İnsan namaz qılsa, lakin namaz halında öz dediklərinə diqqət etməsə,nə dediyini bilməsə,kiminlə danışdığını bilməsə, namazın sözlərini ümumilikdə qafilcəsinə desə bu namaz faydasızdır.
Əlbəttə, ərəb dilini bilməyən, bu cümlələrin mənasını başa düşməyən insanlar Allahla danşdıqlarıını, Onun qarşısında durduqlarını bilsələr kifayət eləyir. Buda bir səmərədir. Amma çalışın namazın mənasını öyrənin. namazın mənasını (tərcüməsini) öyrənmək çox asan bir işdir. Bu, bir neçə cümlənin mənasını (tərcüməsini) çox tez öyrənə bilərsiniz. (Çalışın) Namazı mənasına diqqət yetirərək qılın. Yalnız bu namaz hər bir təqvalı insanı Allaha yaxınlaşdıran namaz ola bilər.
Əgər namaz qılarkən özünüzə və etdiyiniz əmələ diqqət yetirsəniz, şübhəsiz,sizin namazdan sonrakı əhvalınız namazdan qabaqkı əhvalınlzla fərqli olacaq. Şərti budur ki, qılarkən nə iş gördüyünüzə diqqət edesiniz.
Digər ibadət növləri də belədir. Bütün ibadət növləri bizim üçün bir fürsətdir.
Şərh yazın