October 25, 2020 06:16 PM
İmam Həsən Əskərinin (ə) hədisləri,
11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

11-ci İmamdan 11 hədis

Bu gün İslam aləmi imamət və vilayət günəşinin 11-ci ulduzu imam Həsən Əskərinin (ə) matəmini yaşayır. Elə bir imam ki, gənc ikən, yəni 28 yaşında şəhadətə yetdi. Elə bir imam ki, gözəl və ibrətamiz kəlamları ilə hamıya hidayət və haqq yolunu göstərdi. O həzrət öz tərəfdarlarına daim tövsiyə edirdi ki, gözəl əxlaqla bəzənsin, insanlarla gözəl rəftar etsin, onları haqqa, doğru yola dəvət etsinlər. Biz də burada təbərrük məqsədilə o həzrətin 11-ci imam olaraq kəlamları və əxlaqi tövsiyələrindən on birini əziz oxucularımızın diqqətinə çatdırır və ümid edirik ki, o həzrətə layiqli şiə olacağıq:

1. İmam Həsən Əskəri (ə) daim şiələri və tərəfdarlarına bu əxlaqi fəzilətə sahib olmağı tövsiyə edər və buyurardı:

قُولُوا لِلنّاسِ حُسْناً، مُؤْمِنُهُمْ وَ مُخالِفُهُمْ، مَّا الْمُؤْمِنُونَ فَيَبْسِطُ لَهُمْ وَجْهَهُ، وَ مَّا الْمُخالِفُونَ فَيُكَلِّمُهُمْ بِالْمُداراةِ لاِجْتِذابِهِمْ إلَى الاْ يِمانِ

“İnsanlarla – istər dost olsun, istər müxalif – gözəl danışın və gözəl rəftar edin. Möminləri bir vəzifə olaraq həmişə gülərüzlə qarşılayın, müxalifləri də mülayim və gözəl danışıqla imana (İslam və islami hökmlərə) cəzb edin.”[1]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

2. İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə belə buyurur:

مَنْ وَعَظَ خاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ

“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, doğrudan da, onu xar etmiş, alçaltmışdır.”[2]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

3. İmam Həsən Əskəri (ə) öz şiələrinə nəsihət edərkən buyurur:

أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاِْجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ،

“Sizə tövsiyə edirəm ki, Allahdan qorxun, dininizdə təqvalı olun, Allaha xatir çalışın, doğru danışın, sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis, səcdələrinizi uzadın və qonşularınızla yaxşı davranın ki, həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin və hüquqularını ödəyin.”

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

4. İmam Həsən Əskəri (ə) buyurur:

لا تُمارِ فَيَذْهَبَ بَهاؤُكَ وَ لا تُمازِحْ فَيُجْتَرَأَ عَلَيْكَ

“Yersiz mübаhisә еtmә ki, qiymәtdәn düşәrsәn vә zаrаfаt da еtmә ki, bаşqаlаrının sәnә qаrşı cürәti аrtаr.”[3]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

5. İmam Həsən Əskəri (ə) buyurur:

جُعِلَتِ الْخَبائِثُ فِي بَيْتٍ وَالْكِذْبُ مَفاتيحُها

“Bütün pisliklәr bir otaqda yerləşdirilərsə, onun açarı yalandır.”[4]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

6. İmam Həsən Əskəri (ə) buyurur:

اَوْرَعُ النّاسِ مَنْ وَقَفَ عِنْدَ الشُّبْهَةِ اَعْبَدُ النّاسِ مَنْ أقامَ عَلَي الْفَرائِضِ اَزْهَدُ النّاسِ مَنْ تَرَكَ الْحَرامَ اَشَدُّ النّاسِ اِجْتِهاداً مَنْ تَرَكَ الذُّنُوبَ

“Şübhәli hаllаrda еhtiyаt еdib əl saxlayan şәхs insanların әn tәqvаlısı, vаciblәri yеrinә yеtirәn әn çох ibаdәt еdәni, hаrаmı tәrk еdәn әn zаhidi vә günаhı tәrk еdәn әn çаlışqаnıdır.”[5]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

7. İmam Həsən Əskəri (ə) buyurur:

مِنَ التَّواضُعِ السَّلامُ عَليٰ كُلِّ مَنْ تَمُرُّ بِهِ وَ الْجُلُوسُ دُونَ شَرَفِ الْمَجْلِسِ

“Kәnаrındаn kеçdiyin hәr kәsә sаlаm vеrmәk vә mәclisin аşаğı tərəfində əyləşmək tәvаzökаrlıq әlаmәtlәrindәndir.”[6]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

8. İmam Həsən Əskəri (ə) buyurur:

مَنْ كانَ الْوَرَعُ سَجِيَّتَهُ وَ الْكَرَمُ طَبيعَتَهُ وَ الْحِلْمُ خُلَّتَهُ كَثُرَ صَديقُهُ

“Hәr kәsin әхlаqı tәqvа, аdәti güzәşt vә хislәti sәbir оlsа, dоstlаrı çох оlаr.”[7]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

9. İmam Həsən Əskəri (ə) öz şiələrinə xitabən belə buyurur:

أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ (صلى الله عليه وآله وسلم) فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ.

“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!”[8]

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

10. İmam Həsən Əskəri (ə) öz şiələrinə nəsihətlərinin birində belə buyurur:

كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ

“...Zinət olun, alçaqlığa səbəb olmayın, bütün sevgiləri bizə tərəf yönəldin, bütün çirkinlikləri isə bizdən uzaqlaşdırın. Çünki biz, haqqımızda deyinlən yaxşı sözlərə layiqik, haqqımızda deyilən pis sözlərdən isə uzağıq.”

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

11. İmam Həsən Əskəri (ə) buyurur:

فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَْمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ.

“Həqiqətən, sizdən hər hansı biriniz dinində təqvalı, sözündə doğru və (əməlində) əmanətdar olub camaatla gözəl rəftar edərsə, deyəcəklər ki, şiə belə olar! Bu işlər bizi sevindirir.”

11-ci İmamdan 11 hədis , İmam Həsən Əskəri (ə), İmam Həsən Əskərinin (ə) hədisləri

Mənbələr:

[1] (“Biharul-ənvar”, 10-cu cild, səh.369.)

[2] (“Biharul-ənvar”, 71-ci cild, səh.166.)

[3] (“Bihаrul-әnvаr”, 75-ci cild, sәh. 371.)

[4] (“Еlаmud-din”, sәh. 314.)

[5] (“Tuhәful-uqul”, sәh. 519.)

[6] (“Mizаnul-hikmә”, 10-cu cild, sәh. 506.)

[7] (“Bihаrul-әnvаr”, 75-ci cild, sәh. 379.)

[8] (“Biharul-ənvar”, 75-ci cild, səh. 372, bölüm 29.)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana