Böyük Ustad Ayətullah Füruği
Aşiqlərin ibadətinin sirri

Aşiqlərin ibadətinin sirri

Aşiqlərin ibadətinin sirri (Birinci hissə)

Hər kəsin əməli onun himmətinin və hər kəsin əsəri onun varlığının güzgüsüdür. Biz danışdıqda sözlərimiz daxilimizin nümayəndəsi olaraq batinimizdə nə toplandığını, canımızın haradan qidalandığınız göstərir.

İnsan dilinin altında gizlənibdir
Bu dil can dərgahına bir pərdədir[1]

Ağzımızdan çıxan sözlər bizi dəyərləndirən meyardır və onunla özümüzü tanıya bilərik.

İmam Əli (ə) Allahla münacat etdikdə belə deyir: “İlahi! Mən Sənə əzabından qorxduğum və savabına tamahlandığım üçün ibadət etmirəm, Səni ibadətə layiq bildiyim üçün ibadət edirəm!”[2]

«مَا عَبَدْتُكَ خَوْفاً مِنْ نَارِكَ وَ لَا شَوْقاً إِلَى جَنَّتِكَ بَلْ وَجَدْتُكَ أَهْلًا لِلْعِبَادَةِ فَعَبَدْتُكَ»

Əlinin (ə) ibadəti tacirsayağı ibadət deyil ki, alış-veriş etsin, cənnət və onun nemətlərinə çatmaq üçün Allaha ibadət etsin. Əli (ə) Sənin Özünü istəyir, Əli (ə) sənin aşiqindir. İnsanın Allah qarşısında tacirsayağı ibadət etməsi nə qədər pisdir.

İnsan bir az yuxarı qaxdıqda nemət və savaba görə etdiyi ibadətlərin nə qədər xoşagəlməz olduğunu başa düşür.

O kəs ticarət edir ki, əlində sərmayəsi olsun, amma bizim bir şeyimiz yoxdur. İnsaın özünü dünyada nəyinsə sahibi sanması, mərifətinin azlığı üzündəndir.

Bizim nəyimiz vardır ki, Allahla tacirsayağı rəftar edək. Allahla ticarət etmək məqsədilə iş görən şəxs ömür, güc və digər şeylərin özününkü olduğunu düşünür. Amma həqiqət budur: “Qüdrət və güc yalnız uca və əzəmətli Allahdandır.”

«لاحول و لا قوۀ الا بالله العلی العظیم»

Hər şey Allah tərəfindəndir. İmam Hüseyn (ə) Ərəfə duasında deyir: “Ey mənim mövlam, hansı vasitə ilə Sənin hüzuruna gəlim? Gözüm, əlim, qulağım və dilimləmi, yoxsa, əllərim və ayaqlarımlamı? Bunların hamısını ixtiyarımda qoyduğun halda, onlarla günah etdiyim nemətlər deyilmi? Mənə höссət tamamlanmış və işlər mənim əleyhimədir!”[3]

«فَبِأَيِّ شَيْ‏ءٍ أَسْتَقْبِلُكَ‏ يا مَوْلايَ، أَ بِسَمْعِي أَمْ بِبَصَرِي، أَمْ بِلِسانِي أَمْ بِيَدِي أَمْ بِرِجْلِي؟ أَ لَيْسَ كُلُّها نِعَمَكَ عِنْدِي، وَ بِكُلِّها عَصَيْتُكَ يا مَوْلايَ، فَلَكَ الْحُجَّةُ وَ السَّبِيلُ عَلَيَّ»

Hamımız Allahın hüzuruna gedirik, Qiyamət hamı üçün bərpa olacaqdır. “Ey insan! Sən səy göstərib Rəbbinə doğru can atırsan. Sən Onunla görüşəcəksən!”[4]

﴿يا أَيُّهَا اَلْإِنْسانُ إِنَّكَ كادِحٌ إِلى رَبِّكَ كَدْحاً فَمُلاقِيهِ﴾

Necə olur olsun, hamını Mütəal Allahın məhzərinə aparacaqlar, hansı vəziyyətdə Allahın hüzuruna daxil olacağıq?

İmam Hüseyn (ə) Ərəfə duasının bu hissəsində deyir ki, ilahi, Sənin hüzuruna gəlmək istədikdə özümlə nə gətirim? Bədənimin hansı üzvünü dərgahına hədiyyə edim? Əl, ayaq, dil və qulağım bəsdirmi? Halbuki, onları da Sən vermisən və mənim heç nəyim yoxdur. Amma nə qədər pisdir ki, Sənin vediyin bir şeyi mən itaətsizlik və günahda işlətmişəm.

İmamın (ə) sözünün canı budur ki, ilahi, bu nemətlərin hamısı Sənindir və özümün heç nəyim yoxdur, üstəlik, Sən verənləri də qəsbkarcasına işlətmişəm.

Hər hansı pis baxış, pis bir söz Allahın malını qəsbkarcasına işlətməkdir.

Bunu başa düşdükdə biləcəksən ki, Allahla tacircəsinə rəftar etmək üçün bizim bir şeyimiz yoxdur və özümüzün bir şeyimiz yoxdur ki, onu verib Allahdan nəyisə alaq.

İlahi, həqiqətləri iddia olan kəsin, necə iddiası iddia olmaya?!

«الهی مَنْ كَانَتْ حَقَائِقُهُ‏ دَعَاوِيَ‏ فَكَيْفَ لَا تَكُونُ دَعَاوِيهِ دَعَاوِي‏»

Bizim varlığımız varlıq deyil, biz heçik
Biz varlıqnüma yoxlarıq
Sən faninüma mütləq varlıqsan

 

Aşiqlərin ibadətinin sirri (İkinci hissə)

Bəziləri cənnət, onun nemətləri və cəhənnəm əzabından qurtulmaq üçün Allaha tacirsayağı ibadət edirlər. Mütəal Allaha öz lütf və mərhəməti üzündən savab və nemət vədəsi vermişdir. Amma məsələyə diqqətlə baxsaq tacirsayağı ibadətin ibadət deyil, günah olduğunu görərik. Mərifət əhlinin bəzilərinin əhvalı barədə deyirlər ki, onlar öz ibadətlərinə, hətta istiğfarlarına görə Allahdan əfv diləyiblər, bağışlanmalarını istəyiblər. Buradan məlum olur ki, onlar çox yüksəyə qalxıblar və yuxarı məqamdan öz əvvəlki əməllərinə baxıblar.

İnsan özünə qayıtmalı, özünü tanımalıdır. İnsanın özünü həqiqətən tanıması odur ki, öz vücudundakı yoxsulluğu görsün.

İnsan öz varlıqlarına qarşı malikiyyət hiss edir, mənlik onun bütün vücudunu bürümüş, Allahın malını Ona təslim etməmiş, Allahın haqlarını yerinə yetirməmişdir. Ona görə də insan özünə gəlməli, başa düşməlidir ki, hər nə varsa Onundur və biz özümüz də Onun mülküyük.

Bir tələbə Ayətullah Pəhləvaninin evinə daxil oldu və uca səslə dedi: – Ağa, ağa başa düşdüm!

– Nəyi başa düşdün?

– Başa düşdüm ki, mən qəsbkaram. Müşahidə etdim ki, bütün aləm Allahındır; elm, həyat, güc və bütün varlıq Onundur. Ondan başqa aləmdə yoxluqdan başqa heç nə yoxdur, bütün fel, sifət və zatlar Onda məhvdir. Yalnız Odur ki, Allahlıq edir. Bundan əvvəl elə güman edirdim ki, bunlar hamısı mənim özümündür. Amma indi başa düşdüm ki, bir ömür qəsbkarcasına yaşamışam.

Bu, Həzrət Dostun təcəllisinin təsirindəndir ki, saliki məst edir.

Belə bir hal yarandıqda və aləmin dəmirdən tutmuş insana qədər hər bir zərrəsinin Haqq Taalanın mülkü olduğunu başa düşdükdə, daha cənnət tamahından və cəhənnəmin qorxusundan keçirsən, şükr edən halda Rübubi Zatın qarşısında səcdəyə düşürsən, Haqqın camal, gözəllik və həmd-sənasına diqqət məqamına yetişirsən, ibadətin aşiqcəsinə, şükr edən halda olur. Belə olduqda daha ibadət etməkdən yorulmursan.

Rəsuli-əkrəm (s) buyurur: “Mənim ibadətim şükr etmək üçündür”.

“Allahın rəsulu (s) o qədər namaz qılırdı ki, ayaqları şişirdi və buyururdu: “Mən şükr edən bəndə olmayımmı?!”[5]

«كَانَ رَسُولُ اللَّهِ(ص) يُصَلِّي حَتَّى يَتَوَرَّمَ قَدَمَاهُ وَ يَقُولُ أَ فَلَا أَكُونُ عَبْداً شَكُوراً»

Həzrətin bu bəyanı onun Haqq Taalanın sonsuz camal və gözəlliklərinə diqqətini göstərir.

Rüku edəndə bizim məstliyimizi artır
Səcdədə məqamımızı uca zirvəyə qaldır
Qünutda bizə bizdən bir zərrə də qalmasın
Özün de, Özün eşit dodağımızdan sözümüzü[6]

Mənlikdən boşaldıqda Allahla dolacaqsan. Bu zaman sənin vücudun ondan nida gələn Turi-Sina ağacı olacaq. “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur.”[7]

﴿إِنَّنِي أَنَا اَللّهُ لا إِلهَ إِلاّ أَنَا﴾

Əgər sənəm təcəlli etsə, güzgütək onunla dol
Əgər zülfün açsa sənəm, zülfündə daraq ol

Bütün aləm Haqqın məstidir; hərəkət edən ildırım, yağan yağış, çiçəklənən bağ, dağ, çöl, səhra, damla və dərya hamısı Onun məstidir.

“Göylərdə və yerdə nə varsa, Allahı təsbih və təqdis edər!”[8]

«يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ»

Təsbih etmək, bütün varlıq aləmindəki mütləq həqiqətə diqqət etməyi göstərir. Heç bir zərrə heç bir an bu diqqətdən boş deyildir.

Dəvələrin sarvanları karvan arasında başdan-başa məst
Şah məst, xacə məst, yar məst, əğyar məst
Bağbanlar sazəndə, yağan bulud oldular
Bağ məst, çöllər məst, qönçə məst, tikan məst[9]

 

 

Mənbələr:


[1] (“Məsnəvi mənəvi”, ikinci dəftər, 21-ci bölüm)

[2] (“Biharul-ənvar”, c. 67, səh. 197)

[3] (“Bələdul-əmin”, səh. 255)

[4] (“İnşiqaq” surəsi, ayə 6)

[5] (“Misbahuş-şəriət”, səh. 170)

[6] (“Feyz Kaşaninin şer divanı”, 38-ci qəzəl)

[7] (“Taha” surəsi, ayə 14)

[8] (“Cümə” surəsi, ayə 1)

[9] (“Divani Şəms”, 39-cu qəzəl)

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana