April 12, 2018 12:46 PM
Şeyx Bəhai

Şeyx Bəhainin atası İzzuddin Hüseyn Bin Əbdüs-Səməd hicri təqvimlə 10-cu əsrin böyük alimlərindən olmuşdur. O, Şəhid Sani kimi məhşur Zeynuddin əsrin böyük alimlərindən olmuşdur. O, Şəhid Sani kimi məhşur Zeynuddin Bin Əlinin (r) seçilmiş tələbələrindən olub. Şah Təhmasib Hüseyn bin Əbdüs-Səmədi Səfəvi dövlətinin paytaxtı olan Qəzvin şəhərinə dəvət edir. Alim orada Şeyxül-İslam vəzivəsinə seçilərək fəaliyyətini davam etdirməyə başlayır. O, uzun illər müxtəlif sahələrdə İslam dininə xidmət edir, onun təbliği ilə məşğul olur. Həcc səfərindən sonra Bəhreyndə qalmaq qərarına gəlir.  Ömrünün axrına kimi orada qalıb insanları Allahın yoluna dəvət etmişdir.  Şeyx Bəhai alim nəslindəndir. Bu nəsil Hz. Əlinin (ə) vəfadar səhabəsi Haris Həmədaniyə çatır. Şeyx Bəhai 953-cü hicri qəməri ili zilhiccə ayının 17-də Livanın Cəbə kəndində dünyaya gəlmişdir. Bu kənd şəhid Saninin ( Zeynuddin bin Əlinin ) dünyaya gəldiyi yerdir. Şəhid Sani sünni alimlərinin əli ilə şəhadətə yetirildikdən sonra Şeyx Bəhainin atası oranı tərk edib İrana üz tutmuşdur. O zaman İrandakı Səfəvi dövləti rəsmi şiə dövləti olduğuna görə dünyanın müxtəlif yerlərindən şiə alimləri bura axışırdılar. Bu şərait şiə alimlərinə Əhli-beyt məarifini inkişaf etdirməyə fürsət yaratmışdı.  962-ci hicri-qəməri ilində Şah Təhmasib Qəzvin şəhərini dövlətin paytaxtı elan etdi. Bu dövrdə alimlər Qəzvin şəhərinə toplanaraq dini elm ocaqları təsis etdilər. Şah Abbas zamanında İsfahan paytaxt elan edildikdən sonra İsfahanda da ikinci dini elm ocağı yardıldı.

Şeyx Bəhai hər iki tədris ocağında böyük alim və ustadlardan elm öyrənmişdir. Misal üçün: məntiq,  fəlsəfə və kəlam (teologiya) elmlərini Molla Əbdullah ibn Şəhabuddin, riyaziyyat, həndəsə, cəbr, münazirə və nücum elmlərini Molla Əli Muzəhhəb kimi böyük alimlərin yanında öyrənmişdir. İbn Sinanın “Qanun” adlı  tibb kitabını Şeyx Bəhaiyə Ustad Həkimuddin Məhmud tədris etmişdir.

 Şeyx Bəhai uzun illər müəllimlik edərək Molla Sədra Şirazi, Feyz Kaşani, Fəyyaz Lahici və s. kimi bir çox böyük İslam mütəfəkkirləri tərbiyə etmişdir. Şeyx o dövrdə səfərlərin təhlükəli olmasına baxmayaraq 30 il müxtəlif ölkələrə səfər edərək şiə təliminin yayilması ilə məşğul olmuşdur.  Şeyx əhli-sünnə alimləri ilə də sıx əlaqdədə olaraq onlarla bir çox elmi münazirə məclislərində iştirak etmişdir və onlar da Şeyxin şəxsiyyəti və elmi qarşısında təzim etmişdirlər.

Şeyx Bəhai müxtəlif elm sahələrdə öz sözünü demiş və bu sahələrdə 84-ə yaxın kitab yazmışdır. Hətta Şeyxin mahir şair olduğu və şeiriyyata dərindən yiyələndiyini təsdiqləyən şer divanı da mövcuddur. Şeyx memarlıq sahəsində də böyük məharətə sahib olub. Onun müxtəlif ölkələrdə yaratdığı memarlıq əsərləri o cümlədən xüsusi hesablamalarla tikilmiş hamam (İsfahanda tarixi abidə sayilan bir şamla qızdırılan hamam binası) məscidlər (İsfahanda minarəsi yellənən məhşur “Yellənən məscid”), məsum imamların hərəmləri və bir çox qeyri-adi tikililər bu günə qədər də göz oxşamaqdadır. Həmçinin İsfahan şəhərinin layihəsini də o vermişdir. Şeyxin barəsində nəql olunan qeyri adi hal və hadislər çoxdur. Onlardan birində

 nəql olunur: “ Bir gün Şeyx, şagirdləri ilə birlikdə qəbristana ölülərin ruhuna fatihə oxumağa gedir. Ari Baba Ruknuddinin qəbri kənarına çatdıqda bir səs eşidir. Bu səs onu çox narahat edir. Şagirdlərindən səs eşitdiklərini soruşduqda onlar heç bir səs eşitmədiklərini deyirlər. Şeyxin bu hadisədən sonra halı dəyişir və o, daha çox dua və ibadətlə məşğul olur. Bir müddətdən sonra şagirdləri onun o gün nə eşitdiyini soruşduqda Şeyx deyir: “ Mənə, ölməyə hazırlaş - dedilər!”

Bu hadisədən sonra 6 ay keçir və 1030-cu hicri qəməri ili şəvval ayının 11-də Şeyx dünyasını dəyişir. O zaman İsfahan şəhərində şeyxin cənazəsini yola salmağa 50 mindən çox adam yığılır. Şeyxin vəsiyyətinə əsasən o, İmam Rizaın (ə) hərəminin yanındakı evində dəfn olunur. Onun qəbri indi də hərəmin səhnələrindən birindədir və bu müqəddəs məkana gələnlər tərəfindən ziyarət olunur!

           Məhərrəm Fərəməzov

Müqəddəs Məşhəd şəhəri
zeka.az

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana