October 07, 2018 03:36 AM
Bəsirət

Bəsirət gözü və Bəsirət gözünün açılması :

Bəsirət gözü haqında belə yazıblar  : İnsanın süqut etməsinin amillərindən biri – şeytanın (lən) tələsinə düşməsidir. Allahı zikr etmək insana bəsirət verər.

İnsan bu zikrlərin vasitəsilə həmin tələlərə düşməz. "Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. ("Əraf” 201).

Bəsirət gözünün açılması

Allahı yada salmaq - bir çox ruhi və əxlaqi təsirlər qoyar.

Allahı yada salmaq - qəlb aydınlığına, Allahdan qorxmağa, bəsirətə, şeytanı (lən) tanımağa, günahların bağışlanmasına, elm və hikmətə səbəb olar.

Allahla aşiqcəsinə rabitə qurmağın ən gözəl yolu - zikrdir. Yəni, insan dili ilə, qəlbi İlahi həsənələri zikr edər və ruh gülünü gümrah saxlayar.

Allahı zikr etmək - bəndənin Məbudu ilə rabitəsidir. Bu, insandır və gərək özünü maddiyyata qərq etməsin. Məqsədini özündə və dünyasında məhdud etməsin. Bəlkə özünü əbədi səfər üçün hazırlamış olsun.

Allahı zikr etmək möcüzəli təsirlərə malikdir. Onların hər biri insanın ruh və əxlaqına təsir qoyar.

Bəsirət gözünün açılması

Allah qorxusu.

Allahı zikr etməyin təsirlərindən biri Allah qorxusudur. Quran bu haqda buyurur: "Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar”. ("Ənfal” 2).

Bu qorxu onların elminin əzəmətindən irəli gəlir. Çünki Allah Quranda alimlərin bu qorxuya malik olduğunu vurğulayır. Bu qorxu alimi hər cür günahdan saxlayar.

İnsanın süqut etməsinin amillərindən biri – şeytanın (lən) tələsinə düşməsidir. Allahı zikr etmək insana bəsirət verər. İnsan bu zikrlərin vasitəsilə həmin tələlərə düşməz. "Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. ("Əraf” 201).

Allahı zikr edən insan Allah tərəfindən bağışlanar. Bundan başqa, Allah bu əmələ görə ona dünya və aixrət mükafatını vəd edər. Quran buyurur: "Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!” ("Əhzab” 35).

İnsan ömrü boyu işlətdiyi günahlarına görə qəm-qüssə yeyər. Çalışar ki, elə işlər görsün ki, Allah tərəfindən bağışlana bilsin. Bununla yanaşı, tövbə qapısı həmişə bəndələrin üzünə açıqdır. "Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!” ("Zumər” 53).

Allahı zikr etməyin baqşa bir səmərələrindən biri - hikmət, kamal və ağlın yetişməsidir. Zikr insanın idrak qüvvəsini gücləndirər, fikrin coşmasına səbəb olar. İnsan elə bir məqama çatar ki, qeyb həqiqətlərini özündə əks etdirər. Allah bu insanın düşüncələrinə yardım edər. Bu həqiqəti Məsumlar (ə) və böyük din alimləri açıq şəkildə təcrübə etmişdilər. Alimlərin bir çoxu elmi məsələlərdə çətinliyə düşən zaman Allahı zikr edər və namaz qılıb bu məsələnin həllinə çatardılar.

Beləliklkə, deyə bilərik ki, əgər bəsirət gözünün açılmasını istəyiriksə, Allahı çoxlu zikr edək.

Bəsirət gözü

(Tebyan/ Deyerler.org)

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana