Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı və İranda yeni günəş ilinin başlanması münasibəti ilə təbrik edib.
Ayətullah Xamenei yeni günəş ilini “istehsalda sıçrayış” ili adlandırıb
Ziyaos-salehin “Leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei ilk öncə İmam Kazimin (ə) şəhadəti münasibətilə Əhli-beyt (ə) ardıcıllarına başsağlığı verib və daha sonra Novruz bayramı və Yeni il münasibətilə bu bayramı qeyd edən bütün xalqları, xüsusilə, İran xalqını, şəhid ailələrini, qaziləri, yeniyetmələri və gəncləri təbrik edib.
Ayətullah Xamenei Yeni ilin şad, şirin və xeyir-bərəkətli olmasını arzu edərək, yeni günəş ilini “istehsalda sıçrayış” ili adlandırıb.
Ayətullah Xamenei həmçinin ötən il şəhid olan şəxslərin xüsusilə şəhid general Süleymani, şəhid Əbu Mehdi Əl-Mühəndis və onlarla birgə şəhid olan şəxslərin, Kirmanda baş verən hadisədə həyatını itirənlərin, təyyarə qəzası qurbanlarının və koronavirusla mübarizədə şəhid olan şəxslərin ailələrinə başsağlığı verib.
“Ötən il sel ilə başladı və koronavirusla sona çatdı. İl ərzində çoxlu hadisələr o cümlədən zəlzələ, sanksiyalar baş verdi. Lakin bu hadisələrin zirvəsi ABŞ-ın terror cinayəti və İran və İslamın sərdarı olan şəhid Süleymaninin terror edilməsi və şəhadəti oldu. Ötən il ağır il idi və xalq bəzi problemlərlə üzləşdi. Lakin bütün çətinliklərin yanında misli görünməmiş bəzi başıucalıq gətirən hadisələr də baş verdi və İran xalqı çox yaxşı və parlaq nümunələr göstərdi. İlin əvvəlində seldən əziyyət çəkən bölgələrə yardım üçün bütün ölkə vətəndaşlarının səfərbər olması buna gözəl nümunədir. Şəhid Süleymaninin terrorundan sonra onun dəfn mərasimində xalqın milyonluq və həyacanlı iştirakı. Tehran, Qum, Əhvaz, İsfahan, Məşhəd və Kirmanda əzəmətli toplantısı dünyada və ölkəmizin tarixində misilsiz bir toplantı idi. Bu ölkənin imicinin, xalqın başıucalığı və izzətinin göstəricisi oldu. Ötən ilin parlaq nümunələrindən biri də xalqın koronavirus məsələsində bəyənilən və gözəgəlimli fədakarlıq göstərməsi idi. Tibbi personal yəni həkimlər, tibb bacıları, xidmətçilər, xəstəxana işçiləri və rəhbərliyi, könüllü qrupların üzvləri o cümlədən dini hövzə və universitet tələbələri, bəsic qüvvələri və digər şəxslərin gördüyü işlər qürurverici idi.”
Ayətullah Xamenei son günlər ölkə vətəndaşları tərəfindən epidemiya ilə mübarizədə göstərilən əməkdaşlıq və yardımlardan danışıb. “Onların sağlamlıq məhsullarının istehsalı və paylanması, küçələrin dezinfeksiya edilməsi, yaşlı şəxslərə yardımlar, icarə haqlarının alınmaması və bağışlanması, eləcə də borcların geri alınmasının təxirə salınması kimi addımları təqdirə layiqdir. İran xalqı ağır günlərdə öz üstünlüyü və gözəlliyini göstərib. Mən səmimi qəlbdən bütün bu fəaliyyətlərə görə insanlara təşəkkür edirəm və onlara bu işlərinə görə Allahın mükafat verəcəyi müjdəsini verirəm. Ötən il çox ağır imtahanlar oldu. Heç bir xalq rahatlıqla və rifahla hansısa nailiyyəti əldə edə bilmir. Bütün çətinliklərə sinə gəlmək və ruh yüksəkliyi ilə onları geridə qoymaq bir xalqın güclənməsinə və etibarının artmasına səbəb olur. Necə ki, İran xalqı indiyədək bu formada problemlərə qələbə çalıb və bundan sonrada bu belə olacaq.”
Ayətullah Xamenei Allahdan qarşıdan gələn ildə İran xalqı üçün böyük qələbələr diləyib və bildirib: “Xalq necə ki, uzun illər qorxmazcasına və ruh yüksəkliyi ilə hadisələrlə üzləşib, bundan sonra da hər hansı bir hadisə baş verdikdə öz ruh yüksəkliyi və ümidlərini qoruyub saxlasınlar. Əmin olsunlar ki, bu acılar sona çatacaq və İran xalqı üçün asanlıq baş verəcək. “Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 6-cı ayə).”
Ayətullah Xamenei ölkədə müxtəlif sahələrdə o cümlədən elmi, təhqiqat, ictimai və digər sahələrdə iş və çalışmaların davam etdiyini bildirib və qeyd edib ki, Allah-Taala bütün bu səylərə bərəkət verəcək və xalqımız bu keçiddən sağlamlıq və başıucalıqla keçəcək.
İstehsalın çiçəklənməsi ilə bağlı ötən il görülən işlərdən danışan Ayətullah Xamenei təqdim olunmuş hesabatlara əsasən bildirib ki, ötən il tətil olmuş bəzi zavodlar yenidən fəaliyyətə başladı, bəzi sahələrdə itehsal artdı, özünü təmin etmə şirkətlərinin gəlirləri artdı, istehsal sahəsində təhqiqat və araşdırmalar sahəsində ciddi addımlar atıldı. “Bu hesabatlar göstərir ki, ötən il İstehsalın çiçəklənməsi sahəsində işlər görülüb və istehsal prosesi az bir həddə yola düşüb ,lakin bu xalqın yaşayışında hələ hiss olunmur. Bu işlər o qədər artırılmalıdır ki, istehsal o qədər çoxalmalıdır ki, xalqın güzəranında təsiri olmuş olsun. Ölkənin iqtisadi problemləri müxtəlifdir o cümlədən bank islahatları, gömrük və vergi islahatları, iş mühitinin yaxşılaşdırılması lakin istehsalın rolu iqtisadiyyatda misilsizdir. İstehsal yola düşərsə ölkə daxilində 80 milyonluq satış bazarı və digər ölkələrə satış, əminliklə deyə bilərəm ki, iqtisadi problemləri həll edər və sanksiyaların təsirini ölkənin xeyrinə dəyişər. Sanksiyaların indiyədək verdiyi ziyanla yanaşı bəzi xeyiri də olub. Bizi yaşamaq üçün lazım olan şeylərin hazırlanmasına və ölkənin ehtiyaclarını ölkə daxilindən təmin etməyə sövq edib. Bu çox dəyərli bir fürsətdir və davam etdirilməlidir.”
Qarşdan gələn ili “istehsalda sıçrayış” ili adlandıran Ayətullah Xamenei məsul şəxslərə tövsiyə edib ki, elə etsinlər ki, istehsalda yaranmış sıçrayış xalqın yaşayışının yaxşılaşdrılmasında təsiri olsun. “Əlbətdə bu hədəfə çatmaq üçün proqram hazırlanmaıldır və bu proqramın hazırlanmasında büdcə təşkilatı, parlament, təhqiqat mərkəzləri, Məhkəmə Sistemi və digər aidiyyatı qruplar, fəal və ixtiraçı gənclər yaxından iştirak etməlidir.”
Ayətullah Xamenei sonda Məbəs bayramı və Novruz bayramı münasibətilə bir daha təbrik edib və İran xalqından öz mənəviyyatlarını artırmağa diqqət etməyi tövsiyə edib.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın