اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مُحِبّاً لِأَوْلِيَائِكَ وَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَنّاً بِسُنَّةِ خَاتَمِ أَنْبِيَائِكَ يَا عَاصِمَ قُلُوبِ النَّبِيِّينَ
Əllahumməc’əlni fihi muhibbən liəvliyaik, və muadiyən liə’daik, mustənnən bisunnəti хatəmi ənbiyaik, ya asimə qulubin-nəbiyyin!
Allahım! Məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni olanlardan qərar qərar. Peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir. Ey peyğəmbərlərin və qəlblərini (günahdan) qoruyan!
Rəhimli Allahın adı ilə
"İlahi, məni Sənin dostlarını sevənlərdən və düşmənlərinə düşmən olanlardan qərar ver"
Mənim özüm Qiyamət günü nicatı olacağıma ümid etdiyim şey odur ki, Allah dostlarını sevirəm. Təqvalı, imanlı adamları çox istəyirəm. Sizdə belə olun. Hətta övladınız belə olsa, hansı daha təqvalıdır, onu çox istəyin. Hədis buyurur ki, imanın yəqinliyinə çatmayıb o kəs ki, ona yaxın olmayan mömin adamları Allah rizası üçün sevə və ona yaxın olan adamlardan mömin olmadıqları üçün xoşu gəlməyə. Başqa bir hədisdə İmam Baqir(ə) buyurur: "Əgər cənnət əhli olduğunu bilmək istəyirsənsə qəlbinə müraciət et. Əgər görsən Allaha itaət edənləri sevib günah əhlini sevmirsənsə, cənnət əhlindənsən. Yox əgər günah əhlini sevib Allaha itaət edənləri xoşlamırsansa, o zaman bil cəhənnəmliksən". Siz də qəlbinizə baxın. Əgər mömin adamları sevirsizsə, axırınız xeyirdir. Yox əgər mömin görəndə narahat olursuzsa, xeyir əhlindən deyilsiz. Başqa bir hədis buyurur ki, Qiyamət günü Allah sevdiyilə məşhur olar. Hətta daş parçasını sevsə belə, onunla məşhur olacaq.
"İlahi, məni sonuncu peyğəmbərin sünnəsinə əməl edənlərdən qərar ver"
Allahdan istəyirik Hz.Rəsuləllahın(s) bütün buyurduqlarıma əməl etməyə bizə tovfiq versin. Vacibdən tutmuş müstəhəb əməllərə kimi yerinə yetirək və günahdan tutmuş məkruha kimi əməllərdən çəkinmiş olaq. Sonda Allahı etdiyimiz duaların qəbul olması üçün deyirik
"Ey peyğəmbərlərin qəlbini qoruyan"
Peyğəmbərlər hamısı məsum idilər. Niyə çünki Allah onları qoruyurdu və qəlblərini hifz edib. Bizdə bunu Allaha and verərək bu günün duasında istədiyim şeylərin qəbul olmasını Ondan istəyirik.
t.me/dini_melumatlar
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın