Böyük Ustad Ayətullah Füruği
Nəfsin zənginliyi

Nəfsin zənginliyi

İmam Hüseyn (ə) Ərəfə duasında belə münacat edir: “İlahi mənim nəfsimə ehtiyacsızlıq ver.”

«اللَّهُمَّ اجْعَلْ غِنَايَ فِي نَفْسِي‏»

İnsanın dünyada təlaşının əsas hissəsi rifah, rahatlıq və təhlükəsizlikdə yaşamaq üçündür. O, zatından qıraq səbəblərlə rifaha can atır; sərvət toplamaq istəyir, amma bunu aləmi bir-birinə vurmaq bahasına əldə etməyə çalışır, özünü aləmin sistemi ilə uyğunlaşdırmaq deyil, aləmin sisteminin onunla uyğunlaşmasını istəyir.

“Lakin insan önündəkini (qiyaməti) danmaq istəyər.”[1]

«بَلْ يُريدُ الْإِنْسانُ لِيَفْجُرَ أَمامَهُ»

İnsanın qiyamətə şübhəsi yoxdur, amma azad olmaq və qiyamət məhkəməsi olmadan bütün ömrünü günahda keçirmək, onun qarşısını alacaq bir şeyin olmamasını istəyir. Özünün dəyişməsini deyil, dünyanın onun istəyinə uyğun hərəkət etməsini istəyir. Belə olduqda, puçluğa çatır, Allah, başqaları və dünya ilə əlaqəsi pozulur.

Zəngin və ehtiyacsız olmaq istəyən insan elə bilir ki, metal toplamaqla ehtiyacsız olar bilər.
“O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.”[2]

«الَّذي جَمَعَ مالاً وَ عَدَّدَه*يَحْسَبُ أَنَّ مالَهُ أَخْلَدَه»

Sərvət topladı, onu saydı, sərvəti onu əbədi edəcəyini və onun üçün kamal olacağını sandı. Halbuki, bunların hamısı bir xəyaldır. Sərvət bizim zatımızdan deyil. Sərvət ürəyi özünə çəkir. İnsanın ehtiyacsızlığı və zənginliyi onun nəfsində olmalıdır. İnsan zatında ehtiyacsız olmasa, özündən qıraq bir şeylə ehtiyacsız ola bilməz.

Həqiqi ehtiyacsızlıq

Dünyanın ən imkanlı şəxsi də ehtiyacsız deyildir. Çünki o daha çox sərvət əldə etmək istəyir. Deməli, o da yoxsuldur və hələ ehtiyaclı var. Amma elə bir mömin tapılar ki, bütün dünyanın ona verildiyini düşünər. Bu dünyanın ən zənginidir. Onun bütün diqqəti Allaha yönəlib. İnsan öz daxilindən mütləq ehtiyacsızlığa yol tapmayınca, nəfsində ehtiyacsızlığa yetişmir və dünyada topladığı hər şey onun tüğyan etməsinə səbəb olur. “Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün!”[3]

«كَلاَّ إِنَّ الْإِنْسانَ لَيَطْغى‏*أَنْ رَآهُ اسْتَغْنى»

Mərhum doktor Dehxuda deyirdi: Bir gün Tehranın bələdiyyə sədrini gördüm. Ona dedim ki, iki dəfə gecəni səhərə qədər yata bilməməyimə bais olmusan: birində sevincdən, birində isə qüssədən. Hər iki gecəni bir şeyə görə yata bilməmişəm. Bir dəfə filan küçədən keçirdim.

Gördüm ki, böyük bir plakata yazılıb: “Doktor Dehxuda küçəsi”. Bu küçənin mənim adıma olmasına və tanınmağıma çox sevindim. Həmin gecəni sevincimdən səhərə qədər yata bilmədim.

İkinci dəfə də Müsəddiq hökumətinin devrilməsindən sonra yenə həmin küçədən keçirdim. Gördüm ki, plakatı götürüblər və küçəyə başqa ad veriblər. O qədər kədərləndim ki, gecəni səhərə kimi yata bilmədim.

Bir plakat yuxarı qalxır, insan sevinir; aşağı enir, insan qəm-qüssəyə düşür. Belə bir dünya insanı doyura bilərmi?! Sevincə səbəb olan bir şey, eyni zamanda qüssəyə də səbəb olur.

İnsanın özünü görməyi onu məhv edir.

Nərdivanı mən və biz xəlq edibdir
Aqibət bu nərdivandan yıxılmaqdır
Hər kəs çox yuxarı qalxsa, axmaqdır
Sümükləri daha çox sınacaqdır.

Tövhidə qovuşmaq əsl zənginlik

İnsan öz qəlbindən tövhidə doğru bir yol açmalıdır. Əshabi-Kəhf barədə buyurur: “Onların ürəklərinə qüvvət vermişdik.”[4]

«وَ رَبَطْنا عَلى‏ قُلُوبِهِم»

Həzrət Musanın (ə) anası onu Nil çayına atdı. Öz övladından keçdi. Çünki Allah onun qəlbinə səbr əta etmişdi, onun qəlbindən tövhidə yol açmışdı. Əgər insanın qəlbindən tövhidə tərəf yol açılmasa, tüğyan edir. “Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün!”[5]

«كَلاَّ إِنَّ الْإِنْسانَ لَيَطْغى‏*أَنْ رَآهُ اسْتَغْنى»

Fironun saxta Zənginliki

Firon kəndli idi. Şəhərə gələndə əvvəl qəbristanlıqda yaşayırdı. Camaat ona yemək verirdi.

Firon qəbristanlığı süpürür, təmizləyirdi. Camaatın onun bu işindən xoşu gəldi və onu qəbristanlığın rəhbəri təyin etdilər. Amma öz işini daha yaxşı yerinə yetirdiyini gördükdə, şəhərin idarəsini onun ixtiyarına verdilər. Sonra da Misirin valisi oldu. Hər gün elə işlər görürdü ki, camaat heyrətə gəlirdi.

Beləliklə, camaat onu Misirə şah seçdi. Amma Firon şahlığa qane olmadı və dedi: “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”[6]

«أَنَا رَبُّكُمُ الْأَعْلى»

Firon şahlığın da kiçik olduğunu görürdü. Doğrudan da kiçikdir və insanı ehtiyacsız etmir.

Amma insan ehtiyacsızlığa necə çatmağın yolunu bilmir. Həqiqi ehtiyacsızlıq tövhiddədir.

Firon dedi: “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” Halbuki, ehtiyacsızlıq bəndəlikdədir.

İlahi əgər desən: “Mənim bəndəm”
Ərşdən yuxarı qalxar sevincim
Quran buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.”[7]

«رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه»

Elə insanlar vardır ki, onlar ticarət ardınca deyil və alış-veriş onları doyuzdurmur, ticarətlər var, amma bu ticarət onları Allahı zikr etməkdən yayındıra bilmir. Hədisdə deyilir: “Allahla zəngin olmaq ən böyük zənginlikdir.”[8]

«الْغِنَى بِاللَّهِ أَعْظَمُ الْغِنَى»

Başqa bir hədisdə də gəlmişdir: “Mömin Subhan Allahla ehtiyacsız olur.”[9]

«غِنَى الْمُؤْمِنِ بِاللَّهِ سُبْحَانَه‏»

 

Mənbələr :


[1] (“Qiyamət” surəsi, ayə 5)

[2] (“Huməzə” surəsi, ayə 2-3)

[3] (“Ələq” surəsi, ayə 6-7)

[4] (“Kəhf” surəsi, ayə 14)

[5] (“Ələq” surəsi, ayə 6-7)

[6] (“Naziat” surəsi, ayə 24)

[7] (“Nur” surəsi, ayə 37)

[8] (“Qürərül-hikəm və dürərül-kəlam”, səh. 97)

[9] (“Təsnifu-qürəril-hikəm və dürəril-kəlam”, səh. 91)

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana