İranın ABŞ-ın İraqdakı Eyn əl-Asad hərbi bazasına 35 ballistik raket atdığı bildirir
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, ABŞ-ın İraqdakı aviabazasına raket zərbəsi endirib.
“Report” xəbər verir ki, bu barədə PRESS TV məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın İraqdakı hərbi hava bazası raket zərbələrinə məruz qalıb. Məlumata görə, bazanın ərazisinə 9 raket atılıb. ABŞ xəbəri təsdiqləyib. Ölən və ya yaralananların olub-olmaması, habelə dağıntılar barədə məlumat verilmir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ABŞ-ın İraqdakı "Ayn əl-Əsəd" hərbi-hava bazasına azı 35 raket zərbəsi endiriblər.
Ziyaos-salehin xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə mənbə bildirib.
Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib. Sepah elan edib ki, general Qasim Süleymaninin vurulduğu saatda ABŞ bazasına hücumu başladıb və bu hücum şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"larının ilk mərhələsidir. Qeyd olunur ki, raket zərbələrinin ardınca şəhid Qasim Süleymani torpağa tapşırılıb.
Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.
Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib.
İran elan edib ki, ABŞ bazası yerləşən istənilən qonşu ölkəkədən İrana hücum olunarsa İran həmin hədəfləri vuracaq.
ABŞ Fars Körfəzi, İraq və İran hava məkanından uçuşları dayandırıb.
Şərh yazın