Həzrət Ayətullah Seyid Əli Xamenei

Ayətullah Xameneinin Rəcəb əhlinə tövsiyələri

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Rəcəb ayı ilahi rəhmət və bərəkət ayıdır. Böyük İslam Peyğəmbərindən (s) belə nəql olunur:

اللّهمّ بارك لنا فى رجب و شعبان

“İlahi, Rəcəb və Şəban aylarında bizə xeyir-bərəkət nazil et!”[1]

Rəcəb ayı ilahi dəyərlərə, Rəbbin müqəddəs zatına yaxınlaşmaq və özünüislah etmək üçün bir fürsətdir. Hədislərdə fəzilətli günlər kimi tanıtdırılan bu günlər əlimizə düşən bir fürsətdir, hər bir fürsət isə nemətdir və ona görə şükür etmək gərəkdir. Nemətə şükür etmək o deməkdir ki, insan həmin neməti tanısın, onun tələbinə uyğun rəftar etsin, ondan bəhrələnsin, bu nemətin ona Allah tərəfindən verildiyini bilsin və onu Allah yolunda sərf etsin. Rəcəb ayı da bu nemətlərdən biridir.

Ondan sonra Şəban ayı gəlir ki, o da başqa bir nemətdir. Bu iki ay kamil insanların, tövhid və məna əhlinin nəzərində Ramazan ayının müqəddiməsidir. Ramazan ayı isə merac ayıdır, mənəvi saflaşma, özünütərbiyə ayıdır. Bizim hamımızın buna ehtiyacı var.

Rəcəb ayını dəyərləndirin, bu ayda aləmlərin Rəbbinin dərgahına bacardıqca çox raz-niyaz edin. Allahı yad edin və hər işi Allaha xatir yerinə yetirin. Çəkdiyiniz zəhmətləri Allah yoluna həsr edin. Bütün işləri Allaha xatir yerinə yetirmək olar. Hətta gündəlik dolanışıq üçün çalışmaq, işləmək də Allaha xatir ola bilər. Odur ki, sizin Allaha yaxınlaşmağı niyyət etməyiniz, “İlahi, mənim göstərdiyim bu xidmət, idarədə və vəzifə başında keçirdiyim saatlar, işlərin yaxşı getməsi üçün çəkdiyim zəhmətlər, işdən sonra idarədə beş dəqiqə əlavə qalıb gördüyüm iş Sənə xatirdir” – deməyiniz işinizi Allaha xatir yerinə yetirməyiniz üçün bir fürsətdir. Bu ayın bərəkətlərindən istifadə edin.[2]

Böyüklər, məna və süluk əhli Rəcəb ayını Ramazan ayının müqəddiməsi sayıblar. Rəcəb və Şəban ayları möminləri ilahi ziyafət ayına – mübarək Ramazan ayına doğru aparan keçiddir. Rəcəb və Şaban ayları insanın Ramazan ayına hazır şəkildə daxil ola bilməsi üçün hazırlıq qərargahıdır.

"Biz sizin etdikləriniz əməlləri yazdırırıq."[3] – ayəsinə əsasən, insan qəflət halından çıxdıqda, diqqət etsə ki, indi onu görürlər, qeyd edirlər, onun bütün hərəkətləri və işləri Allah məhzərindədir, təbii ki, ehtiyatlı olar.

İnsan belə bir halda; təharətlə, saflıqla, eyiblərdən paklanmaqla Ramazan ayına daxil olarsa və günahları yuyulmuş halda Ramazan ayına qədəm qoyarsa, o zaman ilahi ziyafət ayından daha çox bəhrələnə biləcəkdir. Rəcəb ayına bu gözlə baxın![4]

 

Mənbə :
[1]. 
(“Məfatihul-cinan”, Rəcəb ayının əvvəlinə aid olan əməllər)
[2]. (Ali Rəhbərin İran İslam Respublikası Polis Qüvvələrinin yüksəkrütbəli zabitləri ilə görüşü zamanı etdiyi çıxışından – 26/4/2015.)
[3]. ("Casiyə", 29)
[4]. (Ali Rəhbərin xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşü zamanı etdiyi çıxışından - 25/02/1392 hicri-şəmsi.)
Maide.az

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana