May 06, 2019 06:25 PM
Ramazan ayı

Mübarək Ramazan ayının 1-ci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının 1-ci gecəsinin əməlləri və məxsus duaları aşağıdakılardan ibarətdir :

1. Ayın çıxmasını izləmək və gözləmək;
2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri səmaya qaldıraraq bu duanı oxumaq:

رَبّى‏ وَرَبُّكَ اللَّهُ رَبُّ الْعالَمينَ اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالْأَمْنِ‏ وَالْأِيمانِ، وَالسَّلامَةِ وَالْإِسْلامِ، وَالْمُسارَعَةِ اِلى‏ ما تُحِبُّ وَتَرْضى‏، اَللّهُمَّ بارِكَ لَنا فى‏ شَهْرِنا هذا، وَارْزُقْنا خَيْرَهُ وَعَوْنَهُ، وَاصْرِفْ عَنَّا ضُرَّهُ وَشَرَّهُ وَبَلائَهُ وَفِتْنَتَهُ

Duanın oxunuşu: 
Rəbbi və rəbbukəllahu rəbbul aləmin. Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs səlaməti vəl İslam, vəl musarəəti ila ma tuhibbu və tərza. Əllahummə barik ləna fi şəhrina haza, vərzuqna xəyrəhu və əvnəh, vəsrif ənna zurrəhu və şərrəh, və bəlaəhu və fitnətəh.

Duanın tərcüməsi: 
Mənim və sənin Rəbbin aləmlərin Rəbbi olan Allahdır. İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim və Sənin sevdiyin və razı qaldıqlarına doğru şövqlə yenilə! İlahi, bu ayda bizə bərəkət ver, onun xeyir və yardımını bizə nəsib et, zərər, şər, bəla və fitnəsini bizdən uzaqlaşdır!

Nəql olunur ki, İslam Peyğəmbəri (s) ayı görcək üzünü qibləyə tutub deyərdi:

 اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالْأَمْنِ والْإِيمانِ وَالسَّلامَةِ وَالْإِسْلامِ، وَالْعافِيَةِ الْمُجَلَّلَةِ وَدِفاعِ‏ الْأَسْقامِ، وَالْعَوْنِ عَلَى الصَّلاةِ وَالصِّيامِ، وَالْقِيامِ وَتِلاوَةِ الْقُرانِ،اَللّهُمَّ سَلِّمْنا لِشَهْرِ رَمَضانَ، وَتَسَلَّمْهُ مِّنا، وَسَلِّمْنا فيهِ حَتّى‏ يَنْقَضِىَ‏ عَنَّا شَهْرُ رَمَضانَ، وَقَدْ عَفَوْتَ عَنَّا، وَغَفَرْتَ لَنا وَرَحِمْتَنا

Duanın oxunuşu: 
Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs-səlaməti vəl İslam, vəl afiyətil mucəllələti və difail əsqam, vəl əvni ələs-səlati vəs-siyami vəl qiyami və tilavətil Qur`an. Əllahummə səllimna lişəhri rəməzan, və təsəlləmhu minna və səllimna fihi, hətta yənqəziyə ənna şəhru rəməzan, və qəd əfəvtə ənna və ğəfərtə ləna və rəhimtəna.

Duanın tərcüməsi: 
İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim, gözəl afiyət və xəstəliklərdən uzaqlıq (və geniş ruzi), namaz, oruc, gecələri ibadətlə keçirmək və Quran tilavəti ilə yenilə! İlahi, bizi Ramazan ayı üçün sağlam saxla, onu da bizdən sağlam qəbul et və bizi əfv etmək, günahlarımızı bağışlamaq və bizi rəhmətinə şamil etmək üçün gələn Ramazan ayına qədər diri saxla!

3. “Səhifeyi-Səccadiyyə”nin 33-cü duasını oxumaq:

اَيُّهَا الْخَلْقُ الْمُطيعُ الدَّائِبُ السَّريعُ، الْمُتَرَدِّدُ فى‏ مَنازِلِ‏ التَّقْديرِ، الْمُتَصَرِّفُ فى‏ فَلَكِ التَّدْبيرِ، امَنْتُ بِمَنْ نَوَّرَ بِكَ الظُّلَمَ، وَاَوْضَحَ بِكَ الْبُهَمَ، وجَعَلَكَ ايَةً مِنْ اياتِ مُلْكِهِ، وَعَلامَةً مِنْ‏ عَلاماتِ سُلْطانِهِ، فَحَدَّ بِكَ الزَّمانَ، وَامْتَهَنَكَ بِالْكَمالِ وَالنُّقْصانِ، وَالطُّلُوعِ والْأُفُولِ وَالْإِنارَةِ وَالْكُسُوفِ، فى‏ كُلِّ ذلِكَ اَنْتَ لَهُ مُطيعٌ، وَاِلى‏ اِرادَتِهِ سَريعٌ، سُبْحانَهُ ما اَعْجَبَ ما دَبَّرَ مِنْ اَمْرِكَ، وَاَلْطَفَ ما صَنَعَ فى‏ شَاْنِكَ، جَعَلَك مِفْتاحَ شَهْرٍ حادِثٍ لِأَمْرٍ حادِثٍ، فَاَسْئَلُ اللَّهَ‏ رَبِّى‏ وَرَبَّكَ، وَخالِقى‏ وَخالِقَكَ، وَمُقَدِّرى‏ وَمُقَدِّرَكَ، وَمُصَوِّرى‏ وَمُصَوِّرَكَ، اَنْ يُصَلِّىَ عَلى‏ مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ، وَاَنْ يَجْعَلَكَ هِلالَ‏ بَرَكةٍ لا تَمْحَقُهَا الْأَيَّامُ، وَطَهارَةٍ لا تُدَنِّسُهَا الْأثامُ، هِلالَ اَمْنٍ مِنَ‏ الأفاتِ، وَسَلامَةٍ مِنَ السَّيِّئاتِ، هِلالَ سَعْدٍ لا نَحْسَ فيهِ، وَيُمْنٍ لا نَكَدَ مَعَهُ، وَيُسْرٍ لا يُمازِجُهُ عُسْرٌ، وَخَيْرٍ لا يَشُوبُهُ شَرٌّ، هِلالَ اَمْنٍ‏ وَايمانٍ، وَنِعْمَةٍ وَاِحْسانٍ، وَسَلامَةٍ وَاِسْلامٍ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ، وَاجْعَلْنا مِنْ اَرْضى‏ مَنْ طَلَعَ عَلَيْهِ، وَاَزْكى‏ مَنْ نَظَرَ اِلَيْهِ، وَاَسْعَدَ مَنْ تَعَبَّدَ لَكَ فيهِ، وَوَفِّقْنَا اللّهُمَّ فيهِ لِلطَّاعَةِ وَالتَّوْبَةِ، وَاعْصِمْنا فيهِ مِنَ الاثامِ وَالْحَوبَةِ، وَاَوْزِعْنا فيهِ شُكْرَ النِّعْمَةِ، وَاَلْبِسْنا فيهِ جُنَنَ الْعافِيَةِ، وَاَتْمِمْ عَلَيْنا بِاسْتِكْمالِ طاعَتِكَ فيهِ الْمِنَّةَ، اِنَّكَ اَنْتَ‏ الْمَنَّانُ الْحَميدُ، وَصَلَّى اللَّهُ عَلى‏ مُحَمَّدٍ و الِهِ الطَيِّبينَ، وَاجْعَلْ لَنا فيهِ‏ عَوناً مِنْكَ عَلى‏ ما نَدَبْتَنا اِلَيْهِ مِنْ مُفْتَرَضِ طاعَتِكَ، وَتَقَبَّلْها اِنَّكَ‏ الْأَكْرَمُ مِنْ كُلِّ كَريمٍ، وَالْأَرْحَمُ مِنْ كُلِّ رَحيمٍ، امينَ امينَ رَبَّ الْعالَمينَ.

Duanın oxunuşu: 
Əyyuhəl xəlqul mutiud-daibus-səriul mutərəddid, fi mənazilit-təqdiril mutəsərrifu fi fələkət-tədbir, aməntu bimən nəvvərə bikəz-zuləm, və əvzəhə bikəl buhəm, və cəələkə ayətən min ayati mulkih, və əlamətən min əlamati sultanih, fəhəddə bikəz-zəmanə vəmtəhənəkə bil kəmali vən-nuqsan, vət-tului vəl ufuli vəl inarəti vəl kusuf, fi kulli zalikə əntə ləhu muti`, və ila iradətihi səri`, subhanəhu ma ə`cəbə ma dəbbərə min əmrik, və əltəfə ma sənəə fi şə`nik, cəələkə miftahə şəhrin hadisin liəmrin hadis, fəəs`əlullahə rəbbi və rəbbək, və xaliqi və xaliqək, və muqəddiri və muqəddirək, və musəvviri və musəvvirək, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən yəc`ələkə hilalə bərəkətin la təmhəquhəl əyyam, və təharətin la tudənnisuhəl asamu hilalə əmnin minəl afat, və səlamətin minəs-səyyiat, hilalə sə`din la nəhsə fih, və yumnin la nəkədə məəh, və yusrin la yumazicuhu usr, və xəyrin la yəşubuhu şərr, hilalə əmnin və imanin və ni`mətin və ihsanin və səlamətin və İslam. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlna min ərza mən tələə ələyh, və əzka mən nəzərə iləyh, və əs`ədə mən təəbbədə ləkə fih, və vəffiqnəllahummə fihi lit-taəti vət-təvbəh, və`simna fihi minəl asami vəl həvbəh, və əvzi`na fihi şukrən ni`məti və əlbisna fihi cunənəl afiyəh, və ətmim ələyna bistikmali taətikə fihil minnəh, innəkə əntəl mənnanul həmid, və səlləllahu əla Muhəmmədin və alihit-təyyibin, vəc`əl-ləna fihi əvnən minkə əla ma nədəbtəna iləyhi min muftərəzi taətik, və təqəbbəlha innəkəl əkrəmu min kulli kərim, vəl ərhəmu min kulli rəhim, aminə rəbbil aləmin.

Duanın tərcüməsi: 
Ey Rəbbinə həmişə müti olan məxluq, (səmada) müəyyən mənzilləri sürətlə ötən və tədbir fələyində hərəkət edən (Ramazan ayı)! Mən sənin vasitənlə gecənin zülmətini aydınlaşdıran, görünməyən və nabələd yolları sənin sayəndə nişan verən, səni mülkü və hakimiyyətinin nişanələrinə bir əlamət edən, sənin seyrinlə zamanların müddətini müəyyən və sənin ehtiyac və nöqsanlı olmağını doğman (görünmən), batman və cazibənlə məxluqata aşkar edən Allaha iman gətirdim. Bunlarla yanaşı, sən ona müti və iradəsinə dərhal tabe olansan. Sənin yaradılışında tədbir görən və insanda təəccüb doğuran Allah pak və bütün nöqsanlardan uzaqdır! (O,) Səni ayın – yeni tarix və hadisələrin – başlanğıcı etmişdir. Mənim və sənin Rəbbin, bizim yaradanımız, işlərimizi müqəddər edərək tənzimləyən, bizə surət verən Allahdan Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərməsini, səni ruzigarın məhv etmədiyi bərəkət, günahların çirkləndirmədiyi paklıq, bəlalardan əmin-amanlıq, günahlardan saflıq, nəhs deyil, xoşbəxtlik, məşəqqət olmayan rahatlıq, şər və zərəri olmayan xeyir ayına çevirməsini, səni əmin-amanlıq, iman, nemət, ehsan, sağlamlıq və hökmlərinə təslim ayı etməsini diləyirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, bizi üzərinə ay işığı düşənlərin ən çox razı olanı, aya nəzər salanların ən pakı, bu ayda sənə ibadət edənlərin ən xoşbəxti et! İlahi, bu ayda bizi Sənə itaət və günahlardan tövbəyə müvəffəq et, bizi günah və xətalardan amanda saxla, nemətinin şükrünü yerinə yetirməyi nəsib et, əynimizə sağlamlıq libası geyindir, Sənə kamil şəkildə itaət etməklə nemətlərini də bizə tamamla ki, həqiqətən, Sən nemət verən və tərifəlayiqsən! Mühəmməd və onun pak Əhli-beytinə salam yetir, bizə bu ayda dəvət etdiyin vacib əməlləri yerinə yetirməkdə yardımçı ol və onları bizdən qəbul et! Həqiqətən, Sən bütün ehsan edənlərdən daha kəramətli, rəhm edənlərdən daha rəhmlisən! Amin, amin, ey aləmlərin Rəbbi!

4. Qüsl etmək;

5. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək;

6. İki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra “Ənam” surəsini oxumaq göstəriş verilir. Namazdan sonra Allahdan ancaq Allahın ona kifayət etməsini və onu bütün dərdlərdən qorumasını diləsin.

7. Şam namazından sonra imam Cavaddan (ə) nəql olunmuş bu duanı oxumaq:

اَللّهُمَّ يا مَنْ يَمْلِكُ التَّدْبيرَ، وَهُوَ عَلى‏ كُلِّشَىْ‏ءٍ قَديرٌ، يا مَنْ‏ يَعْلَمُ خائِنَةَ الْأَعْيُنِ، وَما تُخْفِى الصُّدُورُ، وَتُجِنُّ الضَّميرُ، وَهُوَ اللَّطيفُ الْخَبيرُ، اَللّهُمَّ اجْعَلْنا مِمَّنْ نَوى‏ فَعَمِلَ، وَلاتَجْعَلْنا مِمَّنْ شَقِىَ‏ فَكَسِلَ،، وَلا مِمَّنْ هُوَ عَلى‏ غَيْرِ عَمَلٍ يَتَّكِلُ، اَللّهُمَّ صَحِّحْ اَبْدانَنا مِنَ‏ الْعِلَلِ، وَاَعِنَّا عَلى‏ مَا افْتَرَضْتَ عَلَيْنا مِنَ الْعَمَلِ حَتّى‏ يَنْقَضِىَ عَنَّا شَهْرُكَ هذا، وَقَدْ اَدَّيْنا مَفْرُوضَكَ فيهِ عَلَيْنا، اَللّهُمَّ اَعِنَّا عَلى‏ صِيامِهِ، وَوَفِّقْنا لِقِيامِهِ، وَنَشِّطْنا فيهِ لِلصَّلاةِ، وَلا تَحْجُبْنا مِنَ الْقِرآئَةِ، وَسَهِّلْ‏ لَنا فيهِ ايتآءَ الزَّكوةِ، اَللّهُمَّ لا تُسَلِّطْ عَلَيْنا وَصَباً وَلا تَعَباً وَلا سَقَماً وَلا عَطَباً اَللّهُمَّ ارْزُقْنا الْإِفْطارَ مِنْ رِزْقِكَ الْحَلالِ، اَللّهُمَّ سَهِّلْ لَنا فيهِ ما قَسَمْتَهُ مِنْ رِزْقِكَ، وَيَسِّرْ ما قَدَّرْتَهُ مِنْ اَمْرِكَ، وَاجْعَلْهُ حَلالاً طَيِّباً نَقِيّاً مِنَ الْأثامِ، خالِصاً مِنَ الْأصارِ وَالْأَجْرامِ، اَللّهُمَّ لا تُطْعِمْنا اِلاَّ طَيِّباً غَيْرَ خَبيثٍ وَلا حَرامٍ، وَاجْعَلْ رِزْقَكَ لَنا حَلالاً لا يَشُوبُهُ‏ دَنَسٌ وَلا اَسْقامٌ، يا مَنْ عِلْمُهُ بِالسِّرِّ كَعِلْمِهِ باِلْأَعْلانِ يا مُتَفَضِّلاً عَلى‏ عِبادِهِ بِالْإِحْسانِ، يا مَنْ هُوَ عَلى‏ كُلِّشَىْ‏ءٍ قَديرٌ وَبِكُلِّشَىْ‏ءٍ عَليمٌ‏ خَبيرٌ، اَلْهِمْنا ذِكْرَكَ، وَجَنِّبْنا عُسْرَكَ، وَاَنِلْنا يُسْرَكَ، وَاهْدِنا لِلرَّشادِ، وَوَفِّقْنا لِلسَّدادِ، وَاعْصِمْنا مِنَ الْبَلايا وَصُنَّا مِنَ الْأَوْزارِ وَالْخَطايا، يا مَنْ لا يَغْفِرُ عَظيمَ الذُّنُوبِ غَيْرُهُ، وَلا يَكْشِفُ السُّوءَ اِلاَّ هُوَ، يا اَرْحَمَ الرَّاحِمينَ، وَاَكْرَمَ الْأَكْرَمينَ، صَلِّ عَلى‏ مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ‏ الطَّيِّبينَ، وَاجْعَلْ صِيامَنا مَقْبُولاً، وَبِالْبِرِّ وَالتَّقْوى‏ مَوْصُولاً، وَكَذلِكَ‏ فَاجْعَلْ سَعْيَنا مَشْكُوراً، وَقِيامَنا مَبْرُوراً، وَقُرْانَنا مَرْفُوعاً، وَدُعآئَنا مَسْمُوعاً، وَاهْدِنا لِلْحُسْنى‏، وَجَنِّبْنَا الْعُسْرى‏، وَيَسِّرْنا لِلْيُسْرى‏، وَاَعْلِ‏ لَنَا الدَّرَجاتِ، وَضاعِفْ لَنا الْحَسَناتِ، وَاقْبَلْ مِنَّا الصَّوْمَ وَالصَّلاةَ، وَاسْمَعْ مِنَّا الدَّعَواتِ، وَاغْفِرْ لَنَا الْخَطيئاتِ وَتَجاوَزْ عَنَّا السَّيِّئاتِ، وَاجْعَلْنا مِنَ الْعامِلينَ الْفائِزينَ، وَلا تَجْعَلْنا مِنَ الْمَغْضُوبِ عَلَيْهِمْ‏ وَلاَ الضَّآلّينَ، حَتّى‏ يَنْقَضِىَ شَهْرُ رَمَضانَ عَنَّا، وَقَدْ قَبِلْتَ فيهِ صِيامَنا وَقِيامَنا، وَزَكَّيْتَ فيهِ اَعْمالَنا، وَغَفَرْتَ فيهِ ذُنوبَنا، وَاَجْزَلْتَ فيهِ مِنْ‏ كُلِّ خَيْرٍ نَصيبَنا فَاِنَّكَ الْإِلهُ الْمُجيبُ، وَالرَّبُّ الْقَريبُ، وَاَنْتَ بِكُلِ‏ شَىْ‏ءٍ مُحيطٌ

Duanın oxunuşu: 
Əllahummə ya mən yəmlikut-tədbirə və huvə əla kulli şəy`in qədir, ya mən yə`ləmu xainətəl ə`yun, və ma tuxfis-suduru və tucinnuz-zəmiru və huvəl-lətiful xəbir. Əllahumməc`əlna mimmən nəva fəəmil, və la təc`əlna mimmən şəqiə fəkəsil, və la mimmən huvə əla ğəyri əməlin yəttəkil. Əllahummə səhhih əbdanəna minəl iləl, və əinna əla məftərəztə ələyna minəl əməli hətta yənqəziyə ənna şəhrukə haza, və qəd əddəyna məfruzəkə fihi ələyna. Əllahummə əinna əla siyamihi və vəffiqna liqiyamih, və nəşşitna fihi lis-səlati və la təhcubna minəl qiraəti və səhhil-ləna fihi itaəz-zəkah. Əllahummə la tusəllit ələyna vəsəbən və la təəbən və la səqəmən və la ətəba. Əllahummərzuqnəl iftarə min rizqikəl həlal. Əllahummə səhhil-ləna fihi ma qəsəmtəhu min rizqik, və yəssir ma qəddərtəhu min əmrik, vəc`əlhu həlalən təyyibən nəqiyyən minəl asam, xalisən minəl asari vəl əcram. Əllahummə la tut`imna illa təyyibən ğəyrə xəbisin və la həram, vəc`əl rizqəkə ləna həlalən la yəşubuhu dənəsun və la əsqam, ya mən ilmuhu bis-sirri kəilmihi bil ə`lan, ya mutəfəzzilən əla ibadihi bil ihsan, ya mən huvə əla kulli şəy`in qədir, və bikulli şəy`in əlimun xəbir, əlhimna zikrəkə və cənnibna usrək, və ənilna yusrəkə vəhdina lir-rəşad, və vəffiqna lis-sədad, və`simna minəl bəlaya, və sunna minəl əvzari vəl xətaya, ya mən la yəğfiru əziməz-zunubi ğəyruh, və la yəkşifus-suə illa hu, ya ərhəmər-rahimin, və əkrəməl əkrəmin, səlli əla Muhəmmədin və əhli bəytihit-təyyibin, vəc`əl siyaməna məqbulən və bil birri vət-təqva məvsula, və kəzalikə fəc`əl sə`yəna məşkura, və qiyaməna məbrura, və Qur`anəna mərfua, və duaəna məsmua, vəhdina lil husna, və cənnibnəl usra və yəsirna lil yusra, və ə`li lənad-dərəcat, və zaif lənəl həsənat, vəqbəl minnəs-səvmə vəs-səlah, vəsmə` minnəd-dəəvat, vəğfir lənəl xətiat, və təcavəz ənnəs-səyyiat, vəc`əlna minəl amilinəl faizin, və la təc`əlna minəl məğzubi ələyhim vələzzallin, hətta yənqəziə şəhru rəməzan, ənnə və qəd qəbiltə fihi siyaməna və qiyaməna, və zəkkəytə fihi ə`maləna və ğəfərtə fihi zunubəna, və əczəltə fihi min kulli xəyrin nəsibəna, fəinnəkəl ilahul mucib, vər-rəbbul qərib, və əntə bikulli şəy`in muhit.

Duanın tərcüməsi: 
İlahi, ey hər şeyə qadir olduğu halda, məxluqatın işlərini idarə edən, ey lətif və agah olduğu halda, gözlərin xəyanəti, qəlblərin gizlətdiyini (sirləri) və əqllərdən keçəni bilən! İlahi, bizi bədbəxtlərdən, tənbəllərdən və əməlsiz etimad edənlərdən deyil, niyyət etdikdən sonra əməl edənlər sırasına qat! İlahi, bədənimizi xəstəliklərdən qoruyaraq sağlam və vacib etdiyin əməlləri yerinə yetirməkdə bizə yardım et, belə ki, bu ay başa çatdıqda vacib əməlləri yerinə yetirmiş olaq! İlahi, bu ayda bizə oruc tutmaqda kömək və bizi ibadətdə müvəffəq et, namazda bizə şadlıq nəsib et, bizi Quran tilavətindən məhrum etmə və zəkat verməyi bizə asanlaşdır! İlahi, xəstəlik, əzab-əziyyət və həlakəti bizə hakim etmə, halal ruzindən bizə iftar nəsib et! İlahi, bu ayda bizim üçün böldüyün ruzini (əldə etməyi) və əmrinlə müqəddər etdiklərini asan, onu (müqəddər etdiklərini) günahlardan pak, halal və bəyənilən, çirkinlik və pisliklərdən uzaq et! İlahi, bizə çirkin və haram yox, yalnız pak təam nəsib et, bizə verdiyin ruzini çirkin və xəstəlik yaradan şeylərdən deyil, halallardan et! Ey sirlərə elmi ilə aşkar işlərə elmi bərabər olan, ey fəziləti ilə bəndələrinə ehsan edən, ey hər şeyə qadir, hər şeydən xəbərdar və agah olan, zikrini bizə ilham et, çətinlikləri bizdən uzaqlaşdır, bizi asan və doğru işlərə müvəffəq et, yol göstərməyinlə hidayət et, bizi bəlalardan amanda saxla, xəta və büdrəmələrdən qoru! Ey böyük günahları Ondan başqasının bağışlamadığı, qəm-kədər və çirkinlikləri Ondan başqasının uzaqlaşdırmadığı, ey mehribanların ən mehribanı və ehsan edənlərin ən kəramətlisi! Mühəmməd və onun pak Əhli-beytinə salam yetir, oruclarımızı qəbul olanlardan, əməl və təqvamızı dərgahına yetişənlərdən et, səy və təlaşımızı Sənə şükrə çevir, ibadətimizi bəyənilən, Quran oxumağımızı dərgahına yüksələn və duamızı eşidilənlərdən qərar ver, bizə yaxşılıq əta et, çətinliyi bizdən uzaqlaşdır və onu bizə asan et, dərəcə və məqamımızı yüksəlt, bizə xeyirləri artır, bizdən oruc və namazları qəbul et, dualarımızı eşit, xətalarımızı bağışla, pis əməllərimizdən keç, bizi qəzəb etdiklərin və yolunu azmışlardan deyil, Ramazan ayı bitənə qədər xeyirxah və feyzə çatanlardan yaz, bu ayda oruc və ibadətlərimizi qəbul et, əməllərimizi saflaşdır, günahlarımızı bağışla və xeyirlərin hamısını bizə nəsib et. Həqiqətən, Sən duaları qəbul edən məbud, bəndələrə yaxın olan Allah və hər şeyi (qüdrət və elminlə) əhatə edənsən!

8. İmam Sadiqdən (ə) nəql olunmuş bu duanı oxumaq:

اَللّهُمَّ رَبَّ شَهْرِ رَمَضانَ، مُنَزِّلَ الْقُرْآنِ، هذا شَهْرُ رَمَضانَ‏ الَّذى‏ اَنْزَلْتَ فيهِ الْقُرْآنَ، وَاَنْزَلْتَ فيهِ آياتٍ بَيِّناتٍ مِنَ الْهُدى‏ وَالْفُرْقانِ، اَللّهُمَّ ارْزُقْنا صِيامَهُ، وَاَعِنَّا عَلى‏ قِيامِهِ، اَللّهُمَّ سَلِّمْهُ لَنا وَسَلِّمْنا فيهِ، وَتَسَلَّمْهُ مِنَّا فى‏ يُسْرٍ مِنْكَ وَمُعافاةٍ وَاجْعَلْ فيما تَقْضى‏ وَتُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ، وَفيما تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكيمِ‏ فى‏ لَيْلَةِ الْقَدْرِ، مِنَ الْقَضآءِ الَّذى‏ لا يُرَدُّ وَلا يُبَدَّلُ، اَنْ تَكْتُبَنى‏ مِنْ‏ حُجّاجِ بَيْتِكَ الْحَرامِ، الْمَبْرُورِ حَجُّهُمُ، الْمَشْكُورِ سَعْيُهُمُ، الْمَغْفُورِ ذُنُوبُهُمُ، الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئاتُهُمْ، وَاجْعَلْ فيما تَقْضى‏ وَتُقَدِّرُ اَنْ‏ تُطيلَ عُمْرى‏ وَتُوَسِّعَ عَلىَّ مِنَ الرِّزْقِ الْحَلالِ،

Duanın oxunuşu: 
Əllahummə rəbbə şəhri rəməzanə munəzziləl Qur`an, haza şəhru rəməzanəlləzi ənzəltə fihil Qur`an, və ənzəltə fihi ayatin bəyyinatin minəl huda vəl furqan. Əllahummərzuqna siyaməhu və əinna əla qiyamih. Əllahummə səllimhu ləna və səllimna fihi və təsəlləmhu minna fi yusrin minkə və muafah, vəc`əl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkimi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həram, əl məbruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğfuri zunubuhum, əl mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə li fi umri, və tuvəssiə ələyyə minər-rizqil həlal.

Duanın tərcüməsi: 
İlahi, ey Ramazan ayının Rəbbi və Quranı nazil edən! Bu, insanlara hidayət, hidayətinə doğru yol göstərən və haqqı batildən ayıran Quranı nazil etdiyin Ramazan ayıdır. İlahi, bu ayda oruc tutmağı bizə nəsib et və ondakı ibadətləri yerinə yetirməkdə bizə yardımçı ol! Bu ayı bizə sağlam et və onu sağlam olduğumuz halda başa çatdır, qəti olan qəza-qədərini bizim üçün müqəddər et, “qədr” gecəsində geri dönməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən, səyləri (Səfa ilə Mərvə dağları arasındakı əməlləri) qəbul, günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan et, qəza-qədərində mənim üçün uzunömürlü olmağı yaz və mənə firavan halal ruzi nəsib et!

9. Nəql olunur ki, İslam Peyğəmbəri (s) Ramazan ayı daxil olduqda bu duanı oxuyardı:

اَللّهُمَّ اِنَّهُ قَدْ دَخَلَ شَهْرُ رَمَضانَ، اَللّهُمَّ رَبَّ شَهْرِ رَمَضانَ الَّذى‏، اَنزَلْتَ فيهِ الْقُرْآنَ، وَجَعَلْتَهُ بَيِّناتٍ مِنَ‏الْهُدى‏ وَالْفُرْقانِ، اَللّهُمَّ فَبارِكْ لَنا فى‏ شَهْرِ رَمَضانَ، وَاَعِنَّا عَلى‏ صِيامِهِ‏ وَصَلَواتِهِ، وَتَقَبَّلْهُ مِنَّا

Duanın oxunuşu: 
Əllahummə innəhu qəd-dəxələ şəhru Rəməzan. Əllahummə rəbbə şəhri Rəməzanəlləzi ənzəltə fihil Qur`an, və cəəltəhu bəyyinatin minəl huda vəl furqan. Əllahummə fəbarik ləna fi şəhri Rəməzan, və əinna əla siyamihi və sələvatihi və təqəbbəlhu minna.

Duanın tərcüməsi: 
İlahi, həqiqətən, Ramazan ayı gəlib çatdı. İlahi, ey haqqı batildən ayıran və hidayətinə doğru açıq-aşkar yol göstərən Quranın nazil olduğu Ramazan ayının Rəbbi! İlahi, Ramazan ayını bizə bərəkətli et, onun oruclarını tutmaq, namazlarını qılmaqda bizə yardımçı ol və onları bizdən qəbul et!

10. Başqa bir hədisdə nəql olunur ki, o həzrət Ramazan ayının ilk gecəsində bu duanı da oxuyardı:

اَلْحَمْدَ للَّهِ‏ِ الَّذى‏ اَكْرَمَنا بِكَ اَيُّهَا الشَّهرُ الْمُبارَكُ، اَللّهُمَّ فَقَوِّنا عَلى‏ صِيامِنا وَقِيامِنا، وَثبِّتْ اَقْدامَنا، وَانْصُرْنا عَلَى الْقَوْمِ الْكافِرينَ، اَللّهُمَّ اَنْتَ الْواحِدُ فَلا وَلَدَ لَكَ، وَاَنْتَ الصَّمَدُ فلا شِبْهَ لَكَ، وَاَنْتَ الْعَزيزُ فَلا يُعِزُّكَ شَىْ‏ءٌ، وَاَنْتَ الْغَنِىُّ وَاَ نَا الْفَقيرُ، وَاَنْتَ الْمَوْلى‏ وَاَ نَا الْعَبْدُ، وَاَنْتَ الْغَفُورُ وَاَ نَا الْمُذْنِبُ، وَاَنْتَ الرَّحيمُ‏ وَاَ نَا الْمُخْطِئُ وَاَنْتَ الْخالِقُ وَاَ نَا الْمَخْلُوقُ، وَاَنْتَ الْحَىُّ وَاَ نَا الْمَيِّتُ اَسْئَلُكَ‏ بِرَحْمَتِكَ اَنْ تَغْفِرَ لى‏ وَتَرْحَمَنى‏، وَتَجاوَزَ عَنّى‏ اِنَّكَ عَلى‏كُلِّشَىْ‏ءٍ قَديرٌ،

Duanın oxunuşu: 
Əlhəmdu lillahilləzi əkrəməna bikə əyyuhəş-şəhrul mubarək. Əllahummə fəqəvvina əla siyamina və qiyamina, və səbbit əqdaməna vənsurna ələl qəvmil kafirin. Əllahummə əntəl vahidu fəla vələdə lək, və əntəs-səmədu fəla şibhə lək, və əntəl əzizu fəla yuizzukə şəy`, və əntəl ğəniyyu və ənəl fəqir, və əntəl məvla və ənəl əbd, və əntəl ğəfuru və ənəl muznib, və əntər-rəhimu və ənəl muxtiy, və əntəl xaliqu və ənəl məxluq, və əntəl həyyu və ənəl məyyit, əs`əlukə birəhmətikə ən təğfirə li və tərhəməni, və təcavəzə ənni innəkə əla kulli şəy`in qədir.

Duanın tərcüməsi: 
Həmd olsun sənin vasitənlə bizə ehsan edən Allaha, ey mübarək ay! İlahi, bizə oruc tutmaq və gecələri ibadətlə keçirmək üçün qüvvət ver və bizi sabitqədəm et, kafir qövmə qarşı bizə yardımçı ol! İlahi, Sən təksən, Sənin heç bir övladın yoxdur, ehtiyacsızsan və heç bir bənzərin də yoxdur! Sən izzətlisən və sənə (Özündən başqa) izzət verən bir kimsə yoxdur! Sən qane və zəngin, mən isə ehtiyaclı və fəqirəm! Sən ağa, mən isə Sənin qulunam! Sən bağışlayan, mən günahkar, Sən mehriban, mən xətakar, Sən xaliq və yaradan, mən məxluq və yaradılan, Sən diri, mən isə ölüyəm! Rəhmətinə xatir, məni bağışla, mənə rəhm et və günahlarımdan keç! Həqiqətən, Sən hər bir şeyə qadirsən!

11. Ramazan ayı daxil olduqda Quran tilavətini çoxaltmaq lazımdır. İmam Sadiqdən (ə) nəql olunur ki, o həzrət Quran tilavətinə başlamazdan əvvəl bu duanı oxuyardı:

اَللّهُمَّ اِنّى‏ اَشْهَدُ اَنَّ هذا كِتابُكَ الْمُنْزَلُ مِنْ عِنْدِكَ عَلى‏ رَسُولِكَ، مُحَمَّدِ بْنِ عَبْدِاللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ‏وَ الِهِ، وَكَلامُكَ النَّاطِقُ عَلى‏ لِسانِ نَبِيِّكَ، جَعَلْتَهُ‏ هادِياً مِنْكَ اِلى‏خَلْقِكَ، وَحَبْلاً مُتَّصِلاً فيما بَيْنَكَ وَبَيْنَ عِبادِكَ، اَللّهُمَّ اِنّى‏ نَشَرْتُ عَهْدَكَ وَكِتابَكَ، اَللّهُمَّ فَاجْعَلْ نَظَرى‏ فيهِ عِبادَةً، وَقِرآئَتى‏ فيهِ فِكْراً، وَفِكْرى‏ فيهِ اعْتِباراً، وَاجْعَلْنى‏ مِمَّنْ اتَّعَظَ بِبَيانِ مَواعِظِكَ فيهِ، وَاجْتَنَبَ مَعاصيكَ، وَلا تَطْبَعْ عِنْدَ قِرائَتى‏ عَلى‏ سَمْعى‏، وَلا تَجْعَلْ‏ عَلى‏ بَصَرى‏ غِشاوَةً، وَلا تَجْعَلْ قِرائَتى‏ قِرائَةً لا تَدَبُّرَ فيها، بَلِ‏ اجْعَلْنى‏ اَتَدَبَّرُ اياتِهِ وَاَحْكامَهُ، آخِذاً بِشَرايِعِ دينِكَ، وَلا تَجْعَلْ‏ نَظَرى‏ فيهِ غَفْلَةً، وَلا قِرائَتى‏ هَذَراً اِنَّكَ اَنْتَ الرَّؤُفُ الرَّحيمُ

Duanın oxunuşu: 
Əllahummə inni əşhədu ənnə haza kitabukəl munzəlu min indik, əla rəsulikə Muhəmmədibni Əbdillahi səlləllahu ələyhi və alih, və kəlamukən-natiqu əla lisani nəbiyyikə cəəltəhu hadiyən minkə ila xəlqik, və həblən muttəsilən fima bəynəkə və bəynə ibadik. Əllahummə inni nəşərtu əhdəkə və kitabək. Əllahummə fəc`əl nəzəri fihi ibadətən və qiraəti fihi fikrən və fikri fihi`tibara, vəc`əlni mimmənittəəzə bibəyani məvaizikə fihi vəctənəbə məasiyək, və la tətbə` ində qiraəti əla səm`i, və la təc`əl əla bəsəri ğişavəh, və la təc`əl qiraətən la tədəbburə fiha bəlic`əlni ətədəbbəru ayatihi və əhkaməh, acizən bişərayii dinik, və la təc`əl nəzəri fihi ğəflətən və la qiraəti həzəra, innəkə əntər-rəufur-rəhim.

Duanın tərcüməsi: 
İlahi, həqiqətən, bunun (Quranın) Öz tərəfindən peyğəmbərin Abdullahın oğlu Mühəmmədə (ona və onun Əhli-beytinə salam olsun) nazil etdiyin kitab, +Peyğəmbərinin dili ilə danışan kəlam, Səndən məxluqata hidayət, Səninlə bəndələr arasında vasitə yaradan (qırılmaz) ip olduğuna şəhadət verirəm! İlahi, Sənin əmrini yerinə yetirir və kitabını açıram! İlahi, ona nəzər salmağımı ibadətə çevir, onu düşüncə ilə oxumağı və düşündükdə ibrət almağı mənə nəsib et, məni Quranı oxuduqda qulaqlarına möhür vurulan və gözlərinə pərdə çəkilənlərdən deyil, moizənlə nəsihət alanlar və günahdan çəkinənlərdən yaz və Quranı təfəkkür etmədən oxuyanlardan yazma! Ona nadanlıqla nəzər salmaq və əbəs yerə oxumağı yox, ayələri düşüncə ilə oxuyan və dininin şəri hökmlərini əldə edənlərdən qərar ver! Həqiqətən, Sən mehriban və rəhmlisən!

Quranı tilavət etdikdən sonra isə bu duanı oxuyardı:

اَللّهُمَّ اِنّى‏ قَدْ قَرَاْتُ ما قَضَيْتَ مِنْ كِتابِكَ، الَّذى‏ اَنْزَلْتَهُ عَلى‏ نَبِيِّكَ الصَّادِقِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ الِهِ، فَلَكَ الْحَمْدُ رَبَّنا، اَللّهُمَّ اجْعَلْنى‏ مِمَّنْ يُحِلُّ حَلالَهُ، وَيُحَرِّمُ حَرامَهُ، وَيُؤْمِنُ بِمُحْكَمِهِ وَمُتَشابِهِهِ، وَاجْعَلْهُ لى‏ اُنْساً فى‏ قَبْرى‏، وَاُنْساً فى‏ حَشْرى‏، وَاجْعَلْنى‏مِمَّنْ‏ تُرْقيهِ بِكُلِّ ايَةٍ قَرَاَها دَرَجَةً فى‏ اَعْلا عِلِّيّينَ، امينَ رَبَّ الْعالَمينَ.

Duanın oxunuşu: 
Əllahummə inni qəd qərə`tu ma qəzəytə min kitabikəlləzi ənzəltəhu əla nəbiyyikəs-sadiq, səlləllahu ələyhi və alih, fələkəl həmdu rəbbəna. Əllahumməc`əlni mimmən yuhillu həlaləh, və yuhərrimu həraməh, və yu`minu bimuhkəmihi və mutəşabihih, vəc`əlhu li unsən fi qəbri və unsən fi həşri, vəc`əlni mimmən turqih, bikulli ayətin qərəəha dərəcətən fi ə`la illiyyin, aminə rəbbəl aləmin.

Duanın tərcüməsi:
İlahi, həqiqətən, mən Sənin həqiqi peyğəmbərinə (salam olsun ona və onun Əhli-beytinə) nazil etdiyin kitabda müqəddər etdiklərini oxumuşam! Həmd-səna yalnız Sənə məxsusdur, ey Rəbbimiz! İlahi məni halal buyurduqlarını halal və haram buyurduqlarını haram hesab edənlərdən, “möhkəm” və “mütəşabeh” (məna baxımından bir-birinə bənzəyən) hökmlərinə iman gətirənlərdən yaz, onları qəbirdə və məhşərdə mənə munis et, məni ayələrini oxuduqda dərəcə və məqamları ən üstün olan “İlliyyin”ə (Cənnətə) yüksələn kəslərdən qeyd et. Amin, ey aləmlərin Rəbbi!

Mənbə: (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri” bölümü, 1-ci gecənin əməlləri.)

Ramazan ayının 1-ci gecəsinin əməlləri və duaları

Rza Şükürlü

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana