Bu ayda ən yaxşı dua və zikri "Əstəğfirullahə rəbbi və ətubu iləyh" - dir.
1. Hər gün aşağıdakı zikri 70 dəfə demək:
«Əstəğfirullahə və əsəluhut-təubə»
2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.
3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nə'budu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.
4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd» dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Allah-Taala bu namazı qılan şəxsin bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.
5. Həmçinin, bu ayda oruc tutmağın da fəziləti çoxdur.
6. Bu ayda çoxlu salavat göndərmək.
Şəban ayının ilk gecəsində qılınan namaz:
Bu gecənin namazı on iki rəkətdir. Onun hər rəkətində «Həmd» dən sonra on bir dəfə «İxlas» surəsi oxunmalıdır.
Allahın Rəsulu(s) buyurub:
Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) çoxlu savabı vardır».
İmam Sadiq (ə) buyurmuşdur:
Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar.
*****
Məfatihul-cinan
Şərh yazın