Bəzən zöhd ibadətlə, yaxud zöhd irfanla, ya ibadət irfanla, ya hər ikisi irfanla bir yerə toplanır. Əlbəttə, irfanın özü lazımı qədər zöhd və ibadət olmadan ələ gəlməz. Baxmayaraq ki, irfansız zöhdün, yaxud irfan olmadan ibadət və zöhdün olması mümkündür. Çünki uzunluq dərəcəsində yuxarı mərtəbədə aşağı mərtəbənin qorunması vacibdir.
Arif olmayanın zöhdü alış-verişdən başqa bir şey deyil. sanki, mal verib əvəzini alır. Amma arifin zöhdü onun daxili diqqətinin haqq yönəlməsinə mane olan hər bir mal və əvəzini boşlamaq, Allahdan başqa hər nə üstünlük varsa, onu buraxmaq deməkdir.
Arif olmayanın ibadəti alış-verişdən, icarə və ücrətdən (muzd) başqa bir şey deyil. Elə bil, dünyada işləyir ki, axirətdə öz muzdurluğunun əcrini alsın. Amma arifin ibadəti bütün daxili qüvvələrinin riyazətidir ki, təbiətin əhatəsindən buraxılıb və azad olub, təbiətdən xaric aləmə çatıb, övliyaların ən yüksək meracına yetişib, ta haqq təcəlli edərkən ürək hərəmində bir şey onun yolunu kəsməsin, onu tozlandırmasın. Bu iş onun üçün adət halını alıb.
ər vaxt onun daxili haqqın görünməsini istəsə, heç bir maneçilik olmadan yerinə yetir. Xəyal, vəhm, himmət və maraq qüvvələri də ona tabe olur ki, o bütün vücudu ilə müqəddəslik yolunda olsun. (“İşarat və tənbihat”, c. 3, səh. 370.)
——————————————-
Qaynaq: “İsra” Vəhy Elmləri Beynəlxalq Mərkəzi
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın