Bəzi şiə mənbələrində yer almış bu rəvayətlər nə dərəcədə mötəbərdir? Belə rəvayətlərdən biri də Əbu Bəsirin İmam Sadiqdən (ə) nəql etdiyi rəvayətdir. İmam Sadiq (ə) buyurur: Qaim Məscidül-həram və Məscidün-nəbini uçuracaq, onları əvvəlki şəklində bərpa edəcək. Kəbə evini də ilkin şəklinə qaytaracaq. (Biharul-ənvar) Əbu Bəsir başqa bir rəvayətdə Kufə məscidi daxil olmaqla 4 məcsidin uçurulacağını xəbər verir. Hər iki rəvayətdə vaqifiyyə təriqətindən Əli ibn Həmzə Bətaininin adı keçir.
Şeyx Tusi yuxarıdakı rəvayətlərə münasibətdə deyir: Vaqifi məzhəbinin rəvayətlərinin etibarsızlığı barədə rəvayətlər saya gəlməz…
Əgər yuxarıdakı iki rəvayəti qəbul etsək bəzi nöqtələrə nəzər salmalıyıq:
Din və məzhəb insanları daim dəbdəbəçilikdən, zahirə uymaqdan çəkinməyə çağırır. İslam tarixində dini təlimlərdən xəbərsiz, zəif əqidəli şəxslərin hakimiyyətə, iş başına gəlməsi nəticəsində dini məkanlarda da sadəlik şərti pozulmuşdur. Möminlərin ərşə merac yeri, mühüm qərarların çıxarıldığı məkan olan məcdilər axır zamanda zinətlə dolar, amma mömin insan tapmaq çətinləşər. Əslində ibadət yerlərində insanın diqqətini Allahdan yayındıracaq şeylər olmamalıdır.
İmam Zamanın (ə) islahatları əhatəlidir, bütün sahələri əhatə edər. İmamın məcsidləri, ibadət yerlərini uçurması bu yerləri dağıtmaq yox, yenidən qurmaq mənasındadır.
Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir: Bizim Qaim zühur edəndə Kufədə dörd məscidi uçurar. Bütün dəbdəbələr, zinətlər ləğv olunar. İmam yolları genişləndirər, evlərin yola çıxmış hissəsini uçurar. Yola çıxan novçalar sökülər.
Rəvayətə görə Kufədə söküləcək dörd məscid Yezidin Kərbəla qələbəsinin şərəfinə tikdiyi dörd məsciddir (Səqif‚ Əşəs‚ Cərir və Simak məscidləri). Bu məscidlər lənətlənmiş məcsid adı ilə tanınır. İmam Baqir (ə) buyurur ki, Kufədə mübarək məscidlər və lənətlənmiş məscidlər var…
Həzrt Əlinin (ə) Kufədə beş məsciddə (Əşəs ibn Qeys‚ Cərir ibn Abdullah‚ Simak ibn Məxrəmə‚ Şəbəs ibn Ribi və Təym məscidi) ibadəti qadağan etdiyi nəql olunur. Olsun ki, İmam Zamanın (ə) məhz bu məscidləri sökəcəyi nəzərdə tutulur.
İmam Mehdi (ə) bidət və azğınlıqlarla eynən Peyğəmbər (s) kimi rəftar edər. Peyğəmbər də öz növbəsində təfriqə yaratmaq məqsədi ilə tikilmiş Zirar məscidini sökür.
Bəzi məscidlər İslam həndəsəsi əsasında tikilməyib. Məsihilər, bütpərəstlərlə rəqabətə girən nadan müsəlmanlar öz məscidlərini kilsə və məbədə oxşadıblar.
Məscidlər arasında haram pulla tikilən məscidlər var.
Kifayət qədər dəlil var ki, Məcdidül-həramda Məqami-İbrahim Kəbəyə yaxın olub, sonradan uzaqlaşdırılıb. Peyğəmbərin əmisi Abbasın evi kənarda olduğu halda Peyğəmbər məscidinə daxil edilib. İmam Zaman (ə) bütün bu nöqsanları aradan qaldıracaq.
/sizinyol/
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın