May 05, 2020 01:27 PM
Mübarək Ramazan ayı

Ramazan hansı mənayadır və onun həqiqəti nədir?

Qısa cavab

“Ramazan” lüğətdə şiddətli hərarətə, habelə günəşin hərarətinin çox olduğuna görə daşın qızıb hərarətli olmasına deyilir. Həm də deyilmişdir ki, “səhradan şəhərə qayıtmaq” mənasına olan “hərr” kökündən alınmışdır. Termində isə Ramazan qəməri tarixinin 9-cu ayı, islamda orucluq ayı və Quranın nazil olma ayıdır. İmam Səccad (əleyhis-salam) Ramazan ayının vəsfində buyurur: “Həmd-səna o Allaha olsun ki, Ramazan ayını hidayət yollarından biri kimi qərar verdi. Bu ay orucluq ayı, islam ayı, ruhi və mənəvi paklıq ayı, imtahan və sınaq ayı, qiyam ayıdır; elə bir aydır ki, camaatı hidayət etmək üçün Quranı bu ayda nazil etmişdir... və o haqqı batildən seçəndir.”

Deməli, mübarək Ramazan ayı insanın ruhən və mənən paklanması, ilahi əxlaq ilə zinətlənməsi ayıdır. Bu ayın batini və həqiqəti isə insanın “öz”ündən azad olaraq Allah görüşünə nail olması, heyvani yöndən azad olaraq ilahi bir həyatla dirilməsidir.

Ətreaflı cavab

“Ramazan” lüğətdə şiddətli hərarətə, habelə günəşin hərarətinin çox olduğuna görə daşın qızıb hərarətli olmasına deyilir. Həm də deyilmişdir ki, “səhradan şəhərə qayıtmaq” mənasına olan “hərr” kökündən alınmışdır.[1]

Buna əsasən, rəməzə kökündən alınan “irtimazən minəl-hüzn” dedikdə məqsəd budur ki, bir şəxsin batini qəm-qüssədən yandı. Yaxud “irtimazən lifulanin” dedikdə məqsəd budur ki, filan şəxs qəm-qüssəyə düçar oldu. Həmçinin “irtimazən – rəməzət kəbiduhu” dedikdə məqsəd budur ki, onun ciyəri xarab oldu, sanki, müəyyən bir xəstəlik onun ciyərini yandırıb xarab etmişdir.[2]

Termində isə, Ramazan ərəblərin doqquzuncu ayı, islamın oruc tutmaq ayıdır ki, Quran ondan nazil olmuşdur شَهْرُ رَمَضانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ ....[3]

 

Mübarək Ramazan ayının batini və həqiqəti

Varlıq aləmində olan hər bir şeyin həqiqəti və batini vardır. Çünki dünya yüksək (mücərrəd) aləmlərin tənəzzül etmiş formasıdır; dünya aləmində olan hər bir şey məna aləmində olanların nümunəsidir. Dünyada “din və ibadət göstərişləri” kimi zahir olan hökmlər və ilahi qanunların da batini və sirləri vardır. Əşyalar, zamanlar və məkanlar da batini həqiqətə malikdir. O zamanlardan biri də İslam mədəniyyətində ilin ən möhtərəm və mühüm aylarından biri olan mübarək Ramazan ayıdır. Bu ay müsəlmanlar üçün ibadət, ruhi və mənəvi paklıq ayı kimi tanınır. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təbiri ilə onu “Allah ayı” adlandırırlar.[4]

İmam Səccad (əleyhis-salam) “Səhifeyi-Səcadiyyə” kitabında mübarək Ramazan ayının pişvazına getməyi çox gözəl bəyanla bəyan və onun həqiqətini aşkar etmişdir. Biz bu məqalədə onun cüzi bir hissəsini qeyd edirik. İmam (əleyhis-salam) bu duada əvvəlcə ilahi dinə hidayət etdiyinə, ibadət və bəndəlik nemətini insanlara verdiyinə görə Allaha şükür edir, sonra deyir: “Həmd-səna o Allaha məxsusdur ki, Ramazan ayını hidayət ayı ünvanı ilə Öz ayı qərar verdi: Oruc ayı, İslam ayı, (ruhi mənəvi) pakıq ayı, bəndələrin imtahana və sınağa çəkilməsi ayı və qiyam ayı qərar verdi. Bu elə bir aydır ki, Quran onda nazil olunmuşdur və bu kitabda  insanların hidayəti, haqqın batildən seçilməsi və hidayət üçün aşkar nişanələr vardır. Buna görə də (Allah) bu ayın sair aylardan üstünlüyünü çoxlu ehtiramlar və aşkar fəzilətlərlə aydınlaşdırdı.”[5]

Mübarək Ramazan ayının “islam ayı” və “Quranın nazil olma ayı” kimi ifadələrlə vəsf edilməsi göstərir ki, imam Səccad (əleyhis-salam)-ın və Əhli-beyt məktəbinin nəzərində mübarək bu ay islam həqiqətinin cilvələnməsi, yəni Allah-taalanın qarşısında qeydsiz-şərtsiz şəkildə təslim olmaq üçün bir meydandır. Bu meydan elə bir imkan yaradır ki, bəndələr Allahın əmrinə itaət və Onun razılığı xatirinə özlərinin hətta təbii və halal istək və ehtiyaclarından belə göz yumsunlar, misilsiz Xaliqin əzəmətli dərgahında “bəndə” ünvanı ilə boyun əysinlər. Bu bir aylıq məşq ilin qalan günlərində iradənin gücləndirilməsində, nəfsin cilovlanmasında, nəfsani istəklərin qabağının alınmasında çox faydalı və gözəl bir məşqdir. Çünki bir ay ərzində Allahın göstərişinə itaət edərək halal istəklər müqabilində müqavimət göstərən, yalnız Onun razılığı üçün öz təbii istəklərindən güzəştə gedən və misal üçün, yeyib-içməkdən çəkinən bir şəxs ilin digər on bir ayında da şeytani vəsvəsələrin, əmmarə nəfsinin yersiz istəkləri müqabilində müqavimət göstərməyə qüdrətli olacaq və nəticədə təqva və qurtuluş əhli olacaqdır.

Mübarək Ramazan ayı ruhi və mənəvi paklıq ayıdır. Allahın bəndəsi bu ayda heyvani və maddi meyllərdən uzaqlaşır. O, oruc tutmaqla fiziki orqanizmini paklamaqdan əlavə, öz ruhunu da paklayır ki, ruhi paklıq, mənəvi yüksəliş və tərəqqi aləmində Allahın hidayət bəxşedən nurlarından bəhrələnsin.

Demək olar ki, mübarək Ramazan ayının həqiqəti aşağıdakılardan ibarətdir: İnsanın “öz”ündən – heyvani özlükdən azad olması, ilahi “öz”lük əsasında yenidən təvəllüd. Mübarək Ramazan ayı insanın ilahi əxlaqa zinətlənməsindən, onun həqiqəti və batini isə ilahi görüşə nail olmaqdan ibarətdir. Bir hədisdə Allah-taalanın belə buyurduğu deyilir: اَلصَّوْمُ لِي وَ أَنَا أَجْزِي بِه “Oruc Mənə məxsusdur və Mən Özüm onun əvəzini verəcəyəm!”[6]

Bəziləri bu rəvayətdəki “əczi” kəlməsini أُجْزَي  “ucza” kimi – məchul fel şəklində oxuyurlar və mənası belə olur: “Oruc Mənə məxsusdur və Mən Özüm onun mükafatıyam.” Heyf olsun ki, insan özünə, Allahdan qeyrisinə, bir sözlə, dəyişib zavala uğrayan hər bir şeyə ürək bağlayır. Allahdan qeyri hər bir şey dəyişilir və zavala məruz qalır. Bunlar da insanın həqiqi mükafatı ola bilməz. Oruc tutan şəxsin mükafatı Allahla görüşdür.[7]

 

Mənbələr :

 

[1] İbni Mənzur, Məhəmməd ibni Mükrəm, “Lisanul-ərəb”, 7-ci cild, səh. 160, üçüncü çap, “Darus-sadir”, Beyrut, 1414-cü qəməri il

[2] Məhyar, Rza, “Ərəb-fars əbcəd lüğəti”, səh. 41, bi. ta, bi. ca

[3] “Bəqərə” surəsi, ayə: 185; Qurəşi, Seyid Əli Əkbər, “Qamusi Quran”, 3-cü cild, səh. 123, altıncı çap, "Darul-kutubil-islamiyyə", Tehran, 1371-ci şəmsi il

[4] Şeyx Səduq, “Əmali”, səh. 93, “İslamiyyə” kitabxanasının nəşriyyatı, 1362-ci şəmsi il

[5] “Səhifeyi Səcadiyyə əl-kamilə”, Şərani, Əbul-Həsən, 44-cü dua, səh. 206, “Qaimi Ali Məhəmməd” (səlləllahu əleyhi və alih) nəşriyyatı, 1386-cı şəmsi il

[6] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 75, “Camieyi müddərisin”in nəşriyyatı ,Qum, 1413-cu qəməri il

[7] Cavadi Amuli, Əbdüllah, “İbadətlərin hikməti”, səh. 33, 131-135, 145-147, “İsra” nəşriyyatı, Qum, birinci çap, 1378-ci şəmsi il

[islamquest]

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana