Qızlar üçün həddi-buluğun əlaməti qəməri (ay) təqvimi ilə 9 yaşın tamam olmasıdır.
Oğlanlar üçün həddi-buluğ əlaməti isə aşağıdakı dörd şeydən biridir:
1. Qarnın altında, cinsiyyət orqanının üstündə sərt tüklərin çıxması
2. Üzdə və dodağın üstündə sərt tüklərin çıxması
3. İstər ayıq halda, istərsə yuxuda məni (sperma) ifrazı
Qəməri təqvimlə 15 yaşın tamam olması.
Oğlanlarda sinə və qoltuq nahiyəsində sərt tüklərin çıxması, səsin qalınlaşması və s. həddi-buluğ əlaməti deyildir.
Sadalanan əlamətlərin hər biri insanın həddi-buluğa və eləcə də təklif həddinə çatmasının əlamətidir. Təkcə 1 əlamətin olması kifayətdir və həmin andan etibarən təklifin digər şərtləri də mövcud olduğu təqdirdə bütün ilahi göstərişlərin icrası insana vacibdir.
〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰
"Geniş izahlı şəriət məsələləri" kitabından. (Bəzi dəyişikliklərlə)
Həddi-buluğ yaşını miladi təqvimlə hesablama qaydası açıqlanacaq.
Ayətullah Sistani
Şərh yazın