Səs | RAMAZAN AYININ 20-Cİ GÜNÜNÜN DUASI

RAMAZAN AYI

-- Ramazan ayının gündəlik duaları

Ərəbcə:

اَللّـهُمَّ افْتَحْ لي فيهِ اَبْوابَ الْجِنانِ، وَ اَغْلِقْ عَنّي فيهِ اَبْوابَ النّيرانِ، وَ وَفِّقْني فيهِ لِتِلاوَةِالْقُرْآنِ، يا مُنْزِلَ السَّكينَةِ فى قُلُوبِ الْمُؤْمِنينَ

Duanın oxunuşu:  Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs-səkinəti fi qulubil mu`minin.
Duanın tərcüməsi:  İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq göndərən!

*****

İFTAR DUASI

اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

​*****

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:
20-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)

Səs