June 11, 2020 08:28 AM
Ayətullah Füruğinin hüzurunda
Axar insan

Axar insan

İnsanın mərifət və kamalı onun üçün cənnətə çevrilir. Gərək bu mərifət sənin daxilində yaransın ki, özün cənnət olasan və əzəmətli cənnətə gedəsən. Hər şəxsin mərifət, əxlaq və kamalı həddində həqiqi nemətlər onun üçün zühur edir. İnsanın cənnətdə dərdiyi meyvələr bir-birindən fərqlidir. Cənnətdə yemək, yatmaq üçün deyil. Hər bir yeməli şeydə Haqqın zühuru vardır. Ona görə də mərifət əhli deyir: “Cənnətin ən ləziz meyvələri ilahi mərifətdir”. Ürək və düşüncəni mərifətlə doldursan, xatircəm və qərarlaşmış nəfs sahibi olur, axar insana çevrilirsən.

Kərbəla səhnəsinə baxdıqda axar insan görürük. Yəni bəşəriyyətin tarixi boyu, qiyamətə qədər axar olan bir insan. İnsan da su kimi axar ola bilər. Su axdıqca həyat gətirdiyi kimi axar insan da bəşər üçün həqiqi həyat gətirir.

Bu anlayış və maarifi Aşura ziyarətinin mətnində də görmək olar. Əba Əbdillah Hüseynə (ə) xitab edərək deyirik:

«وَ جَلَّتْ وَ عَظُمَتْ مُصِيبَتُكَ فِي السَّمَاوَاتِ عَلَى جَمِيعِ أَهْلِ السَّمَاوَات‏»

“Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür, yanıqlıdır”[“Misbah əl-muctəhid və səlah əl-mutəəbbid”, səh. 774].

Yəni, imam Hüseyn (ə) bütün aləmə axır! Bu dərin və sirli bir mövzudur. Maddi insan bunu dərk etmir.

Bəzən insan öz inancından yuxarı hərəkət edir, haqq və həqiqəti şühud etməklə imam Hüseynin (ə) müsibətinin bütün yaradılışı axdığını düşünür. Bu imam Hüseynin (ə) vücudunun genişliyini və bütün aləmin həyatı olmasını göstərir. Deyirsən:

«اللَّهُمَّ أَحْيِنِي حَيَاةَ مُحَمَّدٍ وَ ذُرِّيَّتِه‏»

“İlahi, məni Məhəmməd və onun zürriyyəsinin həyatı ilə diri et”[“Misbah əl-muctəhid və səlah əl-mutəəbbid”, səh. 780].

İnsanın axar olmasının səbəblərindən biri də bəla və müsibətdir. Allah, bəzən insana nemət verir, bəzən də bəla. Bəzən insanın ağzına şirin tikə qoyur, bəzən də acı. Bəzən dünya nemətini insana verir, bəzən də onu fəqirlikdə yandırır. Çünki aləmin quruluşu, tərbiyə quruluşudur. Allah, mizban və ev sahibidir. Həm bəla, həm də asanlıq zamanı qonaqlıqda bir istəyi vardır və insanı imtahana çəkir. Nemət verir, imtahan üçün. Onda tüğyan etmə. Ona verilən nemətə görə tüğyan edən, yaranışın tərbiyə üçün olduğunu başa düşmür. Təbiət aləmi tənəzzüllə düçar olur. Allah, insanı bu aləmdən xaric etmək istəyir. İnsan bəlaya görə narahat olub, dözümsüzlük göstərsə, süqut edəcək. Ona görə də özünü Allahın qonağı bilməlidir.

Allah Təbarək və Taala Qurani-kərimdə buyurur:

«إِنَّ رَبَّكَ لَبِالْمِرْصاد»

“Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür”[“Fəcr” surəsi, ayə 14].

Allah, səni izləyir, tövhid ovlağında səni ovlamaq istəyir. Diqqətli ol ki, Allah hədlərindən çıxmayasan. Ona görə də buyurur:

«فَأَمَّا الْإِنْسانُ إِذا مَا ابْتَلاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَ نَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَن* وَ أَمَّا إِذا مَا ابْتَلاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهانَن»

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. “Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər”[“Fəcr” surəsi, ayələr 15-16].

Bu ayələrə diqqət edin. Allah, bu ayələrdə insanşünaslıq edir və onu maddi bir mövcud kimi tanıtdırır.

Hazırkı dövrdə texniki imkanlar güclənib. Bir saat müddətində ölkənin bir tərəfindən digər tərəfinə, bir neçə saata dünyanın bu tərəfindən o tərəfinə getmək olur. İnsanın sürəti artıb və zamandan yaxşı istifadə edir. Elə bil ki, ömürü neçə dəfə artıb. Qədim zamanda altı aya getdiyi yolu, indi bir günə gedə bilir. Sanki, ömrü o qədər artıb. Amma bunlar vasitədirlər, insanın inkişafı yox, vasitələrin inkişafı. İnsan, tərəqqi edibmi? Maddədən yüksək aləmə yol tapa bilibmi? Təəssüflər olsun ki, insan süqut etmişdir. Bu vasitə və alətlərin ixtirası ilə təkəbbür və qürura düçar olmuşdur, münasibətlərini maraqları əsasında tənzimləmişdir və məhəbbəti unutmuşdur.

Alətin kamalı, insanın kamalıdırmı? İnsanı öz təbiətinə buraxsaq, insanın meyarı maddi və dünyəvi maraqlardırmı?

«يا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّة*ارْجِعي‏ إِلى‏ رَبِّكِ راضِيَةً مَرْضِيَّةً»

“Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!”[“Fəcr” surəsi, ayələr 27-28]

Sivilizasiya bəşər üçün “arxayın nəfs” gətiribmi? Qərb yazıçılarından biri 20-dən çox sivilizasya və mədəniyyətin adını çəkərək yazır: “Digər xüsusi bir mədəniyyət vardır ki, onun işi insanlarladır və o Hüseyn (ə) mədəniyyətidir. O bir mədəniyyətdir ki, milyonlarla insan bir anda deyir: Ləbbeyk, ya Hüseyn!. Bu mədəniyyətin insanların ürəyi və batini ilə işi vardır və ona həyat verir”.

İnsan özünün təbiət aləmi ilə yaşayır və Allah onu bəla və imtahana düçar edir: “İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə”.

Elə ki, Allah onu əzizlədi, başına əl çəkdi, ona nemət verdi, insan deyər: “Rəbbim mənə ehtiram göstərdi!”

Sonra isə məğrur olar və tüğyan edər. Rəvayətdə gəlimişdir ki, neçə şey insanı məst edər:

«أَصْنَافُ السُّكْرِ أَرْبَعَةُ: سُكْرُ الشَّبَابِ وَ سُكْرُ الْمَالِ وَ سُكْرُ النَّوْمِ وَ سُكْرُ الْمُلْك‏»

“Məstlik dörd növdür: cavanlıqdan gələn məstlik, sərvət məstliyi, yuxu məstliyi, rəyasət məstliyi”[“Tuhəf əl-uqul”, səh. 124].

Əgər insan özünü tərbiyə edə bilməsə, məstliyə düçar olar. Bəzi şeylər insanı o qədər məst edir ki, qiyamətə qədər onun məstliyindən ayıla bilmir. İsrafilin suru çalınmayınca, hər şey bir-birinə qarışmayınca, ayılmır.

Elə ki, dünya insana üz gətirir, o özünün əziz olduğunu düşünür. Amma diqqət etmir ki, “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür”[“Fəcr” surəsi, ayə 14].

Namaz qılmaq, oruc tutmaq ovlağa getməkdir. Məscidə gəldikdə, həqiqətdə tövhid ovlağına gəlirsən. Burada səni ovlayırlar. Əhli-beytin (ə) ovu olursan.

“Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər”.[“Fəcr” surəsi, ayə 16]

Allah, insanı imtahan edir, onun ruzisini azaldır, nemətlərini azaldır, onda insan öz maddi varlıq olan insan deyir ki, “Rəbbim məni alçaltdı”. Yəni maddi insanın nə gülümsəməsi Allaha xatirdir, nə də ağlaması. Gülmək və ağlamaq üçün meyar dünya olur.

Sənin bu məclisdə ağlamağının və qara geyinməyinin mənası vardır. Şiə, gülməyini və ağlamağını tənzimləmişdir.

Gülmək lütfündən hekayət edir

Ağlamaq qəhrindən şikayət edir.

Yəni, gülməyim sənin lütfünü göstərir, əgər ağlayıramsa, küsməyindən qorxduğum üçündür. Ən böyük müsibət Allahın və Allah övliyalarının insandan küsmələridir.

Ağlamaq və gülmək bir-birinin ziddidir, amma hər ikisi bir həqiqətdən xəbər verir: Allahdan. Allah tərəfindən nemət, yaxud bəla yetişdikdə insan, Allah məhzərində imtahan verdiyini bilməlidir. Onda axıcı olacaq. İnsan əvvəl torpaqdan axır və ərşə yetişir. Sonra ərşdən çay olur, yerə axır.
Ərşdən ağlayırsan, kövsər olub, yerə axırsan!

 

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu - Xoy rayonu, Məhərrəmin birinci ongünlüyü-2015

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana