June 26, 2020 01:52 PM
Cümə günündə çoxlu salavat

Cümə gününün əməlləri

Şeyx Səduq (r.ə) həzrəti-Zəhradan (s.ə) belə nəql edir:

Rəsuli-əkrəmdən (s) eşitmişəm ki, cümə günündə elə bir saat vardır ki, əgər bir müsəlman Allahdan bir şey diləsə, Tanrı onun istədiyini verər. Bu, günəşin yarısının üfüqdə qalıb, yarısının batdığı zamandır.

Fatimə (s.ə) həmişə öz qulamına buyurardı: «Yuxarı çıx, nə vaxt gördün, günəşin yarısı üfüqdə batdı, mənə xəbər ver ki, dua edim.»

Rəvayətdə nəql olunur ki, o Həzrət mehrabda dayanıb ibadət edən zaman onun nuru səma əhli üçün ulduz kimi parlardı.

Allahın Peyğəmbəri (s):«cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.»[Biharul-Ənvar, c.89, səh.267, hədis 5]

İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.»[Biharul-Ənvar, c.104, səh.73, hədis 24]

İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.»[Biharul-Ənvar, c.89, səh.283, hədis 28]

İmam Baqir (ə):«cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.[Səvabul-Ə’mal, səh.220, hədis 1]

İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.»[Məani əl-Əxbar, səh.299, hədis 18]

 

Cümə qüsulu

Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.»

 

Cümə günündə çoxlu salavat

Allahın Rəsulu (s) buyurdu:

“Hər kəs cümə günündə 1000 dəfə mənə salavat göndərsə, onun 80 illik xətaları bağışlanar.”

Allahın Rəsulu (s) buyurdu: “ Hər cümə günündə mənə çoxlu salavat göndərin: çünki ümmətimin salavatı hər cümədə mənə təqdim olunur və hər kəs mənə çoxlu salavat göndərsə onun məqam mərtəbəsi mənə daha yaxın olur.”

 

 

Mənbə: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın(s) həyatı). Mizanul – hikmət (xülasəsi) 1-ci cild (Salavat)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana