İnfoqrafiya Fiqhi Sual Cavab

İnfoqrafiya Fiqhi Sual Cavab

İnfoqrafiya Fiqhi Sual Cavab

1. Məkruh nədir?   Tərk edilməsi yaxşı və savablı, lakin görülməsi İlahi əzaba səbəb olmayan əməldir. 

2. Vacibi eyni nədir?    Hər bir şəxsin özünə vacib olan əməldir .

3. Vacib nədir?     Görülməsi, əncam verilməsi lazım, tərk olunması isə İlahi əzaba səbəb olan əməl .

4. Vacibi kifai nədir?     Hamıya vacib olan, amma bir, yaxud bir neçə nəfər yerinə yetirdikdə hamının öhdəsindən götürülən əməl (salam almaq kimi) .

5. Qasir cahil nədir?     Şəri məsələsini bilməyən və öyrənməyə imkanı olmayan, üzürlü olan .

6. Müstəhəb nədir?     Görülməsi yaxşı, savabı olan, lakin tərk edilməsi İlahi əzaba səbəb olmayan əməldir. 

7. Rəca qəsdi nədir?     Allah-təalanın əmr və ya nəhy etməsi ehtimalı ilə bir əməlin yerinə yetirilməsi, yaxud tərk edilməsi .

8.  Qan və ya bir insana zərər verdikdə qızartı və ya digər narahatçılıqlar əmələ gəldiyi zaman ödənilməsi vacib olan mal necə adlanır?     Diyə

9. Vacib səcdəsi olan surələr hansılardır?     Nəcm,62 - Fussilət, 37 - Ələq, 19 - Səcdə,15

10. Dində olmayan və sonradan İlahi hökmlərə əlavə olunan bir şey necə adlanır?     Bidət

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir