Əmirəlmöminin Əli (ə) bir rəvayətdə insanın üç dostundan və bu üç dostdan yalnız birinin ölümdən sonra da insanla birgə olacağı və dostluğunu davam etdirəcəyindən söz açmış və buyurmuşdur:
إِنَّ لِلْمَرْءِ الْمُسْلِمِ ثَلَاثَةَ أَخِلَّاءَ فَخَلِيلٌ يَقُولُ أَنَا مَعَكَ حَيّاً وَ مَيِّتاً وَ هُوَ عَمَلُهُ وَ خَلِيلٌ يَقُولُ لَهُ أَنَا مَعَكَ إِلَى بَابِ قَبْرِكَ ثُمَّ أُخَلِّيكَ وَ هُوَ وَلَدُهُ وَ خَلِيلٌ يَقُولُ لَهُ أَنَا مَعَكَ إِلَى أَنْ تَمُوتَ وَ هُوَ مَالُهُ فَإِذَا مَاتَ صَارَ لِلْوَارِثِ
“Hər bir müsəlman şəxsin üç dostu var və onlardan biri belə deyər: “Mən həm həyatında, həm də ölümündən sonra səninləyəm və o, insanın əməlidir. Başqa bir dost deyər: “Mən sənin qəbrinin kənarına qədər səninləyəm, ondan sonra səni yalqız qoyacağam və o, insanın övladıdır. Üçüncü dost isə belə deyər: “Mən ölümünə qədər səninləyəm və o, insanın sərvətidir. İnsan öldükdən sonra sərvəti varislərin ixtiyarına keçər.”
Mənbə : “Əl-xisal”, Şeyx Səduq, 1-ci cild, səh.114.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın