seyrü sülük

Seyr-sülukda ustada ehtiyacın dəlilləri

Bismillahir-rəhmanir-rəhim

Ayətullah Səadətpərvər (Pəhləvani) bu barədə deyir:

Heç bir ağıllı insana gizli deyil ki, heç bir maddi elmə ustad olmadan yiyələnmək mümkün deyil. Seyr-süluk və ali insanlıq məqamına çatmaq bütün elmlərdən yüksək və hər bir bacarıqdan daha çətin olduğundan bu yolu ustad və bələdçi olmadan sona yetirmək mümkün deyil. Ona görə də bu yolu getmək istəyənlər gərək hər işdən öncə özləri üçün yol bələdçisi, ustad tapmalıdırlar. Bu ustad nəfsini təzkiyə etmiş, İslamın əsaslarını tanıyan və ustad görmüş olmalıdır ki, onun göstərişlərinə əməl etməklə bu təhlükə ilə dolu və böyük ilahi yolu gedə bilsinlər.

Əgər ustad layiqli ustad olmazsa, yaxud kamil olmasa, ya əqidəsini İslam əsaslarına uyğun etməzsə, özü azğınlıqdadır, üstəlik başqalarını da təhlükə və səhvə salacaq, onların ömürlərinin hədər, canlarının məhv olmasına səbəb olacaq. Hətta əgər bir kəs yəqinliklə varlığın tövhid gövhərini anlasa da kamil olmasına baxmayaraq başqalarına bələdçi ola bilməz. Çünki özü yol və quyu görməmişdir.[1]

Ustada, başqa sözlə tərbiyəçi və mürşidə ehtiyacı iki əsas mövzuda araşdırmaq olar:

1. Əqli dəlillər:

Ustad, yəni yolu tanıyan, bələdçi və yolu aparan. Ona görə də onun olması seyr-süluk yolçusu üçün zəruridir.

2. Seyr-süluk yolunda ustadın zəruriliyi üçün üç əqli dəlil göstərilmişdir:

a) Daxili fitri ehtiyac

İnsanlar bütün sahələrdə tərəqqi və təkamül üçün ustad və tərbiyəçiyə ehtiyaclıdır. Bu ehtiyac ümumi və fitridir, onu görməməzliyə vurmaq olmaz.

İnsan öz fitri ağlına əsasən, məlumatı olmadığı məsələ və mövzularada həmin mövzunun alim və mütəxəssislərinə müraciət edir. Seyr-süluk və irfan məsələlərində bələdçilik və yol göstərmək də alim və mütəxəssisə müraciət qanununun bariz nümunəsidir.

İrfani seyr-sülukun çoxlu mürəkkəblikləri var. Çünki nəfs özü mürəkkəb mövcuddur. Ona görə də nəfsini tərbiyə etmək ardınca olan şəxs nəfs və ruhunun cilovunu hər kəsin əlinə verməməlidir. Çünki sapınmaların çoxu buradan başlayır. Ona görə də ustad və bələdçi tapmaq lazımdır ki, bu qorxulu vadidə insanın əlindən tutsun və onu hidayət etsin, yolu aparsın. Seyid Əli Qazinin (rh) nəzərində bu məsələ o qədər mühümdür ki, dəfələrlə ondan nəql olnumuşdur ki, buyurub: “Əgər bir kəs ömrünün yarısını ustad tapmağa sərf etsə, yenə dəyəri var”. Bu məsələdə önəmli nöqtə budur ki, bu günləri bir çox irfani təmayüllər qəflətdə qalıb və ona görə də saliklərə, xüsusən də cavanlara çoxlu zərərlər dəyir.

Bu üzdən mənəvi və irfani seyr-sülik yolunda ustada ehtiyac aşkar və zəruri bir məsələdir.

b) Yol və mənzilləri, təhlükə və onun manelərini tanımaq

Seyr-sülukun müxtəlif mərhələləri vardır və hər mərhələnin də özünəməxsus təhlükələri vardır. Qabaqcadan seyr-süluk təcrübəsi olmayan adam burada çətinliyi olacaq və bəzən düz yoldan sapınır, fikri və əməli quyulara düşürlər. Çünki bu yolun aşkar və gizlin quldurları, yolkəsənləri salikin pusqusunda dayanıblar. Ona görə də ağıl hökm edir ki, bələdçi olmadan bu vadiyə ayaq qoymasın.

Bu mərhələni ustadsız getməkdən çəkin
Qaranlıqdır, qorx sapınmaq xətərindən
[2]

c) Həqiqi mükaşifələri əsassız xəyallardan ayırd etmək

Əməli irfanın əsas üsullarından biri kəşf və şühuddur. Çünki arif həqiqətləri bu yolla ələ gətirir. Amma bəzi vaxtlar düzgün irfani mükaşifələri batil şeytani xəyallardan ayırd etmək çox çətindir. Burda ustadın çöx önəmli və həyati bir məsələ olması aydın olur. Özü ustadın nəzarəti ilə seyr-süluk mənzillərini qabaqcadan getmiş, yolun burulğanlarını tamamilə tanıyan bələdçi salik üçün baş verən bəzi şühud hadisələrinin səbəbini bilməkdə, ya bəzi halların təcrübə edilməsində kömək edə bilər.

Ustad öz təcrübəsinə və salikin ürəyinə nüfuz etmə gücünə əsasən, hansı mərhələdə salik üçün hansı halın, hansı şühudun baş verəcəyini bilir. Ona görə də salik hər bir mərhələdə öz mükaşifə, hal və düşüncələrini ustadına deməlidir ki, ustad da həqiqi mükaşifəni batil xəyaldan ayırd etsin və ixtilafı aradan qaldırsın.

Qeysəri “Fususul-hikəm” kitabının şərhinin altıncı fəslinin müqəddiməsində mükaşifənin xəta səbəblərini saydıqda yazır: “Yuxu qarışıq, pərişan və digər qismlərəbölündüyü kimi oyaqlıqda mükaşifə olunan hal da iki cür olur: bəziləri məhz həqiqət olub, özlüyündə reallığı var, bəziləri də yalnız xəyaldır heç bir həqiqəti yoxdur, üstəlik şeytanidir. Bəzən şeytan bu xəyali mükaşifələri bir az həqiqətlə qarışdırır ki, mükaşifə edən şəxsi sapındırsın. Ona görə də salikin ustad və mürşidə ehtiyacı var ki, ustad onu haqqa hidayət etsin və təhlükədən qurtarsın”.[3]

2. Nəqli dəlillər

Seyr-süluk yolunda ustadın lüzumuna dəlalət edən çoxlu ayə və rəvayətlər vardır:

a) Quran ayələri

Qurani-kərimə müraciət etməklə görürük ki, insanın hidayətçiyə ehtiyaclı olması barədə çoxlu ayələr vardır. Bu ayələr insanın həqiqətlərə çatması üçün mürşid və ustadın lüzumuna dəlalət edən ən yaxşı dəlillərdir. Onlardan bir neçə nümunəyə işarə edirik:

“و ما أرْسَلْنا مِنْ قَبْلِكَ إلّا رِجالًا نُوحي‏ إلَيْهِمْ فَسْئَلُوا أهْلَ الذِّكْرِ إنْ‏ كُنْتُم لاتَعْلَمُونَ.”

“(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”[4]

Qurani-kərim bizdən istəyir ki, bilmədiyimiz şeyləri agah insanlardan soruşaq və onların elminə tabe olaq.

“يا أبَتِ إنّي‏ قَدْ جآءَني مِنَ الْعِلْمِ مْا لَمْ يَأْتِكَ فَاتَّبِعْني أهْدِكَ صِراطاً سَوِيّاً.”

“Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!”[5]

Habelə, Qəsəs surəsində həzrət Musa (ə) və həzrət Şüeybin (ə) hekayəsinə aid olan ayələrdə bu nöqtəyə işarə edilir ki, hətta peyğəmbərlərin də bəzi mərhələlərdə ustada ehtiyacları var. Həzrət Musa (ə) xalqa rəhbərlik etməyi öyrənmək üçün 10 il həzrət Şüeybin (ə) şagirdi oldu.
Bundan sonra həzrət Musa (ə) bir daha həzrət Xızrdan (ə) bəzi elmləri ona öyrətməsini xahiş etdi.

“قال لَه موسی هَل أتَّبِعُکَ علی أن تُعَلّمن ممّا عُلِّمتَ رُشداً”

“Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”[6]

Şəriətin batini və sirri var. Həzrət Musa (ə) şəriət sahibi idi və həzrət Xızr (ə) sirr sahibi. Şəriət sahibi gərək bəzi mərhələlərdə sirr sahibinə tabe olsun.

b) Məsumların (ə) rəvayətləri

İmam Səccad (ə) həkim (hikmət sahibi olan) və dindar adamın hidayətini və bələdçiliyini sapınma və həlakətdən qurtuluş yolu bilir. Həzrət buyurur:

“هَلَكَ مَنْ لَيْسَ لَهُ حَكيمٌ يُرْشِدُهُ”.

“Hər kəsin onu hidayət edəcək bir həkimi olmasa, həlak olar”[7]

İmam Sadiq (ə) buyurur:

“يَخْرُجُ أَحَدُكُمْ فَرَاسِخَ، فَيَطْلُبُ لِنَفْسِهِ دَلِيلًا، وَ أَنْتَ بِطُرُقِ السَّمَاءِ أَجْهَلُ مِنْكَ بِطُرُقِ الْأَرْضِ، فَاطْلُبْ لِنَفْسِكَ دَلِيلا”.

“Sizlərdən biriniz bir neçə fərsəxlik səfərə çıxdıqda özünə bələdçi axtarır. Halbuki, sənin göyün yollarına cəhlin yerin yollarına cəhlindən daha çoxdur. Bəs özün üçün bələdçi tap”.[8]

Adi səfərlərdə bələdçiyə ehtiyacımız olduğu kimi nəfsani və mələkuti səfərlərdə ondan da zəriri olaraq bələdçiyə ehtiyacımız vardır.

İmam Əli (ə) buyurur:

“رَحِمَ الله إمْرَأً سَمِعَ حُكْماً فَوَعَى وَ دُعِيَ إِلَى رَشَادٍ فَدَنَا وَ أَخَذَ بِحُجْزَةِ هَادٍ فَنَجَا”.

“Allahın rəhməti olsun o kəsə ki, hökmü eşidə və yaxşı öyrənə, düz yola dəvət oluna və o dəvəti qəbul edə, hidayətçidən yapışa və nicat tapa”.[9]

İbn Meysəm Bəhrani Nəhc əl-bəlağənin şərhində həzrət Əlinin (ə) bu kəlamında ustadın zəruriliyini başa düşmüşdür, sonra ustada ehtiyac və ehtiyacsızlıq barədə iki nəzəriyyəni araşdırmışdır. Sonda isə çoxlarının ustada ehtiyac olmasını zəruri bildiklərini yazır:

“Məqsəd budur ki, Allah yolunu getməkdə alim və mürşid ustada iqtida etsin ki, onun vasitəsilə özünə nicat versin. İmam (ə) “huczə” (ətək) sözünü buyurub ki, yəni ustadın əsər, yol və üslubunun ardınca olun”.

O, bu kəlamın şərhinin davamında yazır: “İmamın (ə) kəlamından belə başa düşmək olar ki, salik seyr-süluk yolunda ustad tapmalıdır və bu onun üçün vacibdir”.[10]

Peyğəmbər (s) buyurur:

“الرَّفیقَ ثمَّ الطَّریقَ”

“Gərək əvvəl yol yoldaşı tapasan, sonra səfərə çıxasan”.[11]

Molla Saleh Mazandarani “Kafi”nin şərhində bu hədisin bəyanında yazır: “İnsana cismani və dünyəvi səfərlərdə özünə yoldaş tapmaq lazım olduğu kimi ruhani və mənəvi səfərlərdə də öz məqsədinə çatmaq üçün gərək yol yoldaşı olsun. Bu hədisdən istifadə edilir ki, səfərə çıxdıqda yol yoldaşı tapmaq vacibdir. Ona görə də uzun və burulğanlı, mürəkkəb irfani seyr-süluk yolunda da ustad daha zəruridir və bu ustad insan üçün ən yaxşı hidayətçidir”.[12]

İmam Sadiq (ə) buyurur:

“وَ لَا طَرِيقَ لِلْأَكْيَاسِ مِنَ الْمُؤْمِنِينَ أَسْلَمَ مِنَ الِاقْتِدَاءِ لِأَنَّهُ الْمَنْهَجُ الْأَوْضَحُ وَ الْمَقْصَدُ الْأَصَح‏.”

“Zirəng möminlər üçün (mürşid və hidayətçiyə) iqtida etməkdən daha sağlam (və aydın) bir yol yoxdur”.[13]

İnsanın kamal səmtinə tərbiyəsi, tərəqqisi üçün ustada daha çox ehtiyacı var. Bunu inkar etmək olmaz. Ustadsız süluk səfərin uzun olacağına, zillətə və şaşqınlığa səbəb olacaq.

Hər kim bələdçisiz çıxsa yola
Hər iki günlük yol çəkəcək yüz il

Hər kəs səbəbsiz Kəbəyə tərəf çapsa
Olacaq şaşqın, qalacaq zəlil

Hər kim ustadsız bir peşəyə başladısa
Kənd və şəhər ona güldü.
[14]

“Bəziləri bu yolu ustadsız gediblər və öz məqsədlərinə çatıblar. Ona görə də ustadın olması zəruri deyil”- demək düzgün deyil. Çünki ustada ehtiyac bir qaydadır və diqqət etmək lazımdır ki, kimdəsə məhz hansısa kəramətin olması onun son məqsədə yetişməsinə nail olması demək, deyil. Çünki kəramət qazanmaq hədəf deyil. Hədəf tövhid məqamına, yəni Allaha mərifətin son mərhələsinə yetişməkdir. Ona görə də ariflərin nəzərində mərifət kəramətdən üstündür. Ariflər az xariqul-adə və kəramət göstərirlər. Çünki Aləmin Sahibi olan Haqq Taalanın qarşısında aləmdə təsərrüf etməyi ədəbsizlik bilirlər. Allah taala tərəfindən izin olmayan məsələlərdən başqa heç bir işdə kainatda təsərrüf etmirlər.

Bəziləri də belə irad tuturlar ki, salikin hidayəti üçün gərək Peyğəmbər (s) və Allahın lütfü kifayətdir. Quran və şəriət Allah yolunun bəyanıdır, mürşid və tərbiyəçiyə ehtiyac yoxdur.

Cavab budur ki, yolun hidayətçilərinin həzrət Məhəmməd Mustafa (s), məsum imamlar (ə) olmasında heç bir şəkk-şübhə yoxdur. Allahın lütfü, şəriət elmi də bu yolun bəyanıdır. Lakin xəstlənmiş bir şəxs öz müalicəsi üçün tibbi kitablara, mövcud dərmanlara və ağlına müraciət etmir. O həkimə müraciət edir və onun təsərrüfünə tabe olur, həkim hansı dərmanı versə, şirin ya acı olmasına baxmayaraq onu istifadə edir.

 

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu
———————————————-
Qaynaqlar:
1. Səadətpərvər, Əli, “Camali aftab”, birinci çap, Tehran, Nur Təhqiqat nəşriyyatı, 1386 ş.
2. Qeysəri, Davud ibn Mahmud, “Şərhu fususul-hikəm”, birinci çap, Tehran, Elm və Mədəniyyət nəşriyyatı, 1375 ş.
3. Məclisi, Məhəmmədbaqir ibn Məhəmmədtəqi, “Bihar əl-ənvar”, ikinci çap, Beyrut, Daru əhyait-turasil-ərəbi, 1403 q.
4. Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, təhqiqatçı: Ğəffari, Əli Əkbər və Axundi, Məhəmməd, “Əl-kafi”, dördüncü çap, Tehran, Darul-kutubul-islamiyye nəşriyyatı, 1407 q.
5. Seyid Rəzi, Məhəmməd ibn Huseyn, təhqiqatçı: Saleh, Subhi, “Nəhc əl-bəlağə”, birinci çap, Qum, Hicrət nəşriyyatı, 1414 q.
6. Meysəm ibn Əli ibn Meysəm, “Şərhu nəhc əl-bəlağə”, Nəsr nəşriyyatı, 1378 ş.
7. Mazandarani, Məhəmməd Saleh ibn Əhməd, təhqiqatçı: Şərani, Əbul Həsən, birinci çap, Tehran, İslamiyyə Məktəbi nəşriyyatı, 1382 q.

 

Mənbələr :


[1] (“Cəmali aftab”, c. 3, səh 11.)
[2] Hafiz
[3] (Qeysəri, “Şərhi Fususul-hikəm”, səh. 100.)
[4] (“Nəhl” surəsi, ayə 43 və “Ənbiya” surəsi, ayə 7.)
[5] (“Məryəm” surəsi, ayə 43.)
[6] (“Kəhf” surəsi, ayə 66.)
[7] (“Bihar əl-ənvar”, c. 75, səh. 159.)
[8] (“Əl-kafi”, c. 1, səh. 185).
[9] (“Nəhc əl-bəlağə”, xütbə 74.)
[10] (İbn Meysəm Bəhrani, “Şərhu nəhc əl-bəlağə”, c. 2, səh. 208.)
[11] (“Bihar əl-ənvar”, c. 73, səh. 267.)
[12] (Mazandarani, “Şərhu əl-kafi”, c. 2, səh. 210.)
[13] (“Bihar əl-ənvar”, c. 2, səh. 265.)
[14] (Məsnəvi Mənəvi)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana