Namazı tərk etmək orucu batil edirmi?

Namazı tərk etmək orucu batil edirmi?

Namaza qılmayanın orucu batildirmi? Əgər batilsə, nəyə görə?

cavab

İslamın bütün hökmləri insanın kamala yetməsi və inkişafı üçün nəzərdə tutulmuşdur onların hər birinə əməl etmək insanın özünə faydası var. Bütün bu qanunlar topolumu bir yerdə tam əməl olunduqda insana nəticə verə bilər. Belə olan surətdə namazsız oruc və orucsuz namaz təbii ki lazım olan nəticəsi olmaz.  Amma, bütün bu əmllərin hər birisi müsətqil və öz-özlüyündə də təsiri var (əlbəttə kamal həddində yox). Beləliklə, namazın qılınmaması orucu batil etməz amma, onun savabından azaldar.

Onu da qeyd etmək lazımdır ki, orucu batil edən əməllər bunlardır:

1.yemək və içmək;
2.cinsi əlaqədə olmaq;
3.istimna (yəni, insan özü elə bir əməl etsin ki öz-özlüyündə qüsula düşsün);
4.Allaha, İslam Peyğəmbərinə (s) və Onun pak Canişinlərinin adına yalan bağlamaq;
5.boğaza qalın tozu çatdırmaq;
6.başın hamısını birdən suya salmaq;
7.Sübh azanına kimi cənabət  qüsüllu, heyzli və nifas qüsulu ilə qalmaq;
8.maye şeylə imalə etmək:
9. Qusmaq;[1]

 


Mənbə :

[1]. İmam Xumeyninin (rə) Tozihul-məsail kitabı, c.1; səh.891; məsələ: 1572

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir