Birinci fəsil: İslamda qadının məqamı və rolu (9)

İslamın qadın barəsindəki düşüncələrinin parlaqlığı

İslamda qadının məqamı
  1. İslamın qadın barəsindəki düşüncələrinin parlaqlığı

Bu gün Allaha həmd olsun ki, İslam və bütün İslam düşüncələri, o cümlədən qadına aid olanlar dünyada parlayır. Ümidvarıq ki, Allah-Taala bizə uğur bəxş etsin və biz bu İslamı düzgün tanıtdıra bilək. Mən siz müsəlman və inqilabçı qadınlara tövsiyə edirəm ki, harada olsanız, bacardığınız qədər özünüzün imanınızı və İslam bilgilərinizi inkişaf etdirin, dərinləşdirin, öz məlumatlarınızı günbəgün artırın. Bu inşallah İslamın daimi izzətini təmin edəcək.

Tehran, Təbriz və İsfahan qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990