kəsə ki, ona nemət verir və ya ona xidmət edir. O nemət və xidmət kiçik belə olsa da o kəsə qarşı etinasızlıq olmaz. Gərək bir cürə o şəxsdən təşəkkür etsin. Əks halda əqli tərəfindən danlanacaq və aqil insanlar onu pisləyib heyvandan da səviyyəsiz biləcəklər çünki təşəkkür etmək xasiyyəti heyvanların çıxlarında açıq- aşkar görsənir. Buna diqqət etmək lazımdır ki, əql insana hökm edir ki, müşahidə etdiyi qiymətli və saysız böyük mənəvi və madi nemətlər varlıq sərmayəsi misilsiz qüdrət tərəfindən ona verilmiş olur. Lazımdır ki, bu nemət verənə qarşı laqeyd olmasın. Nə qədər bacarırsa nemətlərinin qarşısında təşəkkür etsin. Və onun əzəmətli və böyüklüyü qarşısında təzim edib öz təşəkkürün bildirsin. Bu ruhiyyə fitri olaraq bütün insanlarda vardır. Hamısı nemət verəni tanımaq yolunda çalışmağı lazım bilirlərş Çünki nemət verəni tanımaq vasitəsi ilə ona təşəkkür etmək mümkün olur.
[Tohid əz didqahi əql və nəql. Cəfər kərimi- Qüdrətullah Fürqani, Allahı tanımağın lazım olması fəsli, az dəyişikliklə]
Təşəkkür etməyin fəlsəfəsindən agah olmaq bizə Allahın nemətləri qarşısında şükrün vacib olmasına yol göstərir:
Mümkündür insan başqalarına verdiyi nemətlərə görə təşəkkür gözliyə. Amma şübhəsiz Allah ki, hamıdan ehtiyacsızdır. Əgər dünyadakıların hamısı Allaha nankorluq etsələr. Allahın əzəmətinə heç bir xələl gəlməz və bəndələrin şükrünə ehtiyacı yoxdur. Allah ehtiyacsız olan halda şükr etməyi hikmət üzündən və bəndələrin məsləhəti üçün vacib biliblər. Quranda şükr edənlərə müjdə vədəsi verəndən sonra şükr etməyənlərə etinasızlıqdan sonra buyurur: "Kim şükr etsə özü üçün şükr edər, kim nankor olsa Allah onun şükrünə möhtac deyildir. Onun bütün işləri bəyəniləndir".[Loğman surəsi, ayə 12.«وَ مَنْ یَشْکُرْ فَاِنَّما یَشْکُرُ لِنَفْسِهِ وَ مَنْ کَفَرَ فَاِنَّ اللّهَ غَنِىُّ حَمیدٌ»]

Təəccüblü burasıdır ki, nemətə qarşı nankorluğu şiddətli əzaba düçar olmaq bilibdir: "Və əgər nankorluq etsəniz mənim əzabım şiddətlidir".[İbrahim surəsi, ayə 7.«لَئِنْ شَکَرْتُمْ لَأَزیدَنَّکُمْ وَ لَئِنْ کَفَرْتُمْ إِنَّ عَذابی‏ لَشَدیدٌ.»]

Baxmayaraq ki, Allahın məni təşəkkür etməyənləri məhrum etməkdən ucadır. Amma nemətə qarşı nankorluğun özünün bəzi məhrumiyyətləri var: Nümətin tez aradan getməsi, cəmiyyətdə bəxşiş etmək. Əlaçıqlıq və xeyriyyəçiliy ruhiyəsinin aradan getməsi kimi şeyləri misal vurmaq olar. Nemət verənə təşəkkür etmək bir çox insana gözəl nəticələr bağışlayır.

Buna əsasən şükr etmək məsələsinə təkidin nəticələri insanın özünə qayıdır, bir azda fəlsəfəsində diqqət etsək şükr etməyin vacib olması da bizlərə aydın olar.

Birinci: Hər millət və ya şəx ki, əməli ya dili ilə və yaxud qəlbində Allahın nemətlərinə şükr edə belə bir millət və şəxs göstərir ki, nemətə layiqdir. Allahın işləri hər yerdə hikmətlidir nə səbəbsiz nemət verir və nə də səbəbsiz nemət alır. Ayələr və rəvayətlərdə şükr etmək nemətin çoxalmağına səbəb hesablanmışdır. Həzrət Əli (ə) bir hədisdə buyurur: Şükrün nəticəsi nemətin çoxalmasıdır.[Ğürərul- hikəmin fars dilində şərhi, cild 3, səh 328 «ثمَرَةُ الشُّکْرِ زِیادَةُ النِّعَمِ.»]

İkinci: İnsanda şükr etmə ruhiyyəsi tapılsa xaliqin şükründən xalqın təşəkkürünə yetişəcək. Xalqın xidmətlərinin qarşısında təşəkkür etmək insanlarda yaradıcılıq istedadının pöhrələnməsinə səbəb olacaq. Belə bir halda insanlar xeyriyyəçilər çox can atacaqlar.

Üçüncü: Allahdan yaradana şükr etmək onu tanımağa bir yol açır və insanla yaradanın əlaqəsini daha möhkəm edir. Şükr etmək nemətləri verəni tanıtdırmaqdan əlavə neməti də tanıtdırır və bu neməti tanımaq günbə- gün bəndələrlə Allahın əlaqəsini möhkəmləndirir və eşq odunu ürəklərdə alovlandırır.

Şübhəsiz insan Allahın nemətlərinin şükrünü yerinə yetirə bilməz. Çünki şükr etmək müvəffəqiyyəti əql, dil, fikr, əl, ayaq və ... ki, insan bunların vasitəsi ilə dil qəlb və əməl şükrünü yerinə yetirir bunların hamısı Allahın nemətlərindəndir. Bu müvəffəqiyyət əgər şükr etmək yolunda istifadə olarsa özü bir nemətdir ki, şükrə ehtiyacı var. buna xatir İslam rəvayətlərində işarə olubdur ki, insanın ən layiqli şükrü Allah dərgahına nemətlərin qarşısında şükr etməkdən acizliyini bildirməkdir. Allaha layiq olan şükrü heç bir kəs yerinə yetirə bilməz.
[Məkarim Şirazi, Nasir, Quranda əxlaq, cild 3, səh 80- 81]
Nəticə budur ki: Şükr etmək daxili və fitri bir iş olmaqla yanaşı bütün xoşbəxtçiliyin və Allah bərəkətinin köküdür ki, günbə- gün insanı Allaha yaxın və bəndələrlə Allaharasında olan eşq və məhəbbəti möhkəmləndirir. Şükr etmək pəhrizkarlıq və xoşbəxtçiliyə gedən yol üçün və Allahın bəndəliyində insanın mərifəti üçün mühüm səbəbdir. Bu cəhətdən şükr etməyin vacib olması Allahın ehtiyacı üzündən yox bəlkə bəndələrin məsləhəti və hikmət üzündəndir.

Nə üçün Allahın nemətlərinin qarşısında şükr etmək lazımdır?

Mənbə: islamquest

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana