"Bir gün Kufə məscidində oturub zikrlə məşğul idim. Bu arada cənnət hurilərindən biri mənim sağ tərəfimdən gəldi, əlində cənnət şərabı olan bir qabı da mənim üçün gətirmişdi.
Huri özünü mənə təklif etdi.
Ona diqqət yetirmək istəyən zaman ustadımın (Əllamə Qazi Təbatəbai öz şagirdlərinə tapşırmışdı ki, bu cür səhnələr sizin üçün yaransa, çalışın belə şeylərə fikir verməyin. Çünki, bunlara fikir vermək insanı yuxarı məqamlardan saxlaya bilər) sözü yadıma düşdü. Ona görə gözlərimi yumdum və ona fikir vermədim. Huri ayağa qalxdı və mənim sol tərəfimə keçib cənnət şərabı olan camı mənə təklif etdi. Mən yenə də ona fikir vermədim və üzümü ondan çevirdim. Belə olduqda cənnət hurisi narahat oldu və getdi. İndiyədək hər zaman o səhnə yadıma düşürsə, hurini narahat etdiyim üçün təsirlənirəm."
Şərh yazın