Rəbiül-əvvəl ayının 8-ci gününün hadisələri

Rəbiül-əvvəl ayının 8-ci gününün hadisələri

1. İmam Həsən Əskəri (əleyhis-salam)-ın şəhadəti

İmam Həsən Əskəri (əleyhis-salam) abbasi xəlifəsi Mötəmidin verdiyi zəhər nəticəsində hicri təqvimi ilə 270-ci ildə - 28 yaşında şəhadət məqamına çatdı. Onun əziz anası Hüdəys (yaxud Səlil, Süsən), həyat yoldaşı isə Nərgiz Xatun idi. İmam Həsən Əskəri (əleyhis-salam)-ın İmam Məhdidən (Allah onun gəlişini tezləşdirsin) başqa heç bir canişini olmamışdır. (“Həvadisul-əyyam”, səh. 80)

––––––––––––––––––––––––––––––––––

2. Həzrət Məhdi (əc) imamətə çatması

İmam Həsən Əskəri (əleyhis-salam)-ın vəfatından sonra imamlıq, onun yeganə övladı olan imam Məhdiyə (əc) çatdı. (“Həvadisul-əyyam”, səh. 82)

––––––––––––––––––––––––––––––––––

3. Şəhid Sanin (rəhmətullah əleyh) şəhadəti

Böyük alim və əzəmətli Şeyx Zeynulabidin Şəhid Sani hicri təqvimi ilə 10-cu əsrdə şiə aləminin böyük fəqihlərindən biri hesab olunur. O, hicri təqvimi ilə 965-ci (yaxud 966-cı) ildə şəhid edilib. Bu əzəmətli Şeyxin son əsərlərindən biri altı ay, altı gün ərzində qələmə aldığı “Lüm`ə” kitabının şərhidir. Onun çox sayda digər əsərlərin də müəllfidir; o cümlədən: “Ər-rovzətul-bəhiyyə”, “Rovzul-cinan”, “Şərhi-əlfiyyə”, “Məsalikul-əfham”, “Şərhi-bəsmələ”, “Əsrarus-səlat”, “Təmhidul-qəvaid”, “Kəşfur-reybə”, “Münyətul-murid”, “Mənasiku həcc” və s. (“Həvadisul-əyyam”, səh. 82)

––––––––––––––––––––––––––––––––––

4. Hüseyn Harisinin (rəhmətullah əleyh) vəfatı

Mərhum Şeyx Bəhainin atası Hüseyn Harisi hicri təqvimi ilə 984-cü ildə vəfat edib. (“Həvadisul-əyyam”, səh. 83)

 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir