Tasua gününün əməlləri

Tasua gününün əməlləri

Ziyaos-salehin Tasua gününün (Tasua günü, Aşuranın axşamıdır. Yəni Aşura axşamının) əməllərini təqdim edir: 

1. Namazlar

* Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə "Həmd"dən sonra "Ayətül-kürsü", "İxlas", "Fələq" və "Nas" surələrinin hər birini 10 dəfə oxumaq.
* Əmirəlmöminin Əlinin (ə) namazı, 4 rükət (2 dəfə sübh namazı kimi). Hər rükətdə Həmddən sonra 50 dəfə İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbər (s) və Əhli beytinə (ə) çoxlu salavat, onların düşmənlərinə isə lənət de .
* 100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə "Həmd"dən sonra "İxlas" surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.] 100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim.

Tasua gününün əməlləri

2. İmam Hüseynin (ə) qəbri kənarında əhya saxlamaq.

Tasua gününün əməlləri

3. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq). Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa, Allah-Taalaya bütün mələklərin ibadətini etmiş olar."

Tasua gününün əməlləri

4. Dua, ibadət və istiğfar etmək.