Rəbiül-əvvəl ayının 7-ci gününün hadisələri
Rəbiül-əvvəl ayının 7-ci gününün hadisələri
Əli ibni Məhəmməd Əbul-Qasim Tənnuxi Əntakinin (rəhmətullah əleyh) vəfatı
Mötəzilənin üsul əsasları sahəsidə alim, astronom Əli ibn Məhəmməd Əbul-Qasim Tənnuxi Əntaki hicri təqvimi ilə 342-ci il, rəbiul-əvvəl ayının 7-sində vəfat edib. O, Bəsrə və Əhvazın qazısı olub. Malik olduğu dərin elm və fəzilətə görə vəzir Məhləbi ona böyük ehtiram göstərir və onu “münadimə” məclislərinə dəvət edirdi. Onu “Reyhanətun-nüdəma”, “Tarixuz-zərfa” da adlandırırdılar. O, Möhsün ibn Əli Qazi Tənnuxi İmaminin babasıdır. (1)
–––––––––––––––––
1. “Vəqayiul-əyyam”, səh. 207.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :