December 04, 2020 06:40 AM
Şeytan

Vəsvəsə - ən böyük düşmən!

Vəsvəsə böyük günahlardandır. İnsanı bədbəxtliyə düçar edir. Ailələrin dağılmasına, talaqla nəticələnməsinə, övladların zərbə görməsinə səbəb olur.

Şeyx Kuleyni “ Üsuli-kafi ” kitabının birinci cildində İmam Sadiqdən (ə) nəql edir ki, “ Əgər vasvas adamın özündən soruşsanız ki, bu əməl ağıla sığandır ya şeytan işidir. Özü də deyər ki, bu şeytan işidir.”

Vəsvəsə digərlərinin eşitməyəcəyi bir tərzdə danışmaqdır. Yəni pis düşüncələri sakitcə öz- özünə demək və mənasız, faydasız fikirlərə düşüb, gümanlara qapılmaqdır.

Vəsvəsə zəif imanlı, süst iradəli insanlara şeytanın qələbəsidir. Xənnasa məxsus sifət odur ki, şeytanın vəsvəsəsi insanın qəlbinə gizli şəkildə düşür və o elə bilir ki, bu onun öz düşüncələridir.

Vəsvəsədir günahların mənbəyi,
Qeybətin, yalanın şərin özəyi.

Vəsvəsənin ən geniş yayılmış növü ibadətdə və məzhəbi məsələlərdə şək- şübhədir. Xüsusilə pak və murdar məsələlərində. Məs: namazın kələmələrini düz demədi. Bəziləri vəsvəsəni psixioloji xəstəlik adlandırırlar. Şeytanın ən çox istifadə elədiyi vəsvəsə küfrdür. İnsanı mehriban Allahla müharibəyə çağırır.

Şeytan kimdir? Ənam surəsi 112-ci ayədə Allah- təala buyurur: “ Hər peyğəmbərə ins və cinsdən düşmən qərar verdik.” Şeytanın əxlaq və əməli öz həmnövlərindən fərqlidir. Törətdiyi əməllər yaxşılıqdan uzaqlaşmağa səbəb olur.

Şeytanın hədəfi bəndəni Allaha yaxınlaşdıran işlərin qarşısını almaqdır. Məxluqun xaliqlə rabitədə olduğu ən gözəl vasitə namazdır. Şeytan güclü imanı olmayanlara namazı tərk etmələrini vəsvəsə edir.

Namazına diqqət yetirənlərə isə namazını əvvəl vaxtında qılmamaları üçün vəsvəsə edir. Günahı itaət, azğınlığı isə hidayət kimi cilvələndirir. Buna görə də Allah- təala Qurani- Kərimdə bəndələrinə buyurur ki, bu qorxulu düşmənə tabe olmasınlar. Allaha pənah aparsınlar. Şeytan əməli saleh bəndələri sevməz. Onları hər yolla namazdan yayındırmağa çalıçar.

Nəcasət, təharət, niyyət, vaxt, qiblə, tələffüz məsələlərində insanı vəsvəsəyə salır. Bəzən nadanların qəlbinə bidət salır, camaatın əqidələri ilə oynayır. Əsl əhkamı onların gözündə kiçildir, günah eləmələri üçün onlara cürət verir, ibadətlərində meylsizlik, digərlərinin mal və namusuna etinasızlıq yaradır.

İnsan rəhimli və mərhəmətli Allahın lütflərindən olan nemətlərdən bəhrələnir. Peyğəmbərlər və imamlar, göndərdiyi kitablar, göy və yer, gecə və gündüz, dənizlər və quru hissə, ağaclar. Bunlarda belə insan üçün xətər vardır.

Su Allahın ən gözəl nemətidir. Lakin onun belə bəzən insana zərəri vardır. Məs: Nuhun tufanı, tufanlar, yağışlar, can və mal tələfatı, sudan yayılan xəstəliklər. İnsanın xətəri: Qeybət, yalan, sehr, cadu, ruhi, cismi, mal və mənəvi zərbələr. Bütün bunlardan başqa ən xətərli düşmən nəfsdir ki, sinədə yarləşir.

Bu nəfs Qurani-Kərimdə Xənnas adlandırılır. Şeytanın vəsvəsəsi ilə mübarizə nəfsi əmmarə ilə mübarizədir ki, peyğəmbər onu “ Cihadi- əkbər” adlandırır.

Hicr surəsi 42- ci ayədə buyurulur: “ Həqiqətən sən bəndələrimə hökmranlıq edə bilməzsən, sənə itaət edənlərdən başqa.”

Allah-Təala bu ayədə qətiyyətlə vəzifələrinə əməl edən bəndələrini şeytanın vəsvəsəsindən qoruyacağına dair vədə verir.

Qəlb vücudun aynasıdır. Qəlb bir nişangahdır ki, oxçular onu hədəfə alıb və hər kəs çalışır ki, oxunu həfəfə vursun. Qəlb həmişə təsir altındadır və dəyişir. Otağı qızdırıb işıqlandırmaq istəyən bir şəxs istifadə etdiyi vasitədən otağın tavanı və divarları qaralsa bu hərarətin nə xeyri var. Qəlb də belədir.

Gərək onu faydalı şeylərlə nurlandıraq. Bir gün şeytan özünü həzrəti İsaya (ə) çatdırır və deyir ki, denən: “ Lə iləhə illəllah” O Həzrət buyurur: “ Dediyin haqq kəlmədir. Lakin sənin ağzından çıxdığı üçün demirəm.”

Şeytanın növlərindən bəzilərinin adları:

1. Xəzəb: Namazda insana vəsvəsə edir.
2. Vəlhan: orucda vəsvəsə edir.
3. Səbər: Müsibətlərdə özünü çatdırır. Cahiliyyət dövründə olduğu kimi sinələri, üzü cərmağa dəvət edir.
4. Əvər: İbadətdə riya yaradır.
5. Məbsut: Yalan danışmağa vadar edir.
6. Dasem: Evə daxil olanda onunla birgə daxil olub onu qəzəbləndirir.
7. Zəlnəbur: Bazarda bazar əhlinin dostudur.
8. Təmrih: Yuxuda adamı azdırır.
9. Züha: Namaz qılmaq istəyəni sübh vaxtı yatırır.
10. Xənnas: Allahın adı gələndə və zikr olunanda onu unutdurur.
 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana