Bu gecə Məbəs gecəsi , yəni Rəsuli Əkrəm səlləllahu ələyhi və alihi və səlləmin peyğəmbərliyə seçildiyi gündür. Böyük, şərəfli və mütəbərrikə gecələrdən biridir.
Bu gecə bir neçə əməli yerinə yetirmək lazımdır:
1. Şeyx Misbah kitabında belə yazılmışdır: Həzrəti Əbu Cəfər İmam Cavad ələyhissəlam buyurmuşdur:
"Rəcəb ayında elə bir gecə vardır ki, o, gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27-sidir ki, onun sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən, bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 il əməlin əcrinə bərabərdir".
Həzrətdən soruşdular: Bu gecənin əməli nədir?
- İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qılırsan. (Sübh namazı kimi, 2-2 rukət) Namazın rukətlərində həmddən sonra Qurani Kərimin kiçik və müfəssəl surələrindən istədiyini oxuyursan. Quranın müfəssəl surələri "Muhəmməd" surəsindən sonra gələn surələrdir. Hər namazdan sonra 7 dəfə Həmd, 7 dəfə müfəzzəteyn, 7 dəfə "İxlas", 7 dəfə "Kafirun", 7 dəfə "Qədr", 7 dəfə AyətəlKürsünü oxuyub sonra aşağıdakı duanı oxu:
"Əlhəmdulilləhil-ləzi ləm yəttəxizə və lədən və ləm yəkun ləhu şəriikun fil mulki və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira, Allahummə innii əsəlukə biməaqidi izzəkə əla ərkani ərşikə və muntəhar-rahməti min kitabikə və bismikəl ə`zamil ə`zamil ə`zami və zikrikəl əlal ə`lal ə`la və bikəliməətikət-təmməəti ən tusalli əla Muhəmmədin və alihi və əntəf -ələ bii ma əntə əhluhu"
2.İstədiyin duanı oxu.
3. Bu gecə qüsl etmək müstəhəbdir.
4. Rəcəb ayının 15-ci gecəsində qılınan namazı qılmaq.
5. Bu gecənin ən fəzilətli əməllərindən biri də Həzrəti Əmirəl-möminin Əli (ə)-ı ziyarət etməkdir. O Həzrət üçün bu gecə üç ziyarət var. (Bu ziyarəti saytımızın "Ziyarətnamələr" bölməsində qeyd edəcəyik, inşallah)
Şərh yazın