Peyğəmbər (s):
قال رسول الله (صلی الله علیه و آله): عُضَّ البطِّيخ, ولا تقطعها قطعًا؛ فإنها فاكهة مباركة طيبة، مَطهَرة الفم، مقدَسة القلب، تبيِّض الأسنان.
Yemişi dişləyib yeyin, kəsməyin. O , bərəkətli və dadlı meyvədir. Həmçinin ağızı təmizləyir , qəlbə müqəddəslik duyğuları aşılayır, dişləri ağardır.(Bİharul-Ənvar, 62-ci cild, səh: 296.)
Peyğəmbər (s):
قال رسول الله (صلى الله عليه وآله): غَسلُ القَدَمَينِ بِالماءِ البارِدِ عَقيبَ الخُروجِ مِنَ الحَمّامِ أمانٌ مِنَ الصُّداعِ .
Hamamdan çıxandan sonra ayaqları soyuq su ilə yumaq insanı başağrılarından qoruyan vasitədir.("Kənzül-ümmal", 1-ci cild, səh: 48, hədis: 28300.)
3. Peyğəmbər (s): Hər kəs nargilə olmaq istəyirsə bal yesin.
4. Həzrəti Peyğəmbər (s): Mövücü (kişmiş növüdür )çox yeyin. O, ödü təmizləyir əsəbləri möhkəmləmdirir yorğunluğu götürür və qəmi uzaqlaşdırır.
5. Həzrəti Peyğəmbər (s) buyurub: Ac qarına xurma yeyin, o qarındakı qurdları öldürür.
6. Həzrəti Peyğəmbər (s): Heyva yemək gözü nurlandırar.
7. Həzrəti Peyğəmbər (s): Yaş və quru əncir yeyin. Çünki o babasil, soyuqdəymə və remmatizimin müalicəsidir.
8. Həzrəti Peyğəmbər (s): Xına baş ağrısını aradan qaldırar gözü itiləşdirir.
9. İmam Əli (ə): Zeytun üzə qizarti verir, əsəbləri möhkəmləndirir, orqanizim zəifliyinə qalib gəlir və qəzəbi söndürür.
10. İmam Əli (ə): Balqabaq yeyin. O, beyni gücləndirir.
11. İmam Sadiq (ə): Pendir yeyilənləri həzmə verir və iştaha yaradır.
12. İmam Rza (ə): Çuğundur əqli gücləndirir, qanı təmizləyir və insanı cüzamdan qoruyur.
Həzrət Peyğəmbər (s) halva ilə iftar edərdi. Halva olmasaydı başqa şirnidən, xurmadan istifadə edərdi. Bir şey olmayanda ilıq su ilə orucunu açardı. Həzrət (s) buyurur: İlıq su mədə və qara ciyəri təmizləyir, ağıza xoş qoxu verir, dişləri möhkəmləndirir.
Həzrət Peyğəmbər (s) buyurur: Misdən hazırlanmış qablarda su içməyin. Bu vasvasılıq və pərişanlıq səbəbidir.
Yemək yeyəndən sonra xilal edin. (dişləri çöplə təmizləyin) Bu dişləri sağlam saxlayır, ruzini artırır... Həzrət (s) buyurur: Yeməkdən sonra xilal edin, ağızınızı yaxalayın. Bu kəsici və dəyirman dişlərə faydalıdır... Bir gün Peyğəmbər (s) Cəfər ibn Əbu Talibə Xilal verib buyurdu: Ey Cəfər! Xilal et, bu ağızın sağlamlığına səbəb olur, ruzini artırır.
Həzrət Peyğəmbər (s) buyurur: Cəbrail həmişə mənə misvak etməyi tapşırırdı. O qədər israr edirdi ki, düşünürdüm misvak vurmaq vacib olacaq... Həzrət (s) buyurur: Misvak etmək insanın fitrətindən, tövhiddəndir... Həzrət (s) başqa bir məqamda buyurur: Misvak edin, çünki ağızın təmizliyi və Allahın razılığına səbəb olar... Misvak dişləri möhkəmləndirər. Gündə iki dəfə misvak edən peyğəmbərlərin sünnəsini davam etdirib. Hər qıldığı namaza görə Allah ona yüz rəkət namazın savabını yazar, onu ehtiyacsız edər, ağızı xoş qoxulu olar, yaddaşı güclənər, düşüncəsi dərinləşər, qidaları ləzzətli olar, diş ağrıları aradan qalxar, xəstəliklərinin qarşısı alınar, mələklər ona əl verər, dişləri təmiz olar... Həzrət (s) bir hədisdə misvakın on xüsusiyyətini sadalayır:
Ağızı ətirləndirər, damağı möhkəmlədər, bəlğəmi aradan qaldırar, gözü işıqlandırar, dişlərin ərpini əridər, mədəyə kömək edər, Peyğəmbər (s) sünnəsinə əməl olunar, mələkləri sevindirər, Allahı razı salar, xeyir əməlləri artırar... Həzrət (s) buyurur: Allah üçün misvakdan sonra iki rəkət namaz misvaksız yetmiş rəkət namazdan üstündür.
Həzrət Peyğəmbər (s) buyurur: Mədə bütün xəstəliklərin mənzilidir. Pəhriz bütün dərmanların köküdür... Həzrət (s) buyurur: Kahı yeyin. Kahı yuxu gətirər, yeməyi həzmə verər... Həzrət (s) buyurur: Cəbrail mənə dedi ki, bərni xurmasında doqquz xüsusiyyət var:
Ağz qoxusunu aradan qaldırır, mədəni təmizləyir, qidanı həzmə verir və s... Həzrət (s) buyurur: Bütün xəstəliklərin kökü mədənin ağırlığındadır... Buyurur: Suyu aram için, onu birdəfəyə başınıza çəkməyin bu qara ciyər xəstəliyinə səbəb olar.
Bir şəxs Peyğəmbərə (s) qardaşının ishala düçar olduğunu dedi: Kişi qardaşına bal versə də təsirini görməyib yenidən Peyğəmbərə (s) müraciət etdi. Peyğəmbər (s) yenə də xəstəyə bal verilməsini buyurdu. Bu get-gəl bir neçə dəfə təkrarlandı, kişi dördüncü dəfə gəlib dedi ki, ishal güclənib. Həzrət (s) buyurdu ki, Allahın sözünə inan, qardaşının qarnına yox. Kişi geri qayıdıb xəstəyə yenidən bal verdi. Bu dəfə xəstəlik tam aradan qalxdı... Başqa bir şəxs Həzrətə (s) qarın sancısından şikayətləndi. Həzrət (s) buyurdu ki, baldan şərbət düzəlt, ona üç-yeddi ədəd qaraçörəkotu dəni at, sonra iç, Allahın izni ilə sağalarsan... Həmin şəxs bu göstərişə əməl edib sağaldı.
Həzrət Peyğəmbər (s) buyurur: Xurmanı acqarına yeyin, bu halda qarındakı qurdları öldürər.
Həzrət Peyğəmbər (s) buyurur: Kim sədo (sudab) yesə başgicəllənməsi aradan qalxar.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın