June 12, 2019 03:27 PM
“Ləzzətləri aradan aparanı (yəni ölümü) tez-tez xatırlayın”.
Ölümü tez-tez xatırlayın

Ölümü tez-tez xatırlayın

“Ləzzətləri aradan aparanı (yəni ölümü) tez-tez xatırlayın”.

Həzrət Mühəmməd Peyğəmbər (s).

Hədislərin birində buyurulur: “Bütün pisliklərin başı (kökü) dünya sevgisidir”. Dünya öz bər-bəzəkli siması ilə insanların gözünü qamaşdırır, onların başını özünə məşğul edir, bununla da diqqəti axirət aləmindən yayındırır. Məhz bu səbəbdən dini mənbələrimizdə dünyanı məzəmmət edən hədis və rəvayətlərə çox rast gəlirik.

Dünya bağlılıqlarından azad olmağın yollarından ən mühümü ölümü tez-tez xatırlamaqdır. Ölümü yad etməyən şəxs dünyaya daha çox bağlanır. Ölümü unutmayan, onun həqiqətini anlayan adam isə həyatın mənasını daha düzgün başa düşür. Öz yaxınlarının bu dünyanı tərk edib, əliboş halda axirət aləminə köçməsi insan üçün ən təsirli ibrət və moizədir.

Ariflərin birindən xahiş etdilər: “Mənə nəsihət ver!” Arif həmin adamdan soruşdu: “VaIideynlərin sağdır, yoxsa vəfat ediblər?” Cavab verdi: “Vəfat ediblər”. Arif dedi: “Əgər sənə ən əziz olan doğma atanla ananı öz əllərinlə məzara qoyub dəfn edəndən sonra da ibrət götürməmisənsə, daha sənə nə nəsihət verim?”

Atalarımız: “Ölüm qaşla göz arasmdadır” demişlər. Nə çox adamlar var ki, ömürləri boyu bir məqsədə çatmaq üçün çalışıb-çabalamış, amma o məqsədə ən yaxın olduqları an dünyalarını dəyişmişlər. İllər uzunu xərc çəkib özü üçün misli-bərabəri görünməmiş malikanə tikdirən, amma tikinti başa çatan gün həyatdan köçən və o malikanədə bircə gün də yaşamayan insanları yada salın.

Ölümü yad etməyin faydaları barədə İmam Sadiq (ə) buyurub: “Ölümü yad etmək nəfsani şəhvətləri öldürər, qəflətin köklərini qırar, qəlbdə Allahın vədələrinə ümidi artırar, həvavü-həvəsin nişanələrini aradan qaldırar, hərishk alovunu yatırar, dünyanı adamın gözündə əskildər. Peyğəmbərin: “Bir saat fikirləşmək bir il ibadət etməkdən daha yaxşıdır” sözünün mənası da elə budur” .[1]

Ölümü yad etməyin dünya həyatına təsiri barədə Peyğəmbərin daha bir maraqlı hədisini xatırlatmaq yerinə düşər: “...Əgər bəndə firavan həyat sürürsə, sözün həqiqi mənasında ölümü xatırlasa, dünya ona dar görünər. Əgər çətinlik içində yaşayırsa, ölüm fikri dünyanı onun nəzərində geniş göstərər...”.[2]

Hədisin mənası budur ki, dünya nemətlərinə nail olan, var-dövlət içində yaşayan adam ölümün həqiqətini anlayarsa, əldə etdiyi heç nəyin əbədi olmadığını dərk edər. Anlayar ki, əvvəla, bunları ona verən Allah istədiyi an geri ala da bilər. İkincisi, ən sonda – ölüm annda onsuz da bütün bunları dünyada buraxıb, boş əllə axirət aləminə köçməyə məcburdur. Belə isə, dünyaya aldanmaq və onun nemətlərinə arxalanmaq əbəsdir. Yox, əgər insan çətinlik və sıxıntı içində ömür sürərsə, axırda bu vəziyyətdən xilas olacağını, əbədi bir behişt mükafatına yetişəcəyini (əgər mömin kimi yaşamışsa) bilər. Nəticədə, dünya onun gözündə o qədər də pis və dözülməz görünməz.

Peyğəmbər buyurmuşdur: “Ölümü çox xatırlayın. Ölümü çox zikr edən elə bir mömin yoxdur ki, Allah onun qəlbini diriltməsin və ölümü ondan ötrü yüngülləşdirməsin”. “Dünyada ən üstün zahidlik ölümü xatırlamaqdır. Ən üstün ibadət isə təfəkkürdür. Hər kim ölümü tez-tez xatırlasa, öz qəbrini cənnət bağlarından bir bağça kimi görər”.[3]

Ölümü lazımınca dərk etnək üçün qəbristanlıqda sıra ilə düzülmüş başdaşılarınə baxmaqdan daha təsirli bir mənzərə təsəvvür etmək qeyri-mümkündür. Buna görə İslam dinində müsəlmanlara təkid edilir ki, öz din qardaşlarının dəfn mərasimində iştirak etməyə çalışsınlar. İmam Cəfər Sadiq (ə) bir möminin başqa mömin üzərində 7 əsas haqqının olduğunu buyururdu ki, bunlardan biri də onun dəfnində iştirak etməkdir.[4]

Həmçinin, hədislərdə tövsiyyə edilir ki, dəfn mərasimində iştirak edənlər aramla yol getsinlər və ölüm haqqında fikirləşsinlər. Allahın Rəsulu (s) bir müsəlmanın dəfn mərasiminə qatılarkən hüzn və kədər içində addımlayar, özünə qapanar və ətrafdakılarla az danışardı.[5]

Ölümü tez-tez xatırlayın

Məbələr:
[1]. 
Biharül-ənvar, 6-cı cild, səh. 133.
[2]. Biharül-ənvar, 6-cı cild, səh. 133.
[3]. Kənzül-ümmal, 15-ci cild, səh. 544
[4]. Şeyx Səduq. Əl-Xisal, səh. 351, 27-ci hədis.
[5]. Reyşəhri. Müntəxəbi-MizanüI-hikmə, səh. 522.

Ziyaos-salehin, islam.az naql edir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana