June 03, 2020 04:57 PM
Ayətullah Seyid Ruhullah Musəvi Xomeyni (rəh)

Ayətullah Seyid Ruhullah Musəvi Xomeyni (rəh)

Ayətullah Seyid Musəvi Xomeyni 1902-ci il, sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. Uşaq yaşlarından dini təhsil almış, ərəb dili, məntiq, fiqh, üsul və s. elmlərə yiyələnmişdir. Qum Elm Hövzəsində müstəsna müvəffəqiyyət qazanan İmam Xomeyni (r) gənc yaşlarında ictihad (müctəhidlik) dərəcəsinə çatmışdır. İmam Xomeyni (r) Rza şah, diktator Pəhləvi sülaləsinə qarşı mübarizəsinə görə sürgün həyatı yaşamışdır. 1965-ci ildə Türkiyəyə, bir müddət sonra İraqa sürgün edilmişdir. İmam Xomeyninin (r) rəhbərliyi ilə İran İslam İnqilabı 1979-cu ildə qələbə çalır və ABŞ, onun timsalında dünya imperializmi regiondakı jandarmını itirmiklə böyük zərbə alır. İmam Xomeyni (r) 1989-cu il, xordad ayının 14-də Tehran şəhərində vəfat edir. Pak qəbri Tehran civarında Behişti-Zəhra şəhidlər xiyabanı ilə yanaşıdır. 

 

İmam Xomeyninin Gördüyü Böyük İşlər

İmam Xomeyninin (r.ə) İslam üçün gördüyü ən böyük iş İslamı dirçəltmək oldu. Artıq iki yüz il idi ki, istismarçı rejimlər İslamı müsəlmanlara unutdurmaq üçün səy göstərirdilər. Hətta İngiltərənin baş nazirlərindən biri dünya siyasətçilərinin toplantısında açıq-aşkar bildirmişdi ki, onların əsas planları ilk növbədə, müsəlman ölkələrində İslam dinini həyat səhnəsindən kənarlaşdırmaq, daha sonra bu dini ictimai həyat və siyasətdən, tədricən isə fərdi həyatdan ayırmaqdır. Çünki onlar bu dinin hegemonların istismar və qarətlərinin qarşısında böyük bir sədd olduğunu çox gözəl dərk edirdilər və bu məqsədlə hədər yerə çoxlu pullar da xərclədilər. İmam Xomeyni (r.ə) isə İslamı dirçəldib, yenidən insanların ictimai və fərdi həyatına qaytardı. 

Onun ikinci böyük işi müsəlmanların əldən getmiş izzətini onlara geri qaytarmaq oldu. Beləki, İslam İnqilabının səmərələri təkcə elmi mərkəzlərdə, universitetlərdə İslam dininin araşdırılması, eləcə də İslamın ictimai və fərdi həyata qaytarılması ilə xülasələnmir, eyni zamanda, bu inqilabın ən gözəl bəhrəsi məhz dünya müsəlmanlarına izzət bəxş etmək oldu. Müsəlmanların azlıq təşkil etdiyi böyük ölkələrin birində yaşayan bir şəxs mənə belə deyirdi: “İran İslam İnqilabı baş verməmişdən qabaq müsəlman olduğumu gizlədirdim. Bizim ölkənin adətinə görə hamı uşaqlarına yerli adlar qoymalı idi. Lakin müsəlman ailələri uşaqlarına islami adlar qoysalar da övladlarını həmin adla çağırmaqdan çəkinir və xəcalət çəkirdilər. Sizin İslam İnqilabınızdan sonra isə bizim müsəlmanlar başıucalıqla öz islami adlarını dilə gətirirlər”. Beləliklə, İmam Xomeyninin inqilabı sayəsində dünyanın hər yerində yaşayan müsəlmanlar İslam dinində olduqları üçün iftixar hissi duyurlar.

Onun gördüyü üçüncü böyük iş isə müsəlmanlara “İslam ümməti” anlayışını aşılamaq oldu. Ayrı-ayrı məntəqələrdə yaşayan müsəlmanlarda “vahid İslam ümməti” anlayışı yox idi və buna əhəmiyyət belə vermirdilər. Bu inqilabdan sonra isə Asiya, Afrika, Avropa və Amerikada yaşayan bütün müsəlmanlar sözün tam mənasında vahid İslam ümmətinin bir parçası olduqlarını hiss etdilər. Müsəlmanlarda belə bir vəhdət hissini oyatmaq İslam dünyasının müdafiəsində çox böyük əhəmiyyətə malikdir. 

O böyük şəxsiyyətin gördüyü işlərdən biri də regionda və dünyada mürtəce quruluşlardan biri olan şahlıq rejimini devirmək oldu. İran şahının hakimiyyətini devirmək təsəvvür olunduğu qədər böyük bir iş idi. İran müstəmləkəçilərin Fars körfəzində və Orta Şərqdə ən mühüm qalası sayılırdı. İmam Xomeyni bu qalanı fəth edib, istismarçıların əlini bu məmləkətdən tamamilə kəsdi. 

Onun İslam üçün gördüyü böyük işlərdən beşincisi İslam hökuməti qurmaq idi. Belə bir hökumətin qurulması nə müsəlmanların, nə də qeyri-müsəlmanların ağlına belə gəlməzdi. Müsəlmanlar bu xoş xəyalın bir gün gerçəkləşəcəyini təsəvvür belə etmirdilər. İmam Xomeyni sanki bir möcüzə göstərərək onların bu şirin xəyallarını həqiqətə çevirdi. 

Onun gördüyü mühüm işlər sırasında dünyada İslam hərəkatın yaranmasını xüsusilə qeyd etmək lazımdır. Hal-hazırda zorakılığa və istismara qarşı mübarizəyə qalxan hər bir hərəkatın prinsipləri məhz İslama söykənir.

Onun İslam üçün göstərdiyi ən gözəl xidmətlərdən biri də şiə fiqhinə gətirdiyi yeniliklər idi. Bizim fiqhimiz möhkəm dayaqlar üzərində qurulubdur. İmam Xomeyni (r.ə) dünyada baş verən yenilikləri və qloballaşmanı nəzərə alaraq fiqh sahəsində də öz dövrünə qədər mövcud olmayan yeni bölmələr açdı.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana