Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir.
Şəban ayı duaların qəbul olduğu ay kimi də tanıtdırılır. Bu ayın hər gecəsi üçün Peyğəmbər (s) tərəfindən namaz tövsiyə olunmuşdur.
Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.
14-cü gecə üçün tövsiyə olunmuş namaz:
4 rəkətli namazdır. 2 rəkət-2 rəkət qılınır.
Hər rəkətdə “Fathə” surəsindən sonra 5 dəfə “Əsr” surəsi oxunur.
Bu namazı qılana Hz. Adəmdən (ə) qiyamətə qədər bütün namaz qılanların savabı verilər, üzü ay və günəşdən nurani olar.
Qeyd edək ki, hicri təqvimi ilə yeni gün özündən qabaqkı günün məğrib azanı ilə başlayır. Yəni 13-cü gün şam azanı verilməklə həmin gün bitir və 14-cü günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Şam azanı verilməklə hicri təqvimi ilə yeni gün başlayır.
Şərh yazın