Musa Əsğər ləqəbi ilə məşhur olan Məhəmməd Ə`rəc ibn Musa Əbi Sübhə ibn İbrahim Əsğər ibn Musa ibn Cəfər (əleyhis-salam) hicri təqvimi ilə 315-ci ildə vəfat edib. O,müqəddəs Qum şəhərində dəfn olunmuşdur. Onun üç oğlu var idi:
1- Əbu Talib Möhsün,
2- Əbu Əhməd Hüseyn,
3- Əbu Əbdillah Əhməd
Əbu Əhməd Hüseyn ibn Musa Bağdadın fəzilətli alim və seyidlərindən biri idi. O, Bəhauddövlət tərəfindən qazıların başçısı təyin edilmiş və yenidən hacıların rəhbəri olmuşdur.
Əbu Əhməd Hüseyn ibn Musanın Əli və Məhəmməd adlı iki oğlu var idi: Əlinin ləqəbi Mürtəza Ələmul-Huda, künyəsi isə Əbül-Qasim idi.
Məhəmmədin ləqəbi Rəzi Zu-həsəbeyn, künyəsi də Əbulqasimdir. O, "Nəhcul-bəlağə kitabının mətnini bir yerə toplamışdır. Onun digər kitablarından biri də “Əl-mütəşabihu fil-Quran”dır. (2)
––––––––––––––––––––
1. “Həvadisul-əyyam”, səh. 77
2. “Həvadisul-əyyam”, səh. 78
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın