FOTO | Həzrət Əli (ə) hərəmində Qədr gecəsi və ...

Ramazan ayının 18-dən 19-na keçən gecə

Nəcəfdəki İmam Əlinin (ə) hərəmində Qədr gecəsi və Həzrətin (ə) şəhadətinin növbəti ildönümü münasibətilə mərasim keçirilib. 

Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələri və digər ölkələrdən Ramazan ayının Qədr gecələrini Həzrəti İmam Əlinin (ə) hərəmində keçirmək üçün Nəcəf şəhərinə axışıb.

Qeyd edək ki, Ramazan ayının 18-dən 19-na keçən gecə həm də Həzrət İmam Əli ibni Əbu Talibin (ə) İraqın Kufə məscidində sübh namazında xəvaric tərəfindən zərbətləndiyi gecədir. Bu qılınc yarasından 2 gün sonra İmam Əli (ə) şəhadətə qovuşub.

Mərasimdən çəkilmiş görüntüləri təqdim edirik: