Bu namaz (Zil-Həccə ayının namazı niyyəti ilə) eyni ilə Sübh namazı kimi 2 rəkət qılınır. Qılınma vaxtı hər gecə Məğrib (ŞAM) namazı ilə İşa (xüftən) namazının arasıdır.
Bu namazın Sübh namazı ilə təkcə fərqi budur ki, hər rəkətdə İxlas (Qul hu vəllah) surəsindən sonra Ə`raf surəsinin 142 ayəsi bir dəfə tilavət edilməlidir. (Ayəni əzbər bilməyənlər kağıza yazaraq üzündən və ya telefondan oxuya bilərlər).
«وَ واعَدْنا مُوسى ثَلاثينَ لَيْلَةً وَ أَتْمَمْناها بِعَشْرٍ فَتَمَّ ميقاتُ رَبِّهِ أَرْبَعينَ لَيْلَةً وَ قالَ مُوسى لِأَخيهِ هارُونَ اخْلُفْني في قَوْمي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبيلَ الْمُفْسِدين»
"Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi əşrin, fətəmmə miqatu rəbbihi ərbəinə ləylətən və qalə Musa li əxihi Harunəxlufni fi qovmi və əslih və la təttəbi` səbiləl mufsidin".
"Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma»
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın