İmam Zeynəlabidin (ə)

İmam Zeynəlabidin (ə) Yezidin məclisində

Əhli-beyt əsirlərinin Şama səfəri “Aşura” (ə) inqilabının mahiyyət və səbəblərini aşılamaqda, Yezidin mənfur hakimiyyətinin əsl mahiyyətini tanıtdırmaqda böyük rol oynadı. İmam Hüseynin (ə) şəhadət libası ilə apardığı müqəddəs cihadı onlar əsirlik libası ilə yerinə yetirdilər. Əsirlərin Şamda saxlanılması, Müaviyənin qırx illik təbliğatı nəticəsində İslam və Peyğəmbər ailəsi haqda düzgün məlumatı olmayan Şam camaatına İslam və Peyğəmbər (s) barəsində düzgün məlumat verilməsi üçün yaxşı fürsət yaratdı. Buna görə də, əsirlər Şamda olan günlərin birində imam Zeynəlabidinin (ə) buyurduğu xütbə bu arada çox əsaslı rol oynadı və Yezidi rüsvay etdi.

Nəql olunur ki, bir gün Yezid məclis təşkil edib xətibə dedi ki, Hüseyn (ə) və atası Əlinin (ə) pisliklərinə dair söhbət etsin. Xətib minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra imam Əli (ə) və imam Hüseyni (ə) pisləməyə başladı, sonra da Müaviyə və Yezidi kifayət qədər təriflədi. Gözlənilmədən məclisdən uca bir səs eşidildi və camaatın sükutunu pozub xətibin səsini kəsdi. Bu, imam Zeynəlabidinin (ə) səsi idi:

«Vay sənin halına, ey xətib! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin  cəhənnəmdə özünə yer hazırladın!»

Sonra imam Zeynəlabidin (ə) əlavə edərək buyurdu:

«Yezid, icazə verirsən bu çubuqların (minbərin) üstünə çıxım, Allahın razılığı olan  camaata əcr-savab verəcək bir neçə kəlmə söz deyim?»

Yezid icazə vermədi. O, imamı tanıyırdı və bilirdi ki, Hüseynin oğlu və Əlinin balasıdır! Camaat dedi: “Əmir, icazə ver minbərə çıxsın, bəlkə ondan bir söz eşitdik. (Görək nə deyir?)”

Yezid dedi: “Əgər o, bu minbərə çıxsa, məni və Əbu Süfyan ailəsini rüsvay etməyincə aşağı enməyəcək.”

Bir nəfər dedi: “Əmir, məgər bu (gənc əsir) nə bilir və nə edə bilər?” Yezid dedi: “O, elə bir ailədəndir ki, onlar elmi uşaqlıqda südlə birgə əmmiş və elm onların qanına qatışmışdır.”

Camaat o qədər təkid etdi ki, Yezid, nəhayət ki, icazə verdi.

İmam Zeynəlabidin (ə) minbərə qalxıb əvvəl Allaha həmd-səna etdi, sonra isə elə bir xütbə söylədi ki, gözlərdən yaş axmağa, ürəklər titrəməyə başladı. İmam Zeynəlabidin (ə) buyurdu:

«Camaat, Allah bizə (Peyğəmbər ailəsinə) altı üstünlük vermiş  yeddi fəzilətə görə bizi başqalarından üstün tutmuşdur. Bizim altı üstünlüyümüz budur ki, Allah bizə elm, helm, səxavət, fəsahət, şücaət vermiş  möminlərin qəlbində bizə qarşı məhəbbət hissi oyatmışdır.

Yeddi fəzilətimiz isə odur ki, ey camaat, Allahın Rəsulu (s) bizim ailəmizdəndir, onun canişini (imam Əli) bizim ailəmizdəndir, şəhidlər sərvəri Həmzə, Cəfər Təyyar bizim ailəmizdəndir. Behişt gənclərinin iki sərvəri – Həsən və Hüseyn bizim ailəmizdəndir. Bu ümmətin Qaimi (son xilaskarı) bizim ailəmizdəndir. Camaat, məni tanıyan tanıyır, tanımayana indi özümü tanıtdıraram. Mən Məkkə  Minanın oğluyam. Mən Zəmzəm  Səfanın oğluyam. Mən Həcərül-Əsvədi (Məkkədəki qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan şəxsin (İslam Peyğəmbərinin (s)) oğluyam. Mən ehram bağlayıb təvaf  səy edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının (Peyğəmbərin) oğluyam. Mən (merac gecəsi) Məscidül-Həramdan Məscidül-Əqsaya aparılan şəxsin oğluyam. Mən (merac zamanı) Sidrətül-Müntəhaya çatan şəxsin oğluyam. Mən səma mələkləri ilə namaz qılan şəxsin oğluyam! Mən böyük Allahın ona vəhy etdiyi şəxsin oğluyam. Mən Mühəmməd Mustafanın (s) oğluyam. Mən Əliyyi-Murtəzanın (ə) oğluyam... Mən Allah Peyğəmbərinin hüzurunda iki qılınc  iki nizə ilə vuruşan şəxsin oğluyam. Mən iki dəfə hicrət edən, Peyğəmbərlə iki dəfə beyət edən, Hüneyn döyüşündə qəhrəmancasına vuruşan  bir an belə Allaha şəkk etməyən şəxsin oğluyam. Mən möminlərin ən salehinin, peyğəmbərlər varisinin, kafirləri məhv edən, müsəlmanların rəhbəri, mücahidlərin nuru, abidlərin zinəti, (Allah qorxusundan) ağlayanların fəxri, səbirlilərin ən dözümlüsü, Allah Peyğəmbərinin ailəsindən çıxmış inqilabçı şəxsin oğluyam. Mənim nəsil-nəcabətim o şəxsdir ki, Cəbrail onun himayədarı, Mikail onun köməkçisi, özü  müsəlmanların himayədarı  namuslarının mühafizəçisidir. Mən dindən çıxanlarla (mariqinlə), əhd-peymanını pozanlarla (nakisinlə), zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihad edən şəxsin oğluyam. Mən Peyğəmbərə (s) hamıdan qabaq iman gətirən, müsəlmanların qabaqcılı olan  Qüreyşin ən üstün şəxsinin oğluyam. O, zalımların düşməni, müşrikləri məhv edən, münafiqləri qırmaq üçün atılmış Allah oxu, abidlərin hikmətli dili, Allah dininin köməkçisi, Allahın təyin etdiyi rəhbər, Allah hikmətinin gülzarı  Allah elminin mərkəzi idi... Fatimeyi-Zəhranın (s.ə.) oğlu mənəm. Xanımlar xanımının oğlu mənəm...»

İmam Zeynəlabidin (ə) özünü, əslində isə imamət şəcərəsini tanıtdırmaq üçün o qədər söz dedi ki, camaatın ağlamaq səsi göyə ucaldı.

Yezid çaxnaşma düşəcəyindən qorxub azançıya əmr etdi ki, azan versin. Azançı ayağa qalxıb azan verməyə başladı: «Əllahu-əkbər, Əllahu-əkbər.»

İmam Zeynəlabidin (ə) buyurdu: «Allah hər şeydən böyük, hər şeydən əzəmətlidir.»

Azançı «Əşhədu əlla ilahə illəllah» deyəndə, imam Zeynəlabidin (ə) buyurdu: «Bəli, mənim tüküm, dərim, ətim  qanım Allahın yeganəliyinə şəhadət verir.»

Azançı dedi: «Əşhədu ənnə Muhəmmədər-Rəsulullah!»

İmam Zeynəlabidin (ə) belə bir fürsətin nitizarında idi, minbərin üstündən üzünü Yezidə tutub buyurdu:

«Yezid, Mühəmməd (s) mənim cəddimdir, yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir, yalan demiş  haqqı danmış olarsan. Yox, əgər desən ki, mənim cəddimdir, bəs onda  üçün onun övladlarını öldürdün? Nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarət edərək ailəsini əsir etdin?...

And olsun Allaha, əgər dünyada bir nəfər varsa ki, Peyğəmbər onun cəddi olsun, o da mənəm! Bəs  üçün bu kişi (Yezid) mənim atamı zalımcasına öldürdü  bizi (Rum imperiyasından tutulmuş) əsirlər kimi gətirdi? Ey Yezid! Bu cür  görürsən, sonra da «Muhəmmədur-Rəsulullah» deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günü atam  cəddim sənin düşmənin olacaqlar.»

Yezid azançının üstünə qışqırdı ki, davam etsin. Məclisdə böyük səs-küy yarandı. Kimisi namaz qılıb, kimisi də namaz qılmadan dağılıb getdi.»[1]

 

Mənbə :

[1] Kamili-Bəhayi, səh.301.

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana