Bismillahir-rəhmanir-rəhim
Rəvayətə görə, həzrət Seyyidüş-şühəda (ə) Ərəfə duasında deyir:
«إِلهِي! عَلِمْتُ بِاخْتِلافِ الآثارِ وَتَنَقُّلاتِ الأَطْوارِ، أَنَّ مُرادَكَ مِنِّي أَنْ تَتَعَرَّفَ إِلَىَّ فِي كُلِّ شَيْءٍ حَتّى لا أَجْهَلَكَ فِي شَيْءٍ.»
“İlahi, halətlərin dəyişilməsi və (dünyada baş verən) dəyişikliklərin müxtəlifliyindən anladım ki, məni yaratmaqda məqsədin hər şeydə Özünü mənə tanıtdırmaq və nəhayət, Səndən qafil olmamaqdır!”[1]
Amma əfsuslar olsun ki, bütpərəst bütə, sən müsəlman isə görünənlərin zahirinə qane olub, həqiqətdən qafil qalmısız!
O, Sübhan, pak və münəzzəhdir. Aləmi xəlq etdi ki, bu yolla O Sübhanla tanış olaq.
«كُنْتُ كَنْزاً مَخْفِيّاً [خَفِيّاً] فَأَحْبَبْتُ أَنْ أُعْرَفَ، فَخَلَقْتُ الْخَلْقَ لِكَي أُعْرَفَ»
“Mən gizli bir xəzinə idim, tanınmaq istədim və Məni tanısınlar deyə bu varlıqları yaratdım”[2].
Üstəlik, təcəllasına camal və kamal verdi ki, bu yolla varlıq aləminin mələkutunu başa düşək. Bütün bunlarla belə buyurdu:
«قُلِ اللَّهُ ثُمَّ ذَرْهُمْ»
“Sən: “Allah!”– de, sonra da onları burax”[3].
Çünki Ondan qeyrisinə diqqət etməyimizi və məzahirlərə istiqlal verməyimizi istəməyib.
———————————————
Mənbələr:
[1] . “İqbal əl-əmal”, səh. 348.
[2] . “Bihar əl-ənvar”, c. 84, səh. 199 və 244.
[3] . “Ənam” surəsi, ayə 91.
Qaynaq: “Raz dil” kitabı, Ehyayi kitab nəşriyyatı, Tehran 1383 (h.ş), birinci çap, səh. 410.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın