Həzrət Mövlana Cəlaləddin Rumi (r)

Elə indi - Mövlana Cəlaləddin Bəlkhi(r)

Bəndəlik eylə ta ki sultan olasan
Çıx bu bədəndən ki tamam can olasan 

Salman tək müsəlmanlıqda et təlaş
Ey müsəlman sən gərək  Salman olasan 

Surəti heyvan sənə layiq deyil 
Tərk eylə bu surəti, insan olasan

Dərd yoxundursa dərman da istəmə
Dərdi tap ki, sən ona dərman olasan

Şeytana qulluq ilə olmaz ümid
Layiqi bəxşişi O Rəhman olasan

Varlığın ilə tamam düş torpağa
Öncə ki bu torpaqda pünhan olasan.