Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir?
Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu sözlərlə vəsf etmişdir: ”Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən!”[1]
Həzrət Rəsulullah (s) buyurmuşdur: ”Qiyamət günü tərəziyə gözəl əxlaqdan üstün bir şey qoyulmayacaqdır”. Həmçinin, nəql olunur ki, Rəsulullahdan (s): “Hansı möminlər imanda daha üstündür?” – deyə soruşulduqda, o Həzrət cavabında buyurdu: ”Əxlaqı daha gözəl olanlar”.
Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də sözdə və əməldə düzgün olmaları və vədlərinə vafa etmələridir. Allah-təala Öz peyğəmbəri həzrət İsmaili (ə) tərifləyərək buyurmuşdur:”(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi”[2]
Möhtərəm Peyğəmbərimiz (s) buyurmuşdur: “Kim Allaha və qiyamət gününə inanırsa, verdiyi vədə vəfa etsin!”.
Düzgünlüyün və vədə əməl etməyin əhəmiyyəti bizə, qeyri-müsəlmanlardan bir çoxunun İslama müsəlmanların hərəkətlərinə görə qiymət verdiyini öyrəndiyimiz zaman aydın olur. Öz gözəl hərəkətləri ilə İslamı qeyri-müsəlmanlara gözəl göstərmiş və eləcə də öz pis hərəkətləri ilə İslama pislik etmiş nə çox müsəlmanlar olmuşdur.
------------------------------
[1]. Qələm, 4.
[2]. Məryəm, 54.
AŞURADAN-ZÜHURADƏK
Şərh yazın