Hikmətli Allahın adı ilə
Yandırmağın müxtəlif növləri var.
Məsələn: Bəzən yandırmaq odladır, bəzən isti suyla, bəzən şüa ilə və.a
Bəzəndə insanın bədəni çox isti olan bir şey ilə rabitədə olanda yanır. Məsələn: Çox isti çaynikə əl vuran zaman, və yaxud yayın istisində ayaq yalın gəzmək.
"رمض - Rəmz"
Ərəb dilində şiddətli hərarət mənasını ifadə edir. Buna görədir ki, səhrada günün təsirindən qızmış daşlara və ordan keçənlərin ayaqlarını yandıran daşlara, "رمضاء -Rəmza" deyilir.
Səhrada olan bu daşlar o qədər qızır ki, əgər insanın ayağına dəysə, istiliyin təsirindən dəri ona yapışır. Necə ki, soyuducuda qoyduğumuz dəmir qab donduqda əlimiz ona yapışır, bu isti daşlara da yapışır.
Nəyə görə bu mübarək aya "رمضان -Ramazan" deyirlər?
Çünki, bu ayda oruc tutmaq və Allahın göstərişlərinə əməl etmək, möminlərin günahlarını şiddətlə yandıraraq aradan aparır.
Bu ayda günahların aradan getməsi baçqa aylara nisbətdə fövqəladədir.
Allahın Peyğəmbəri Muhəmməd (s) buyurur:
«وَ إِنَّمَا سُمِّيَ رَمَضَانَ لِأَنَّهُ تُرْمَضُ فِيهِ الذُّنُوبُ أَيْ تُحْرَقُ»
Bu ayı ona görə Ramazan adlandırıblar çünki, bu ayda insanların günahları yandırılaraq aradan gedir.
Mənbə: Müstədrəkul-Vəsail, c.7, səh-546.
Bu ayın qədrini bilək və fürsətləri əldən verməyək!
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın