Birinci fəsil: İslamda qadının məqamı və rolu (4)

Qadın və kişinin yaradılışında Allahın hikməti

Əgər bəşər cəmiyyətləri qadın və kişinin bəşər təbiətindəki yerini düzgün tanısa və onu icra etsələr, kamil ilahi quruluş həyata keçəcək; bu quruluşda hər bir varlıq öz varlığının faydasını lazım olduğu kimi bəxş edəcək, heç kəsə zülm olunmayacaq, heç bir istedad tələf olmayacaq, bəşəriyyət qadın və kişinin düzgün həmkarlığının və birləşməsinin xeyrindən çox faydalar götürəcək.

İlahi quruluşda qadın və yaxud kişinin özünü digərindən daha vacib, daha zəruri və daha faydalı bilməsinə haqqı çatmır. Bu baxışda hamı bir səviyyədədir. Həyatda qadın və kişinin vahid rolu, bəşər həyatı sistemində varlıq aləmini təkmilləşdirmək məqsədi ilə iş görməyə əsaslanacaq. Bu mühüm məsələ qadın və kişinin yaradılışında ilahi hikmət baxışıdır.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti