Mərhəmətli Allahın adı ilə
اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Əllahummə qarribni fihi ilə mərzatik, və cənnibni fihi min səхatikə və nəqimatik, və vəffiqni fihi liqiraəti ayatik, birahmətikə ya ərhəmər-rahimin!
Tərcümə :
Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır. Məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır. Məni bu ayda Sənin ayələrini oхumağa nail et. Rəhmətin хatirinə ey mehribanların ən mehribanı!
"Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır"
İnsan gərək elə iş görsün ki, Allah ondan razı olsun. Rəvayətdə deyilir ki, əgər bilmək istəyirsən Allah səndən razıdır ya yox, bax gör sən Allahdan razısan ya yox. Bəzi adamlar elə hey narazıçılıq edirlər. Niyə hamıda var, amma məndə yoxdur? Niyə camaat sağlamdır, amma mən xəstəyəm? Belə olmaz. Hər nə halda olsan gərək Allahdan razı olasan. Allah övliyalarından biri 30 il yataq xəstəsi idi. Ondan soruşdular ki, istəyirsən sağlam olasan? İstəyini Allahın istəyinə bağladığı üçün mənfi cavab verdi. Yəni halından razı idi. Qəlbinə bax. Əgər Allahdan razısansa, Allah da səndən razıdır. Amma əgər qəlbinin bir guşəsində belə Allahdan narazısansa, Allah da səndən razı deyil. Bu barədə bir hədisdə var. Buyurur ki, Allah 3 nəfərə təəccüb edər:
Birinci budur ki, kimin önündə dayandığını bilib namaz qılar, amma fikri başqa yerdə olar. Bir əxlaq müəllimimiz var idi, Deyərdi ki, bizim bir günahımız da qıldığımız namazlarımızdır. Gərək qıldığımız namazlara görə Allahdan bağışlanma istəyək. Günahkarlar günahlarına görə Allahdan bağışlanma istədikləri halda, biz də gərək qıldığımız namazlara görə Allahdan bağışlanma diləyək. Ustadımız bunu deyəndə başa düşmürdük. Yaşımız az idi. Deyirdi günahkarlar öz günahlarına görə tövbə edərlər, abidlər və ariflər isə öz namazlarına görə Allahdan bağışlanma diləyərlər. Odur ki, hədis buyurur: Allah o kəsə təəccüb edər ki, kimin qarşısında dayanıb namaz qıldığını bildiyi halda fikri başqa yerdədir. Allahın təəccüb etdiyi ikinci adam o kəsdir ki, indiyə kimi ruzisində əskiklik olmayıb, amma o yenə də gələcək ruzisinin dərdini çəkir. Halbuki ana bətnində olanda Allah bizim ruzimizi verirdi. Özü də elə şeylə qidalanırdıq ki, bu dünyada ondan bir balaca damcı paltarımıza düşsə, namazı o paltarda qıla bilmərik. Daha sonra bizim ruzimizi anamızın südündə qərar verdi Allah. Odur ki, sabahın ruzisinin dərdini çəkməyək. Üçüncü şəxs ki, Allah ona təəccüb edər o kəsdir ki, qəhqəhə çəkib gülər, amma bilmir cənnət əhlindədir yoxsa cəhənnəm.
Duanın ikinci cümləsi:
"Məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır"
İlahi, elə bir iş görməyim ki, Ramazan ayında Səndən uzaq düşüm. Sonra duada deyirik
"Məni bu ayda ayələrini oхumağa nail et"
Bizdən qabaq yaşayanlar Ramazan ayında bir neçə dəfə Quran xətm edərdilər. Sizlər dərsinizin, işinizin çoxluğundan heç olmasa bir Quran xətm edib Hz.Mehdiyə(ə.f) hədiyyə edin. Yaxud dünyadan köçmüş ata-ananıza yaxud vəfat etmiş başqa qohumlarınıza hədiyyə edin. O kəs ki, bu ayda heç olmasa bir Quran xətm etmir çox bədbəxt adamdır. Ramazan ayını Quranla ol. Hər kəs istəyir qəlbi pak olsun, səhərlər Quran oxusun. Bizim qəlbimizi günahlar çirkləndirib. Əgər qəlbimiz təmizlənməsini istəyiriksə, ya gərək Quran oxuyaq, ya istiğfar edək ya da yetimə nəvaziş göstərək. İmkanımız daxilində yetim bir kəsin yardımına tələsək.
Rəhmətin хatirinə ey mehribanların ən mehribanı"
Ey rəhm edənlərin ən rəhimlisi tövfiq mərhəmət elə Ramazan ayında Quran qiraət etməyi bacaraq.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın