September 28, 2020 06:47 AM
KƏRBƏLA ŞƏHİDİ: ABİS İBN ƏBU ŞƏBİB

KƏRBƏLA ŞƏHİDİ: ABİS İBN ƏBU ŞƏBİB

“Həmdan” qəbiləsinin “Bəni-Şakir” qolundan olan Abis ibn Əbu Şəbib imam Əmirəlmömnin Əliyə (ə) ixlas və vəfadarlığında dillər əzbəridir. O bu ixlas və vəfadarlığını “Siffeyn” döyüşündə iştirak etməsi, qəhrəmanlıq göstərməsi və elə həmin döyüşdə alnından yaralanması, sonra da Aşura günü şəhadətə yetməsi ilə isbat etdi.

Hairinin nəqlinə əsasən, Təbəri onun Siffeyn döyüşündə alın yarası almasına və Aşura günü döyüşünə işarə edərək yazır:

ثم مضی بالسیف مصلتا نحو القوم و به ضربه علی جبینه یوم صفین فطلب البراز

“Abis qılıncını çəkib, düşmənə doğru hərəkət etdi. Bir halda ki, Siffeyn döyüşündə aldığı alın yarasının izləri hələ də görünürdü.”[1]

İmam Əmirəlmöminin Əli (ə) “Siffeyn” döyüşündə iştirak edən “Bəni-Şakir” qəbiləsini tərifləyərək buyurmuşdur:

لو تمت عدتهم الفا لعبدالله حق عبادته

“Əgər onların sayı minə çatsaydı, Allah ibadətə layiqli şəkildə (olduğu kimi) ibadət olunardı.”[2]

Tarixdə Abis abid, qəbilə başçısı, xətib və şiə ravisi adı ilə qeyd olunur. Şeyx Tusinin nəqlinə əsasən, Kərbəlada Aşura günü imam Hüseynin (ə) rikabında şəhadətə yetmiş, adı “Nahiyyə” və “Rəcəbiyyə” ziyarətində qeyd edilmişdir.

Tarixdə göstərilir ki, imam Hüseynin (ə) səfiri həzrət Müslim ibn Əqil Kufəyə daxil olduğu zaman Abis onu himayə və müdafiə edir. Onun bu macərada iki rəftarı diqqəti özünə cəlb edir:

1. Həzrət Müslilm ibn Əqilin himayəsi ilə əlaqədar çıxışı:

Həzrət Müslim Kufəyə daxil olub, Muxtar ibn Səqəfinin evində iqamət etdi və imam Hüseynin (ə) məktubunu məclisdəkilərə oxudu. Abis yerindən qalxıb həzrət Müslimə dedi: “Ey imam Hüseynin (ə) elçisi! Mən sizə nə camaat haqda məlumat, nə də onlar tərəfindən aldadıcı vədlər vermək istəyirəm; çünki onların düşüncə və qəlblərindən xəbərdar deyiləm. Amma Allaha and olsun ki, özüm haqda sizə deyəcəyim sözləri ürəkdən deyir və son qərarımı açıqlayıram. Haçan məni çağırsanız xidmətinizdəyəm, sizinlə birgə düşmənlərinizlə döyüşə hazıram. Çalışacağam ki, sizə zərər dəyməsin. Son nəfəsimə qədər sizin kənarınızda qılınc çalacağam. Bu işdə başqa məqsədim yoxdur, yalnız Allahın razılığını düşünürəm.”

Abisin bu söhbəti məclis əhlinə elə təsir bağışladı ki, Həbib ibn Məzahir ayağa qalxıb, onun sözlərinin təsdiqində belə dedi:

رحمک الله فقد قضیت ما فی نفسک بواجز من قولک والله الذی لااله الا هو علی مثل ما انت علیه

“İlahi rəhmət üzərindən əskilməsin, ey Abis! Könlündən keçənləri qısa şəkildə bəyan etdin. Allaha and olsun ki, mən də səninlə eyni fikirdəyəm.”[3]

2. Həzrət Müslimin məktubunun imam Hüseynə (ə) çatdırılması:

Abis ibn Əbu Şəbib həzrət Müslim tərəfindən məmunur olunur ki, Məkkəyə gedib Kufənin vəziyyəti və Kufə əhalisinin beyəti haqda o həzrətə məlumat versin. Ustad Baqir Şərif Qurəşi yazır: “Abbis bir neçə kufəli ilə birlikdə həzrət Mslim ibn Əqilin məktubunu imam Hüseynə (ə) yetirmək üçün Məkkəyə doğru hərəkət etdi. Məktubu imam Hüseynə (ə) çatdırıb, həzrət Müslimin Kufəyə daxil olması və Kufə əhalisinin onunla beyəti haqda məlumat verdi. Bundan sonra imam Hüseyn (ə) Kufəyə doğru hərəkət etdi.”

Abis məktubu imam Hüseynə (ə) təhvil verdikdən sonra Kufəyə qayıtmadı və imam Hüseynin (ə) karvanı ilə birlikdə Kərbəlaya doğru hərəkət etdi.

Abis Məkkəyə doğru hərəkət edərkən öz xidmətçisi Şovzəbi də özü ilə apardı. Şovzəb Aşura günü şəhadətə yetdikdən sonra, Abis imam Hüseynin (ə) hüzuruna gəldi. Salam verdikdən sonra dedi: “Ey Əba-Əbdillah! Yer üzündə heç bir varlıq, istər mənə yaxın olsun, istər uzaq, istər qohum olsun, istərsə də yad, mənim nəzərimdə səndən əziz və sevimli deyil. Əgər qüdrətim olsaydı, bu zülm və haqsızlığı sizdən uzaqlaşdırar, bu işdə azacıq belə süstlük etməz və onu sona çatdırardım. Ey Peyğəmbərin (s) övladı! Şahid ol ki, sənin və atanın dinindəyəm.” O, bu sözləri dedikdən sonra döyüşə yollandı.

Abis döyüş meydanına qədəm qoyarkən, düşmən ordusundan Rəbi ibn Təmim onu tanıdı. Çünki onun alnında Siffeyn döyüşündən bir yadigar qalmışdı. Rəbi ibn Təmim onun Siffeyn döyüşündə şücaət və qəhrəmanlığını görmüşdü. Elə buna görə də, onu görcək, ixtiyarsız olaraq belə fəryad etdi:

هذا اسد الاسود، هذا ابن ابی شبیب

“Bu, şirlər şiridir! Bu, Abis ibn Əbu Şəbibdir. Heç kim onunla döyüşə girməsin, yoxsa, döyüşdən sağ-salamat çıxmayacaq.”[4]

Əllamə Məclisinin nəqlinə əsasən, Abis meydanda belə deyirdi: “Bir kişi yoxdur ki, mənimlə döyüşə gəlsin?!”[5]

Onun bu sözü düşmən ordusunun sərkərdəsi Ömər ibn Sədə xoş gəlmədi, fəryad edərək dedi: “Onu daş-qalaq edin.” Sonra onun əmri ilə hər tərəfdən Abisə hücum çəkdilər. Nəhayət, Abis qəhrəmancasına döyüşdükdən və bir çoxlarını cəhənnəmə vasil etdikdən sonra şəhadətə yetdi və başını bədənindən ayırıb, imam Hüseynə (ə) tərəf atdılar.

Abis ibn Əbu Şəbib sözünə əməl etdi, iddiasını əməli ilə zinətləndirdi, sözü və əməli ilə İmamın (ə) xidmətində dayandı. Allahın salamı olsun Abisə!

Mənbələr :
1. 
(“Zəxirətud-dareyn” kitabından nəqlən, səh.251.)
2. (“Zəxirətud-dareyn”, səh.250.)
3. (“Həyatul-imam əl-Husəyn (ə)”, 2-ci cild, səh.346.)
4. (“Muntəhəl-amal”, 1-ci cild, səh.368.)
5. (“Biharul-ənvar”, 45-ci cild, səh.29.)

Rza Şükürlü

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana