September 11, 2020 10:35 AM
qiyamət

AMAN O GÜNÜN HƏSRƏTİNDƏN!!!

“Yəvmul-həsrət” – “Həsrət günü” qiyamətin adlarından biridir. Yəni insan qiyamət günü “Nə üçün fılan işi yerinə yetirdim? Nə üçün fılan işi yerinə yetirmədim? Kaş ki, bu işi yerinə yetirərdim! Kaş ki, o işi yerinə yetirməzdim!” – deyə təəssüflənəcək, həsrət çəkəcək. Bir sözlə, həmin gün, hey özünü qınayacaq, danlayacaq, əməllərini çək-şevir edəcək və həsrətlə barmağını çeynəyəcək...

O zaman namazı ilk vaxtda qılmağın dəyər və qiymətini gördükdə təəssüflənəcək: “Axı nə üçün namazlarını vaxtında qılmadı!?”

Mübarək Ramazan ayının vacib orucunu və digər müstəhəb oruclara veriləcək savabın nə qədər böyük və dəyərli olduğunu gördükdə, “Nə üçün o isti günlərdə oruc tutmadım və yalan bəhanələrlə başqasını deyil, yalnız özümü aldatdım, üzrsüz yerə orucu yedim?!” – deyə həsrətlə başını aşağı dikəcək!

Ata-anaya ehtiramın qiymətini müşahidə etdikdə qüssələnəcək və öz-özünə “Necə də rahatlıqla ata-anaya ehtiram və qayğı sayəsində bu günə çoxlu ehtiyat toplaya bilərdim, amma...!” – deyə özünü qınayacaq.

O zaman əməl dəftərinə bir nəzər yetirəcək, dili ilə yerinə yetirdiyi nə qədər günahların yazıldığını müşahidə etdikdə, qəm-qüssəsi daha da atracaq, təəssüflənəcək!

Halal malın qiymətini müşahidə etdikdə, həsrətindən boğulacaq: “Axı nə üçün dünyada zikrim-fikrim var-dövlət toplamaq oldu! Nə üçün halallar haqda düşünmədim?!”

Qurani-Kərimdə zülmkar zümrələrin həsrəti belə təsvir olunur:

وَ یَوْمَ یَعَضُّ الظَّالِمُ عَلَى یَدَیْهِ یَقُولُ یَا لَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِیلًا

“O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım!”[1]

یَا وَیْلَتَى لَیْتَنِی لَمْ أَتَّخِذْ فُلَانًا خَلِیلًا

“Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim!”[2]

لَقَدْ أَضَلَّنِی عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِی وَ كَانَ الشَّیْطَانُ لِلْإِنسَانِ خَذُولًا

“And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).”[3]

Əfusus, yüz əfsus ki, o günün həsrəti bir fayda verməyəcək! Arıtq, insan o gün qalaq-qalaq sorğulara cavab vermək, əməllərinin hesab-kitabını vermək məcburiyyətində qalacaq, pis əməllərinə və günahlarına görə ilahi qəzəb və əzabla üzləşməli olacaq. Qurani-Kərimin “Zumər” surəsinin 56-cı ayəsində insanın qiyamət günü “Vay halıma!” – deyərək həsrət çəkəcəyi an belə vəsf olunur:

أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَى علَى مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَ

“(Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edənlərdən idim!” – deməsin.”[4]

Mehriban və bağışlayan Allahdan istəyək ki, qiyamətin sorğu-sualı və hesab-kitabından öncə bizə öz əməllərimizin mühasibəsinə yetişmək tofiqatını əta etsin ki, qiyamət günü həsrət çəkəkənlər zümrəsindən olmayaq!

 

Mənbələr :

[1] “Furqan” surəsi, ayə 27.

[2] “Furqan” surəsi, ayə 28.

[3] “Furqan” surəsi, ayə 29.

[4] “Zumər” surəsi, ayə 56.

Rza Şükürlü (maide)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana