September 28, 2020 06:32 AM
XANIM ZEYNƏB (S.Ə.)

XANIM ZEYNƏB (S.Ə.) YEZİDİN SARAYINDA

Əhli-beyt əsirləri Kufədə zindanda saxlanılırdı. Onlar İbn Ziyadın zindanında çətin günlər keçirdikdən sonra, Yezidin əmri ilə Şama göndərildi.

Yezid və onun adamları böyük fəth və qələbə hesab olan bu karvanın Şam şəhərinə daxil olması üçün dəqiqələri sayırdılar. Tarixçilərin qeydlərinə əsasən, əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə daxil oldu. Həmin gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram keçirirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq, Səfər ayının 1-də Yezidin sarayına çatdı.

Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri, qəbilə başçıları və bəzi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.

Əsirlər saraya daxil olub nəzərdə tutulmuş yerdə dayandılar. Öz mənsəbpərəstliyi ilə məst və məğrur olan şərabxor Yezid əmr etdi ki, Hüseynin (ə) başını bir ləyənə qoyub, onun hüzuruna gətirsinlər. Sonra əlindəki əsa ilə İmamın müqəddəs dişinə vurur və deyirdi: “Kaş mənim Bədr döyüşündə iştirak edən və Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər: Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq. Haşimilər xilafətlə oynadılar, nə bir kitab, nə də bir vəhy almadılar. Əhmədin acığını balalarından çıxmasam, Xəndəf qəbiləsindən deyiləm. Bu evlərdə peyğəmbərdən, din və Qurandan heç bir xəbər yoxdur. Gördüklərimiz cahillik dövrünün qisas xatirələrinin təzələnməsidir. Qanı qanla yuduq.”[1]

 

XANIM ZEYNƏBİN (S.Ə.) XÜTBƏSİ

Əgər məclis həmin yerdə sona yetsəydi, Yezid qalib gələr, ya da onun əmri ilə icra olunan işlər o qədər də çirkin görünməzdi. Amma Zeynəb işin bu şəkildə sona çatmasına imkan vermədi. Yezidin şadlığını onun ağzında zəhərdən də acı etdi. Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki, Yezid onun adı ilə Şam əhalisinə xəlifəlik edir. Onlara anlatdı ki, İslam, hökumətdən qabaq dindir. Hakimdən üzüaşağı ən kiçik vəzifəli adama qədər, Allah qarşısında etdiyi iş və danışdığı söz üçün məsuliyyət daşıyır. Onlara göstərdi ki, İslam qüdrət üzərində deyil, təqva sütunu üstündə möhkəmlənir.

Zeynəb (s.ə.) anası Fatimə (s.ə.) kimi zülmkarların qarşısında qamətini düzəltdi, Allaha həmd-səna etdi, Peyğəmbər və Əhli-beytinə salam göndərdi, öz sözünü Qurandan bir ayə ilə belə başladı:

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاؤُوا السُّوءَ أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِؤُون

“Pis iş tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib istehza etdilər". Ey Yezid! Elə fikirləşirsən ki, göyü-yeri bizə dar edib, əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla biz zəlil olduq, sən isə əziz? Qiymətinin artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə olmadığını və işlərinin yaxşı getdiyini görüb özünə sığmırsan. Lakin bunun sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən. Allahın kəlamını unutmusan ki, belə buyurur: “Kafirlər onlara verdiyimiz fürsətin özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar vərüsvaylıqdır". Ey azad olunmuşun oğlu! Bu necə ədalətdir ki, sənin qızların və kənizlərin pərdə arxasında izzətlə otururlar, amma sən Peyğəmbərin qızlarını əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyursan və yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirirlər! Belə ki, nə onlara sığınacaq verən olur, nə qoruyan, nə də bir böyükləri! Camaat axışıb hər tərəfdən onlara tamaşaya gəlirlər. Amma ürəyi bizim ədavətimizlə dolu adamdan bundan başqa bir şey ummaq olarmı? Deyirsən, kaş “Bədr” döyüşündə öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş tutmusan! Niyə də etməyəsən? Sən, yerin ulduzları olan Peyğəmbər balalarının və Əbdül-Müttəlib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin. Şadlanma! Çünki, tezliklə Allah dərgahına aparılacaqsan. O zaman arzu edəcəksən ki, kaş kor olaydım və bu günü görməyəydim, “Babalarım bu məclisdə olsaydılar, şadlıqlarından özlərinə sığmazdılar!” – sözlərini deməyəydim! İlahi, özün bizim haqqımızı al və bizim heyfimizi bizə zülm edənlərdən çıx! And olsun Allaha, öz dərini və ətini qopartdın! Həmin gün Allah Rəsulu, onun xanədanı və ürək parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, sən isə rüsvay halda Onun qarşısında dayanacaqsan. O gün həmin gündür ki, Allah Öz vədinə əməl edəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə yığılacaqlar. Çünki Allah Özü belə buyurur:

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

"Allah yolunda ölmüşləri ölü sanmayın, onlar diridirlər və Allahın nemətlərindən bəhrələnirlər". 

Amma səni nahaq yerə müsəlmanların boynuna mindirən Müaviyə ilə birgə, Muhəmməd məhkəməsi qurulacağı, Allahın hakimlik edəcəyi və sənin əl-ayağının həmin məhkəmədə şahidlik edəcəyi zaman hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən. Ey Allahın düşməni – Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah sinəmdə şölələnir! Hüseyn öldürüldükdən sonra şeytan ordusunun Peyğəmbər xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin nəticəsi olan “beytul-mal”dan ənam almaq üçün, bizi Kufədən ağılsızların sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları bizim ətimizin parçaları ilə dolduqdan sonra, yırtıcı canavarlar o pakizə cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni qınayıb, məzəmmət etmək nəyə yarar? Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa bir nəticə əldə etməyəcəksən. O gün sən İbn Ziyadı köməyə çağıracaqsan, o da səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında toplanacaqsınız... And olsun Allaha, mən Allahdan başqasından qorxmur və Ondan da başqasına şikayət etmirəm. Nə istəsən et, nə hiylə bacarırsansa işlət, nə düşmənliyin varsa göstər! And olsun Allaha, sənin üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək. Şükr olsun Allaha ki, cənnət gənclərinin sərvəri işini səadətlə sona yetirdi. Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki, onların dərəcələrini artırsın və Öz rəhmətini onlara sayə etsin, çünki O, çox qüdrətlidir!”[2]

Dəməşq camaatı yavaş-yavaş İraqda baş verən hadisənin həqiqətindən xəbərdar oldu. Bildi ki, Yezidin əmri və Kufə qoşunlarının əli ilə öldürülən sadəcə üsyançı yox, Allah Rəsulunun qız nəvəsi, bura əsir gətirilən əsir qadın və uşaqlar isə onların Peyğəmbərinin ailəsidirlər. O şəxsin ailəsi ki, Yezid onun canişini adı ilə onlara və başqa müsəlmanlara hakimlik edir. Dağlı ürəkdən və təqva dolu qəlbdən qüvvət alan danışığın nəticəsi məlumdur. Ən daşqəlbli insan belə, iman və təqva ilə qarşılaşdıqda öz gücsüzlüyünü və tərəf müqabilinin qüdrətini görür və bir müddət qərar verməkdə aciz olur!

 

Mənbələr :
1. (“Bəlağatun-nisa”, səh.20.)
2. (“Lühuf”, Seyid ibn Tavus, səh.130-135.)

 

Rza Şükürlü 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana